
Rezidentura
“Ümumi Cərrahlıq” kafedrasında “Ümumi cərrah” ixtisası üzrə rezidentura proqramı mövcuddur.
“Ümumi cərrah” ixtisası üzrə rezidenturada cərrahi patologiyaların diaqnostikası, bəzi fövqəladə hallarda ilk yardımın həyata keçirilməsi, konservativ terapiyanın təyini, xəstələrin əməliyyata hazırlanması, əməliyyatların həyata keçirilməsi, əməliyyatdan sonrakı dövrdə qulluğa nəzarət və intensiv terapiyanın təşkili, yaraların işlənməsi, stasionarda sənədləşdirmənin aparılması öyrədilir. 5 illik rezidentura müddətində rezident-həkimlər cərrahiyyənin ən sadə prosedur və əməliyyatlarından başlayaraq, mürəkkəb rekonstuktiv əməliyyatlara qədər cərrahi texnikaya yiyələnir, əməliyyatlara assistentlik edir, bəzi əməliyyatları rəhbərlərinin nəzarəti ilə icra edir, gecə növbələrinə qalır, müstəqil surətdə xəstə qəbulu və təyinatların verilməsi işində yaxından iştirak edirlər. Bu müddət ərzində onlar elmi işlə də məşğul olur və ATUREK konfranslarında öz məruzələrini təqdim edirlər.
Doktorantura
“Ümumi cərrahlıq” kafedrasında 3213.01 “Cərrahiyyə” ixtisası üzrə doktorantura təhsili aparılır.
