Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Bakalavriat (Əsas (baza) ali tibb təhsili)

Urologiya fənninin tədrisi müasir tibbi təhsil prinsiplərinə uyğun olaraq təşkil olunur. Təhsil prosesi mühazirə və praktiki məşğələlər əsasında aparılır, tələbələrə nəzəri biliklərlə yanaşı klinik bacarıqların formalaşdırılması təmin edilir. Tədris zamanı tələbəyönlü yanaşma tətbiq olunur, müasir diaqnostik və müalicə üsulları öyrədilir, etik və peşəkar davranış qaydalarına xüsusi diqqət yetirilir.

“Urologiya” fənni üzrə tədris proqramı Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin IV kurs tələbələri üçün nəzərdə tutulmuşdur. Proqramda uroloji xəstəliklərin etiologiyası, patogenezi, diaqnostikası, müalicə və profilaktikası əhatə olunur. Tədris 10 saat mühazirə və 40 saat praktiki məşğələdən ibarətdir, AKTS – 3 kreditdir. Proqram tələbələrdə nəzəri biliklərin və praktiki bacarıqların formalaşdırılmasına, klinik düşüncənin inkişafına yönəlmişdir.

Bakalavriat səviyyəsində “Urologiya” fənni tələbələrə uroloji xəstəliklər üzrə əsas nəzəri biliklərin və ilkin klinik bacarıqların aşılanmasına yönəldilmişdir. Tədris prosesində xəstəliklərin etiologiyası, patogenezi, klinikası, diaqnostika və müalicə prinsipləri öyrədilir, tələbələr praktik məşğələlər zamanı klinik düşünmə və həkimlik bacarıqlarını formalaşdırırlar.

Urologiya(MPF)