Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
İnkişaf strategiyası

Azərbaycan Tibb Universitetinin Tibbi və bioloji fizika kafedrasının inkişaf startegiyası

Kafedranin işinin əsas istiqamətləri

― Kafedrada tədris edilən fənlər üzrə tədris-metodiki işin yüksək elmi səviyyədə təşkili və aparılması

— Kafedranın profili və elmi proqramlar üzrə üzrə elmi tədqiqatların həyata keçirilməsi

— Elmi-pedaqoji və elmi kadrların hazırlanması

— Rezidentura pilləsində təhsil alan həkim- rezidentlərin hazırlığı

Tədris-metodiki işlər üzrə

— Müasir səviyyədə bilik, bacarıq və səriştələrə malik məzunların hazırlanmasını təmin etməklə tədrisin müasir standartlara uyğun təşkil edilməsi, tələbələrin nəzəri bilik və praktik vərdişlərinin artırılması;

— Dünyanın qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsinə əsaslanaraq standartlara uyğun təhsil proqramlarının və praktik nəzarət sistemlərinin hazırlanması;

— Yeni elektron tədris materiallarının hazırlanması və materialların müasir elmi biliklərə uyğun olaraq yenilənməsi;

— Dünyanın qabaqcıl ali təhsil müəssisələrinin istifadə etdikləri tədris və tədrismetodiki ədəbiyyata uyğun olaraq fənlərə uyğun azərbaycan, rus və ingilis dilində ədəbiyyatların (dərslik, dərs vəsaiti, metodik vəsait) hazırlanması və nəşri;

— Digər universitetlərin və elmi-tədqiqat institutlarının müvafiq strukturları ilə əlaqələrinin inkişafı;

— Hər tədris ili kafedrada keçirilən fənlərin imtahan sualları bazalarının təkmilləşdirilməsi;

— Kafedranın professor-müəllim heyətinin təlim bacarıqlarının müasir təlim texnologiyalarına müvafiq olaraq təkmilləşdirilməsi;

— Kafedranın professor-müəllim heyətinin müasir tələblərə uyğun dil bacarıqlarının artırılması;

— Kafedraya müasir tələblərə cavab verən və dil bacarığına malik gənc müəllim kadrlarının cəlb olunması;

— Tələbələrin praktik vərdişləri daha yaxşı mənimsəməsi üçün qabaqcıl ali təhsil müəssisələrinin istifadə etdiyi müasir təlim üsullarının araşdırılması və istifadəsi;

— Tədris prosesində kompüter texnologiyalarından istifadənin təkmilləşdirilməsi;

— Kafedrada tədrisə uyğun ədəbiyyatla təhciz olunmuş kitabxananın yaradılması

— Tələbələrin biliklərinin qiymətləndirilməsi üçün istifadə edilən sorğu materiallarının işlənməsi;

— Kafedrada tədris prosesində problem əsaslı öyrədilmə üsullarının istifadə edilməsi;

— Tələbələrin ixtisas üzrə bacarıqların artırılması üçün universitet klinikaları ilə əməkdaşlığın qurulması;

— Kafedrada tələbələrin milli-vətənpərvər ruhda formalaşması və bu istiqamətdə müxtəlif işlərin həyata keçirilməsi;

Kafedranın elmi-tədqiqat işi sahəsində 

— Yeni prioritet istiqamətlər üzrə elmi tədqiqatların planlaşdırılması və həyata keçirilməsi;

— Beynəlxalq qrant layihələrinə qoşulmaq üçün Avropa və Asiyanın qabaqcıl tibb və digər müvafiq ali təhsil müəssisələri və elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması;

— Kafedra əməkdaşlarının elmi işlərinin Beynəlxalq indeksləşdirilmiş elmi mətbuatda nəşri;

— Beynəlxalq və Milli elmi konfranslarda iştirak;

— Elmi nəticələrin əsasında Respublika, Avropa patentlərinin alınması;

— Müxtəlif ixtisasartırma kurslarında iştirakının təmin edilməsi;

— Respublika üzrə qrant layihələrinə qoşulmaq üçün kafedranın elmi potensialının səfərbər edilməsi;

— Canlı orqanizmlərin müxtəlif səviyyələrdə (orqan, toxum, hüceyrə) enerji, maddə və informasiya mübadiləsi proseslərinin öyrənilməsi;

— Nanotexnologiyalar əsasında biomaterialların və molekulyar sistemlərin tədqiqi;

— Riyazi statistika və verilənlər analizi metodlarının bioloji sistemlərdə tətbiqi;

— Tələbələrin tələbə elmi cəmiyyətində müxtəlif məqalə, tezislərlə iştirak etməsi;

— Elmi-tədqiqat işlərində süni intellektin tətbiqi ilə riyazi, bioloji və fiziki modellərin hazırlanması və onların çoxsəviyyəli analizi;

Maddi-texniki bazanın yaxşılaşdırılması

— Kafedranın səlahiyyətində olan dərs otaqlarının və mühazirə zalının işlək vəziyyətdə saxlanılması;

— Tədris prosesində və elmi tədqiqatlarda istifadə olunan mənəvi və fiziki cəhətdən köhnəlmiş cihaz və qurğuların dəyişdirilməsi üçün yeni alət və qurğuların alınması;

— Tədris prosesinin dəstəklənməsi və elmi tədqiqatların aparılması üçün lisenziyalı yeni proqram məhsullarının alınması;

— Kafedrada kompüter siniflərinin təkmilləşdirilməsi və artırılması;

— Tədris üçün optimal gigiyenik şəraitin yaradılması;

— Tədris laboratoriyalarında dərs planına uyğun müasir laboratoriya işlərinin təşkili; xsstodiki işlər T