Mövzunun adı:
Azərbaycan Respublikasında müasir şəraitdə həqiqi akantolitik pemfiqus və anadangəlmə bullyoz epidermolizin gedişi, diaqnostikası və müalicəsinin xüsusiyyətləri.
Mövzunun aktuallığı:
Pemfiqus ağır və uzun müddətli gedişi ilə xarakterizə olunur, müasir dermatologiyanın ən aktual problemlərindən biri olaraq qalır. Anadangəlmə bullyoz epidermoliz ağır fəsadları, həyat keyfiyyətinə təsiri və müalicə imkanlarının məhdudluğu səbəbi ilə müasir dermatologiyada aktual tədqiqat mövzusudur.
Məqsədi:
Azərbaycan Respublikasında HAP və ABE-in yayılmasını, onların klinik gedişatının xüsusiyyətlərini, diaqnostik və müalicə üsullarının perspektivliyini öyrənməlidir.
Elmi yenilik dərəcəsi:
Aparılan tədqiqatlar Azərbaycan Respublikasında HAP və ABE-ə yoluxma dinamikasını müəyyən edəcək və müasir şəraitdə bu BD-lu xəstələrin perspektiv diaqnostik üsullara, müalicə metodlarının effektivliyi qiymətləndiriləcək.
Gözlənilən nəticələr:
Alınmış göstəricilərin təhlili nəticəsində ehtimal edilir.HAP və ABE üçün elektron reyestrlərini genişləndirmək
Xəstəliyin formalarından və şiddətindən asılı olaraq HAP və ABE-li xəstələri müayinə etmək üçün alqoritmlər hazırlamaq HAP və ABE ilə laborator diaqnostikasının perspektiv üsullarını müəyyən etmək
Tətbiq sahəsi:
Alınan nəticələr HAP və ABE-in laborator diaqnostikası və terapiyası üsullarının təkmilləşdirilməsinə, xəstəliklərin ağırlaşmış formalarının azalmasına və xəstələrin həyat keyfiyyətinin yaxşılaşmasına kömək edəcəkdir.
Səmərəlilik :
Tədqiqatın nəticələri Azərbaycan Respublikasında HAP və ABE xəstəliklərinin erkən diaqnostikası və müalicə yanaşmalarının təkmilləşdirilməsinə, xəstələrin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəkdir. Eyni zamanda, əldə edilən məlumatlar dermatovenerologiya sahəsində elmi bazanın genişlənməsinə və praktik səhiyyədə müasir diaqnostik alqoritmlərin tətbiqinə şərait yaradacaqdır.