Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
İnkişaf strategiyası

1. Giriş və əsaslandırma

Ailə təbabəti səhiyyə sisteminin əsas sütunlarından biridir və əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, profilaktika və davamlı qayğının təşkili baxımından strateji əhəmiyyət daşıyır. Bu sənəd Ailə Təbabəti kafedrasının tədris, elmi-tədqiqat və klinik fəaliyyətlərinin sistemli şəkildə inkişafını təmin etmək məqsədi ilə hazırlanmışdır.

2. Missiya və Vizyon

Missiya: Ailə həkimlərinin yüksək peşəkar, etik və elmi biliklərə malik mütəxəssis kimi hazırlanması; icma yönümlü, sübutlara əsaslanan və davamlı tibbi xidmətin təşviqi.

Vizyon: Regionda ailə təbabəti üzrə lider akademik mərkəzə çevrilmək; innovativ tədris, güclü elmi potensial və yüksək keyfiyyətli klinik xidmətlə tanınmaq.

3. Strateji Məqsədlər

  • Tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir kurikulumun tətbiqi
  • Elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi
  • Klinik bazanın və praktik bacarıqların gücləndirilməsi
  • Kafedrada elmi- pedaqoji kadr potensialının inkişaf etdirilməsi
  • Nüfuzlu universitetlərlə beynəlxalq əməkdaşlığın genişləndirilməsi
  • Kafedranın fəaliyyətində rəqəmsal və innovativ yanaşmaların tətbiqinin artırılması

4. Tədris Strategiyası

4.1. Kurikulumun təkmilləşdirilməsi

  • Səriştə əsaslı (competency-based) tədris modelinin tətbiqi
  • Sübutlara əsaslanan tibb, profilaktika və həyat tərzi təbabətinin inteqrasiyası
  • Simulyasiya, OSCE və klinik ssenarilərlə praktiki bacarıqların artırılması

4.2. Tədris metodları

  • Problem əsaslı öyrənmə (PBL)
  • Rəqəmsal platformalar və hibrid tədris
  • Tələbə yönümlü və interaktiv dərslər

5. Elmi-Tədqiqat Strategiyası

  • Ailə təbabəti və həyat tərzi təbabəti üzrə prioritet tədqiqat mövzularının müəyyənləşdirilməsi
  • Multidissiplinar tədqiqat qruplarının yaradılması
  • Gənc tədqiqatçıların dəstəklənməsi (mentorluq, qrant yazımı)
  • Beynəlxalq jurnallarda nəşrlərin təşviqi

6. Klinik və Praktik Fəaliyyət

  • Tədrisdə ailə sağlamlıq mərkəzləri ilə əməkdaşlıq, sıx inteqrasiya
  • Ailə həkimi kabinetlərində rotasiya və praktik təlim
  • Xroniki xəstəliklərin idarə olunması, profilaktika və skrininq proqramları
  • İlkin səhiyyədə profilaktik yanaşmanın gücləndirilməsi

7. Kadr Potensialının İnkişafı

  • Müəllim heyəti üçün davamlı peşəkar inkişaf (CPD)
  • Xarici təlim və təcrübə proqramlarında iştirak
  • Gənc kadrların cəlb edilməsi və karyera inkişaf planları

8. Beynəlxalq Əməkdaşlıq

  • Xarici universitetlər və ailə təbabəti mərkəzləri ilə əməkdaşlıq
  • Mübadilə proqramları və birgə tədqiqatlar
  • Beynəlxalq akkreditasiya standartlarına uyğunlaşma

9. Rəqəmsallaşma və İnnovasiya

  • Elektron tədris platformalarının tətbiqi
  • Tele-tibb və uzaqdan konsultasiya bacarıqlarının tədrisi
  • Elektron xəstə qeydləri ilə iş bacarıqlarının öyrədilməsi
  • Süni intellekt və qərar dəstək sistemləri barədə maarifləndirmə

10. Monitorinq və Qiymətləndirmə

  • Strateji göstəricilərin (KPI) müəyyənləşdirilməsi
  • İllik fəaliyyət hesabatları
  • Keyfiyyətin davamlı qiymətləndirilməsi və təkmilləşdirmə mexanizmləri

 Nəticə

Bu inkişaf strategiyası Ailə Təbabəti kafedrasının dayanıqlı inkişafını, tədris və elmi potensialının gücləndirilməsini, eləcə də cəmiyyətə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsini hədəfləyir.