İyunun 25-də Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurası 2022/2023-cü tədris ilində sonuncu iclasını keçirib. Dövlət Attestasiya Komissiyasının fakültələr üzrə sədrlərinin hesabatları dinlənilib və gənc mütəxəssislərin hazırlanması işinin yaxşılaşdırılmasında universitet kollektivinin vəzifələri müzakirə olunub. Bundan sonra universitetin 2023/2024-cü tədris ili üzrə tədris planı və 2023/2024-cü il üzrə iş planı toplantı iştirakçılarının diqqətinə çatdırılıb və gündəliyə çıxarılan hər iki plan Şura üzvləri tərəfindən təsdiqlənib.
Link: https://amu.edu.az/news/3604/atu-da-buraxilis-dovlet-imtahanlari-ugurla-basa-catib?local=1719476449