Tibbi-statistika proqramını mənimsədikdən sonra rezident:
Bilməlidir:
- Hər hansı tibbi və ya bioloji prosesə obyekt kimi baxmaq olar.
- Obyektlər riyazi qanunların köməyi ilə modelləşdirilə bilər.
- Obyektin kəmiyyət və keyfiyyət xarakteristikaları arasında qarşılıqlı birqiymətlı uyğunluq yaratmaq olar.
- Obyektlərin xarakteristikaları müəyyən intervalda variasiya dəyişkənliyinə uğraya bilər.
- Variasiya sıralarında qanunauyğunluqlar riyazi statistika metodları tərəfindən öyrənilir.
- Tibbi və bioloji obyektlərin variasiya sıralarının əksəriyyəti normal və ya digər paylanma qanunlarına tabe olur.
- Öyrənilən obyekt hər hansı böyük obyektin (baş yığımın) bir hissəsidir (seçməsidir) və bu obyektin dəyişməsi əsasında baş yığım haqqında mənzərə yaratmaq olar.
- Parametrik və qeyri-parametrik statistik analiz üsulları mövcuddur.
- Obyektin vəziyyətinin qiymətləndirilməsi statistik dürüstlüklə müşayiət olunmalıdır.
- Statistik analizin aparılması üçün xüsusi proqram paketləri mövcuddur ki, bu paketlərdən düzgün istifadə qoyulmuş məsələnin həllini asanlaşdırır.
Bacarmalıdır:
- Obyektin kəmiyyət və keyfiyyət xarakteristikalarını ifadə etmək.
- Obyektin vəziyyətini qiymətləndirmək.
- Obyektin xarakteristikalarını cədvəl şəklində təsvir etmək.
- Variasiya sıralarını tərtib etmək.
- Variasiya sıralarının statistik parametrlərini hesablamaq.
- I və II növ xətaları ayırd etmək.
- Baş yığımdan seçmə yığımları təşkil etmək. Seçmə yığımın minimal sayının müəyyənləşdirilmək.
- Statistik hipotezin verilməsi və tədqiqat nəticəsində bu hipotezi qəbul və ya inkar etmək.
- Variasiya və ya ranqlı analiz aparmaq.
- Korrelyasiya analizinin köməyi ilə asılı kəmiyyətləri aşkar etmək.
- Reqressiya analizinin köməyi ilə asılı kəmiyyətlər arasında riyazi qanunauyğunluğu düsturlarla ifadə etmək.
- Diskriminant analizinin köməyi ilə testləri qiymətləndirmək.
- Dispersiya analizinin köməyi ilə obyektə təsir edən faktorları analiz etmək.
- Klaster analizinin köməyi ilə obyektləri qruplaşdırmaq.
Alınmış nəticələri əyaniləşdirmək məqsədi ilə cədvəllər, diaqramlar, qrafiklər qurmaq.