ATU-nun Böyük Elmi Şurasının növbəti iclası fevralın 28-də keçirilib. “Azərbaycan Tibb Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları və yaz semestrində tədris prosesinin daha da yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələri” barədə hesabat məruzəsi təqdim edilib. Məruzədə universitetimizin reytinqinin ölkə universitetləri arasında yüksək yerlərdə olması da öz əksini tapıb. Həmçinin qeyd olunub ki, Xarici tələbələrlə iş üzrə dekanlığın yerinə yetirdiyi vacib işlərdən biri də tələbələrin Bakı şəhərində müvəqqəti yaşamaq hüququnu təmin etmək üçün Dövlət Miqrasiya Xidməti ilə sıx əlaqə saxlayaraq onların qeydiyyatını təşkil etməkdən ibarətdir.

Link:  https://amu.edu.az/news/3422/boyuk-elmi-surada-imtahan-sessiyasinin-yekunlari-muzakire-olunub