Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Mövzunun adı:  

Perinatal və neonatal patologiyaların diaqnostik, genetik və proqnostik aspektləri

Mövzunun aktuallığı:

Perinatal dövr ana və döl üçün ən həssas mərhələlərdən biridir və burada baş verən pozğunluqlar neonatal xəstələnmə və ölümün əsas səbəblərini təşkil edir. Hestasiya yaşından asılı olaraq respirator, sidik–ifrazat, mədə–bağırsaq, metabolik-genetik və kritik vəziyyətlərin tezliyi və klinik gedişi fərqlənir. Bu fərqlərin öyrənilməsi milli protokolların təkmilləşdirilməsi, neonatal risk qruplarının dəqiq müəyyənləşdirilməsi və erkən reabilitasiya tədbirlərinin planlaşdırılması baxımından aktualdır.

Məqsədi:

Perinatal və neonatal patologiyaların diaqnostik, genetik və proqnostik xüsusiyyətlərini hestasiya yaşından asılı olaraq kompleks şəkildə qiymətləndirmək, risk faktorlarını müəyyənləşdirmək və neonatal dövrdən erkən uşaqlıq yaşına qədər nəticələri ilə əlaqələndirərək klinik-proqnostik yanaşmanı təkmilləşdirmək.

Elmi yenilik dərəcəsi:

  • Müxtəlif hestasiya yaşında olan yenidoğulmuşlarda perinatal və neonatal patologiyaların kompleks klinik, laborator, instrumental və genetik qiymətləndirilməsi aparılacaq.
  • Hestasiya yaşından asılı fərqli diaqnostik və proqnostik markerlər müəyyən ediləcək və yerli populyasiya üçün baza məlumatlar formalaşdırılacaq.
  • Genetik və metabolik pozğunluqların neonatal klinik fenotipi ilə perinatal faktorlar arasında əlaqələr və uzunmüddətli nəticələr ilk dəfə sistemləşdirilmiş şəkildə təhlil olunacaq.

Tətbiq sahəsi:

 Səhiyyə sistemi, müalicə-profilaktika müəssisələri, o cümlədən ambulator-poliklinika müəssisələri, xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri.  

Səmərəlilik:

Neonatal patologiyaların diaqnostik-proqnostik meyarlarının və alqoritmlərinin, kritik vəziyyətdə olmuş və genetik patologiyalı yenidoğulmuşlarda uzunmüddətli nevroloji və somatik nəticələr üzrə tövsiyələrin hazırlanması, uşaq populyasiyasının sağlamlıq vəziyyətinin yaxşı­laş­dı­rılması.