Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

2026-2030-cu illər üçün Uşaq stomatologiyası kafedrasının elmi-tətqiqat mövzusu:

Uşaqarda ağız xəstəliklərinin profilaktikasında və müalicəsində müasir  elmi yanaşmalar və innovativ tətqiqat istiqamətləri.

Mövzunun aktuallığı: Uşaq və yeniyetmələrin sağlamlığı millətin gələcəyini müəyyən edir. Stomatoloji sağlamlıq insan orqanizminin normal vəziyyətinin ayrılmaz hissəsidir və ilk növbədə ağızın gigiyenası əsasları haqda biliklərdən və onlardan istifadəetmə bacarığından asılıdır.Uşaqlar arasında ağız xəstəlikləri, xüsusilə kariyes və diş əti iltihabı, dünya üzrə ən geniş yayılmış sağlamlıq problemlərindəndir. Bu xəstəliklər uşağın ümumi sağlamlığına, qidalanmasına, nitqinə və psixososial inkişafına mənfi təsir göstərir. Ənənəvi profilaktika və müalicə metodlarının məhdud effektivliyi, müasir elmi yanaşmaların və innovativ texnologiyaların tətbiqini zəruri edir. Bu səbəbdən, uşaqlarda stomatoloji sağlamlığın qorunması üçün fərdi və sistemli yanaşmaların hazırlanması və tətbiqi mühüm aktuallıq kəsb edir.

Tədqiqatın məqsədi: Uşaqlarda ağız sağlamlıgını yaxşılaşdırmaq məqsədi ilə  stomatoloji xəstəliklərinin profilaktikası və müalicəsində müasir elmi yanaşmaların və innovativ texnologiyaların tətbiq imkanlarını araşdırmaq, risk faktorların təyin etməklə onların effektivliyini qiymətləndirmək və uşaqlara uyğunlaşdırılmış  profilaktika proqramlarının hazırlanmasına elmi əsas vermək.

Tətqiqatın vəzifələri

1.Müxtəlif yaş qruplarında stomatoloji xəstəliklərin, xüsusilə diş kariyesinin yayılma tezliyi və intensivlik dərəcəsinin ICDAS və ICDAS II sistemləri əsasında öyrənilməsi, ərazi və sosial şəraitlə əlaqələndirilməsi və qiymətləndirilməsi.

2. Epidemioloji tətqiqatların müqaisəli analizi, risk faktorların təhlili və stomatoloji göstəricilərlə korrelyasiyasının statistik qiymətləndirilməsi.

3. Seçilmiş risk qruplarında fərdi və qrup şəklində profilaktik və müalicəvi tədbirlərin tətbiqi və profilaktik komplekslərə (dərin flüoridizasiya, argin tərkibli preparatlar, remineralizasiyaedici məhlullar və s.) klinik sınaqların aparılması.

4. Müalicə-profilaktik kompleksin təkrarlanan müşahidələr əsasında klinik sabitlik və uzunmüddətli təsirinin müəyyənləşdirilməsi və yeni tətbiq olanan müalicə vasitələrinin ənənəvi üsullarla müqaisəli təhlili və elmi əsaslandırılması

5. Saqital istiqamətdə ydişləm anomaliyaları problemlərində yeni təklif olunan faydalı modellərin biomexaniki təsirinin qiymətləndirilməsi, funksional və estetik nəticələrin öyrənilməsi

6.Təkmilləşdirilmiş müalicə üsullarının effektivlik, komfort və adaptasiya göstəricilərinə əsasən elmi qiymətləndirilməsi

7.Diqanostika , müalicə və nəzarət mərhələsini əhatə edən  vahid inteqrasiya olunmuş  klinik alqoritmin hazirlanması

Elmi yeniliyi: Respublika üzrə məktəbəqədər və məktəb yaşlı uşaqlarda stomatoloji xəstəliklərin yayilma səviyyəsi və intensivliyi İCDAS sistemi əsasında risk faktorları EGOHİD sistemi ilə qiymətləndiriləcək. Uşaqlarda stomatoloji xəstəliklərin qarşısını alınması və müalicəsi üçün sistemli monitirinqə alqoritm hazırlanması.    Ortodontik patologiyalarda müalicəsində istifadə olunan müxtəlif ortodontik aparatların təsirinin nəticələri model, sefalometrik və fotoşəkillərin analizləri ilə müqayisə edilərək daha effektiv müalicə üsulu müəyyənləşdiriləcək.

Elmi və praktik əhəmiyyəti: Uşaqlarda aparılacaq stomatoloji xəstəliklərin yayılması və intensivliyi üzrə epidemioloji tədqiqatların nəticələri bütün respublikada uşaq və məktəblilərdə tibbi stomatoloji yardımın planlaşdırılması zamanı istifadə edilə bilər. Karies prosesinin aktivlik dərəcəsi üzrə göstəricilərin hesablanması uşaq və məktəblilərin dispanserizasiyasının aparılması zamanı istifadə edilə bilər.