Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Rezidentura / Doktorantura

Rezidentura

    «II Uşaq xəstəlikləri» kafedrası rezidentlərin həm təcrübi, həm də tədrisi prosesində aparıcı mərkəz rolunu oynayır. Kafedrada pediatriya, uşaq endokrinologiyası, uşaq qastroentologiyası, uşaq kardiologiyası üzrə rezidentura proqramı mövcuddur. Rezidentlər bu istiqamətlər üzrə ixtisaslaşaraq, uşaqlarda rast gəlinən müxtəlif xəstəliklərin diaqnostikası müalicəsi və profilaktikası sahəsində dərin nəzəri biliklər və praktiki bacarıqlar əldə edirlər. Tədris prosesi müasir tibb elminin tələblərinə uyğun təşkil olunur, eləcə də klinik praktikalar ilə rezidentlərin peşəkar hazırlığı təmin edilir.

Mütamadi olaraq rezidentlərin ixtisas proqramlarına uyğun olaraq təcrübi seminarlar təşkil olunur.           

                                        

Doktorantura

“II Uşaq xəstəlikləri” kafedrasında 3220.01 “Pediatriya ” ixtisası və 3216.01  “Endokrinologiya” ixtisası üzrə doktorantura təhsili aparılır.