Martın 30-da Böyük Elmi Şuranın növbəti iclası keçirilib. Iclasda “Azərbaycan Tibb Universitetinin 2022-ci il ərzində beynəlxalq əlaqələri və qarşıda duran vəzifələr” adlı məruzə dinlənilib. Qeyd olunub ki, Azərbaycanda təhsil alan əcnəbilərin hər üç nəfərindən biri ATU-da təhsil alır. Universitetimiz əcnəbi tələbələrin təhsilinin təşkili sahəsində fərqləndiyinə görə Elm və Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib. ATU-nun tədris proqramlarının akkreditasiyadan uğurla keçməsi xarici ölkələrdən olan tələbələrin sayına da öz təsirini göstərib. Rektor vurğuladı ki, gələcəkdə işə qəbul olunan hər bir mütəxəssisin ingilis dili biliyi də yoxlanılmalıdır.
Link: https://amu.edu.az/news/3469/azerbaycanda-tehsil-alan-her-uc-ecnebinin-biri-atu-nun-telebesidir