Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Rezidentura / Doktorantura

Rezidentura 

“Dermatovenerologiya” kafedrasında rezidentura proqramı dəri və cinsiyyət xəstəliklərinin dərin klinik öyrənilməsini, yüksək səviyyəli diaqnostik və terapevtik bacarıqların formalaşdırılmasını təmin edir.

Rezidentlər proqram müddətində aşağıdakı sahələr üzrə ixtisaslaşmış bilik əldə edirlər:

  • Klinik dermatologiya: dermatitlər, allergik xəstəliklər, infeksion və parazitar dəri xəstəlikləri, psoriaz, atopik xəstəliklər, saç və dırnaq patologiyaları.
  • Autoimmun bullyoz xəstəliklər: pemfiqoid, pemfiqus qrup xəstəliklərinin diaqnostika və müalicə taktikası.
  • Onkoloji dermatologiya: xərçəngönü xəstəliklərin və dəri xərçənglərinin erkən aşkarlanması, dermatoskopiya, biopsiya və histopatoloji qiymətləndirmə.
  • Venerologiya: cinsi yolla ötürülən infeksiyaların müasir laborator diaqnostikası, müalicə protokolları və profilaktikası.
  • Lazer və estetik dermatologiya: müasir dermatoloji lazer sistemləri, estetik prosedurların təməl prinsipləri.
  • Dermatoloji təcili hallar: ağır allergik reaksiyalar, toksikodermiyalar, Layell və Stivens–Johnson sindromları və s.

Rezidentlər klinik bazalarda real xəstəlik halları üzərində işləyir, xəstələrin müayinəsi, müalicə planının tərtibi və idarə edilməsində bilavasitə iştirak edirlər. Proqram yüksək ixtisaslı dermatoveneroloq hazırlamağı, eləcə də elmi-tədqiqat fəaliyyətini inkişaf etdirməyi hədəfləyir.

 

     Doktorantura

 

3222.01 – “Dəri xəstəlikləri və venerologiya” ixtisası üzrə doktorantura

“Dermatovenerologiya” kafedrasında 3212.01 – “Dəri xəstəlikləri və venerologiya” ixtisası üzrə doktorantura təhsili təşkil olunur. Doktorantura proqramı dermatologiya sahəsində qabaqcıl elmi tədqiqatların aparılması, yeni diaqnostik və terapevtik yanaşmaların işlənilməsi, klinik və eksperimental istiqamətlər üzrə innovativ nəticələrin əldə olunmasına yönəlib.

Proqram çərçivəsində doktorantlar:

  • dermatoloji və veneroloji xəstəliklərin patogenezi üzrə fundamental tədqiqatlar aparır;
  • yeni müalicə protokollarının, biotexnoloji preparatların və müasir diaqnostik metodların elmi əsaslandırılması ilə məşğul olur;
  • estetik dermatologiya sahəsində elmi layihələr həyata keçirir;
  • beynəlxalq elmi konfranslarda çıxış edir, ixtisaslaşmış jurnallarda məqalələr dərc etdirir.

Doktorantura proqramı müstəqil tədqiqat aparmaq, elmi yeniliklər təklif etmək, dermatologiya və venerologiya sahəsində akademik və klinik lider kimi fəaliyyət göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub.