
Günay Müzəffər qızı Əliyeva 27 sentyabr 1980-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
1997-ci ildə Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli orta məktəbi bitirmişdir.
Həmin ildə Rusiya Federasiyasının “Yujdaq” İnstitutunun Müalicə işi fakültəsinə daxil olmuş və 2003-cü ildə institutu bitirmişdir.
2003–2004-cü illərdə Mərkəzi Dəmir Yol Xəstəxanasının Funksional-diaqnostika şöbəsində USM və EKQ ixtisasları üzrə internatura keçmişdir.
2010-cu ildə “Diaqnoz Tibb Mərkəzi”nin Funksional-diaqnostika şöbəsində Utrasonoqrafiya üzrə təcrübə proqramında iştirak etmişdir.
2014–2015-ci illərdə “Mega Sığorta” ASC-nin Tibbi Sığorta Departamentinin Tibbi Sığorta Ekspertizası şöbəsində çalışmışdır.
Hazırda Günay Müzəffər qızı Əliyeva ATU-nun Stomatologiya fakültəsində akademik məsləhətçi vəzifəsində fəaliyyət göstərir.
