2023-cü ildə UNICEF-in Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair ölkə üzrə qiymətləndirmə apararaq mövcud vəziyyətinin təhlilini həyata keçirmişdir. Təhlilin həyata keçirilməsində Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri dosent Şəhla Balayeva və kafedranın baş laborantı Nərminə Cəfərzadə iştirak etmişlər. Qiymətləndirmənin əsas məqsədi ölkədə uşaqların ətraf mühit amillərindən irəli gələn sağlamlıq problemlərini üzə çıxarmaq və bu istiqamətdə hökumətin apardığı düzəldici fəaliyyətlərə dəstək göstərməkdir.
2024-cü ilin aprel ayında UNİCEF Bakıda səhiyyə işçiləri üçün uşaqların ətraf mühitin sağlamlığı məsələləri üzrə təlimçilərin təliminə start verdi TƏBİB və Səhiyyə Nazirliyi ilə birgə təşkil olunan təlim ölkə üzrə ilkin səhiyyə sistemində çalışan tibb işçilərinə təlim keçmək üçün milli təlimçilərin yetişdirilməsinə həsr olunub. Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri dosent Şəhla Balayevanın da iştirak etdiyi seminarda ağır metalların, açıq və qapalı hava çirklənmələrinin, elektron tullantıların, iqlim dəyişikliyi və digər ətraf mühit amillərinin uşaqların sağlamlığına necə təsir etdiyi, ortaya çıxan xəstəliklərə necə diaqnoz qoymaq və sonrakı nəzarət haqqında məlumat verilib.