ATU-nun Böyük Elmi Şurasının 2023-2024-cü tədris ilində ilk yığıncağı sentyabrın 26-da keçirilib. İclası universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq şura üzvlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Qeyd olunub ki, ATU-nun alimləri uzaq və yaxın xaricdə, respublikamızda keçirilən 112 konqres, konfrans və qurultayda iştirak etməklə yanaşı, məruzələrlə də çıxışlar ediblər. Hesabat ilində Azərbaycan Tibb Universitetinin təsisçiliyi ilə “Sağlamlıq” elmi-praktik tibb jurnalı, “Azərbaycan əczaçılıq və farmakoterapiya jurnalı”, “Azərbaycan psixiatriya jurnalı”, “Azərbaycan Allerqologiya və Klinik İmmunologiya jurnalı” öz fəaliyyətlərini davam etdirib.

Link:  https://amu.edu.az/news/3724/atu-boyuk-elmi-surasinin-yeni-tedris-ilinde-ilk-yigincagi-kecirilib