Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Mövzunun adı:  

İlkin səhiyyə xidmətində Yaşam Tərzi Təbabətinin kriteriyalarının müxtəlif əhali qrupları arasında inteqrasiyası və nəticələrinin təhlili

Mövzunun aktuallığı:

XXI əsrin əsas problemlərindən biri xroniki qeyri-infeksion xəstəliklərin (XQİX) sürətli artmasıdır. ÜST yekun məlumatlarına  görə, dünyada ölüm hallarının 71%-i məhz bu xəstəliklərin (ürək-damar xəstəlikləri, şəkərli diabet, onkoloji xəstəliklər, tənəffüs sistemi xəstəlikləri və s.) payına düşür.

Təyin olunan farmakoloji preparatların xroniki xəstəliklərin aradan qaldırılmasında kifayət qədər effektiv  olmaması onlara sərf olunan maddi xərclərin (məs. ABŞ-da ildə 4 trilyon dollar xərc) nəzərə çarpacaq dərəcədə artmasına səbəb olmuşdur.

Sübuta əsaslanan çoxsaylı  tədqiqatların nəticəsində müəyyən olunmuşdur ki, düzgün qidalanmanın, fiziki aktivliyin, yuxunun tənzimlənməsinin, stresin idarə olunmasının, sosial dəstəyin artırılmasının ,eləcə də zərərli vərdişlərdən azad olmanın xroniki xəstəliklərin yayılması riskinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır.

 Son illərdə dünyanın inkişaf etmiş ölkələrində yaradılmış Yaşam Tərzi Təbabəti əhali arasında böyük sosial problemə çevrilmiş - xroniki qeyri infeksion xəstəliklərin (məsələn- şəkərli diabet, hipertenziya, piylənmə, ürək-damar xəstəlikləri) qarşısını almaq, müalicə etmək və  remissiyasına səbəb olmaq üçün elmi əsaslı həyat tərzinə müdaxilələri tətbiq edən tibb sahəsi kimi geniş tətbiq edilir.Müxtəlif ölkələrdə aparılan çox saylı  tədqiqatlar nəticəsində Yaşam tərzi təbabətinin yəni xroniki qeyri infeksion xəstəliklərin yayılması və ağırlaşmalarına səbəb olan əsas kriteriyaları-sütunları müəyyən edilmişdir. Bura qidalanma, fiziki fəallıq, yuxunun idarə olunması, zərərli vərdişlər, stress və sosial əlaqələrin vəziyyəti aid edilir. Ancaq bunlar ayrı-ayrı ölkələrdə və əhali qrupları arasında dəyişə bilər.

 Tədqiqat ilkin səhiyyə sistemində Yaşam Tərzi Təbabətinin əsas kriteriyalarının (sağlam qidalanma, fiziki aktivlik, stressin idarə olunması, yuxunun idarə olunması, zərərli vərdişlərlə mübarizə, sosial əlaqələrin gücləndirilməsi və s.) əhali qrupları arasında tətbiqini və onların sağlamlıq göstəricilərinə təsirini öyrənməyə yönəlmişdir. Bu yanaşma ailə həkimliyi və profilaktik səhiyyənin inkişafında mühüm əhəmiyyət daşıyır.

Məqsədi:

İlkin səhiyyə xidmətlərində yaşam tərzi təbabətinin tətbiqini elmi əsaslarla qiymətləndirmək, müxtəlif əhali qruplarında effektivliyini öyrənmək və praktik səhiyyə siyasətinə inteqrasiya olunması üçün metodik tövsiyələr hazırlamaq

Elmi yenilik dərəcəsi:

Yaşam tərzi təbabəti – sübutlara əsaslanan davranış müdaxilələri vasitəsilə xroniki xəstəliklərin qarşısının alınması, müalicəsi və bəzən geri çevrilməsi ilə məşğul olan tibb sahəsidir. Bu yanaşmanın əsas komponentlərinin respublikamızda müxtəlif əhali qrupları arasında xroniki qeyri infeksion xəstəliklərin idarə olunmasında rolu və əhəmiyyəti müəyyən edilməmişdir (Sağlam və balanslı qidalanma; Fiziki aktivliyin artırılması;Keyfiyyətli və kifayət qədər yuxu; Stressin idarə olunması;Tütün və alkoqol kimi zərərli vərdişlərdən uzaq durmaq;Sosial və psixoloji rifahın qorunması).Yaşam tərzi təbabəti xroniki xəstəliklərin idarəsində müasir və sübutlara əsaslanan yanaşma kimi mühüm əhəmiyyət kəsb edir. Ədəbiyyat bu konsepsiyanın həm xəstəliyin qarşısının alınmasında, həm də mövcud patologiyaların müalicəsində effektiv olduğunu göstərir. Gələcəkdə səhiyyə sistemlərində bu sahənin daha geniş tətbiqi və həkimlərin müvafiq təlimləndirilməsi vacibdir.

Tətbiq sahəsi:

Ailə həkimliyi, daxili xəstəliklər, pediatriya

Səmərəlilik:

Aparılan elmi tədqiqart işinin nəticəsində müxtəlif qrup  əhali arasında həyat tərzinin sütunlarının  xroniki xəstəliklərin əmələ gəlməsində və adekvat  profilaktik  tədbirlərin hazırlanmasında rolu müəyyən ediləcəkdir.