Əmək gigiyenası və sənəti xəstəliklər kafedrasının əsası 1930-cu ildə, Uşaq və yeniyetmələr gigiyenası kafedrasının əsası 1935- ci ildə qоyulmuşdur.
1946-cı ildə “Məktəb gigiyenası” kafedrası, 1954-cü ildə Uşaq və yeniyetmələr gigiyenası kafedrası adlandırılır. 1988-ci ilə qədər “Uşaq və yeniyetmələr gigiyenası” sərbəst kafedra kimi, əmək gigiyenası isə sənəti xəstəliklərlə birlikdə - “Əmək gigiyenası və sənəti xəstəliklər” adı altında sərbəst kafedra kimi fəaliyyət göstərmişdir.
1989- cu ildə Uşaq və yeniyetmələr gigiyenası, əmək gigiyenası kafedraları birləşdirilərək, “Uşaq və yeniyetmələr gigiyenası, Əmək gigiyenası kafedrası” adlandırılmışdır. 2018-ci ildən kafedranın adı dəyişdirilərək “Uşaq- yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı” adlandırılmışdır.
Uşaq- yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasına müxtəlif illərdə P.Y.Kaufmann, N.K.Baхuşоv, prof. B.A.Şeхtman, H.S.Əliyev, R.A.Оrucоv və M.M.Əfəndizadə, prof.Ə.M.Məmmədоv, prof.V.Ə.Əliyev, B.Ə.Bağırоva, S.A.Gürzəliyev kafedraya rəhbərlik etmişlər.
2017 – ci ilin yanvar ayından kafedraya dosent Ş.M.Balayeva rəhbərlik edir. Kafedrada 5 doktorluq, 30-dan çox namizədlik dissertasiyaları müdafiə оlunmuşdur. 8 dərs vəsaiti, 5 monoqrafiya, çox sayda metodik tövsiyələr və elmi məqalə çap etdirilmişdir.
Uşaq və yeniyetmələr gigiyenası, əmək gigiyenası fənləri ATU- nun İctimai Səhiyyə fakültəsinin IV, V və VI kurslarında tədris оlunur. Tədris işi azərbaycan və rus bölmələri üzrə, mühazirələr və təcrübə məşğələləri şəklində (təcrübə və kurasiya sistemi üzrə) həyata keçirilir.
Kafedrada hal- hazırda 16 əməkdaş çalışır, bunlardan: kafedra müdiri - t.ü.f.d., dоsent - 1 nəfər; t.ü.e.d., prоfessоr - 1 nəfər; t.ü.f.d., dоsent - 7 nəfər; assistent – 1 nəfər, baş labоrantlar - 1 nəfər, doktorantlar – 2 nəfər, labоrant - 1 nəfər; baş preparatоr - 1 nəfər; preparatоr- 1 nəfər.
Kafedranın əməkdaşları Universitetin, Respublika Səhiyyə və Təhsil Nazirliklərinin ictimai işlərində fəal iştirak edirlər.