Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Gülxanım Əliyeva

Əliyeva Gülxanım Rəsul qızı 22 oktyabr 1976-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə 15 saylı tam orta məktəbi bitirmişdir. 1994-cu ildə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsinə daxil olmuşdur.1999-cu ildə həmin fakültəni bitirmişdir. 23 sentyabr 2001-ci ildən  Azərbaycan Tibb Universitetinin  “Ümumi gigiyena ” kafedrasında baş laborant (2001-2003) , 2004-cu ildən assistent vəzifəsində çalışmışdır. 2008-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. 2021-ci ildən Azərbaycan Tibb Universitetinin İctimai Sağlamlıq və Səhiyyənin Təşkili kafedrasında assistent vəzifəsində çalışır. 2021-ci ilin fevral ayından ATU-nun Stomatologiya fakültəsində Akademik məsləhətçi vəzifəsində çalışır.

52-yə qədər elmi əsərin müəllifi olan G.R.Əliyeva bir sıra yerli və xarici konfranslarda və təlimlərdə iştirak etmişdir.

Gülxanım Rəsul qızı Əliyeva hal-hazırda ATU-nun “İctimai Sağlamlıq və Səhiyyənin Təşkili” kafedrasında assistent və Stomatologiya fakültəsində akademik məsləhətçi vəzifəsində çalışır.