
Rezidentura
“Daxili xəstəliklər II” kafedrasında “Endokrinologiya” ixtisası üzrə rezidentura proqramı mövcuddur.
"Endokrinologiya" ixtisası üzrə rezidentura insanın hormon sistemini, daxili sekresiya vəzilərini (qalxanabənzər vəz, mədəaltı vəz, böyrəküstü vəzilər və s.) və onların ifraz etdiyi hormonları öyrənməyi, eləcə də bu sistemin xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası üzrə elmi əsaslı bilikləri təmin edir. Endokrinologiya hormonların tarazlığını tənzimləməkdən əlavə, metabolizm, böyümə, stress reaksiyaları, reproduktiv funksiyalar və yuxu kimi bütün fizioloji proseslərin idarə olunmasını öyrənir. Bu sahə diabet, piylənmə, qalxanabənzər vəzin xəstəlikləri və digər hormonal pozğunluqların diaqnostikası, müalicəsi və profilaktikasını əhatə edir. Rezidentura müddətində əldə olunan biliklər xəstələrin uzunmüddətli sağlamlığının qorunmasına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Doktorantura
“Daxili xəstəliklər II” kafedrasında” kafedrasında 3216.01 “Endokrinologiya” ixtisası üzrə doktorantura təhsili aparılır.
