Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Həcər İsmayılova

İsmayılova Həcər İrad qızı 1978-ci ildə Gürcüstan Respublikasının Qardani rayonunda anadan olub. Orta məktəbə Qardabani rayonunda başlamışdır. 1994-cü ildə Sumqayıt şəhər  İsmət Qayıbov adina 1 nömrəli orta məktəbin 10-cu sinifinə daxil olub. 1996-cı ildə həmin məktəbi fərqlənmə atestattı ilə bitirib. 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olunmuşdur. 2001-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2001-2002 ci illərdə Bakı şəhəri 4 saylı Stomatoloji poliklinikada həkim-interna kimi calışmışdır. 2002 ci ildə Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasında baş  laborant vəzifəsində çalışmışdır. 2002 ci ilin noyabr ayından etibarən həmin kafedrada assistent vəzifəsində calışır. H.İ.İsmayılova müxtəlif yerli və xarici konfranslarda, beynəlxalq kurslarda iştirak etmişdir, 40-a qədər elmi məqalənin müəllifidir.  Həcər İsmayılova 2023-cü ilin dekabr ayından Stomatologiya fakültəsində Akademik məsləhətçi vəzifəsində calışır.