Aprelin 23-də ATU-nun Böyük Elmi Şurasının növbəti iclası keçirilib. Qeyd olunub ki, hazırda ATU-da 50-yə qədər ölkədən 2900-ə yaxın əcnəbi vətəndaşın oxuduğunu, onlar hazırlıq kursu, baza ali tibb təhsili, bakalavr, rezidentura, magistratura və doktorantura pillələri üzrə təhsil alırlar. Məlumat verilib ki, bir neçə ildir ingilis dili kursları təşkil olunur ki, bu da müəllimlərin dil biliklərinin təkmilləşməsində mühüm rol oynayır. Böyük Elmi Şura Ortodontiya kafedrasının Stomatologiya fakültəsinin tərkibinə daxil edilməsini təsdiqləyib. Bundan başqa, Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Ratıng) ilə ATU arasında akkreditasiyadan sonrakı monitorinqin birinci mərhələsi üçün müqavilənin bağlanması məsələsinə baxılıb.