Mövzunun adı:
Sosial fəlsəfənin müasir problemləri
Mövzunun aktuallığı:
Qloballaşma, texnoloji transformasiya, sosial bərabərsizlik, identiklik problemləri, mədəni müxtəliflik və dəyərlər sistemində baş verən dəyişikliklər müasir sosial fəlsəfənin əsas tədqiqat obyektlərini təşkil edir. Müasir cəmiyyətlərdə sosial münasibətlərin mürəkkəbləşməsi, fərd və cəmiyyət arasındakı qarşılıqlı təsirlərin yeni formalar alması sosial fəlsəfi təhlilin aktuallığını artırır.
Sosial fəlsəfə cəmiyyətin inkişaf qanunauyğunluqlarını, sosial struktur və institutların mahiyyətini, sosial ədalət, azadlıq və sosial məsuliyyət problemlərini nəzəri-metodoloji aspektdən araşdırır. Xüsusilə müasir dövrdə sosial risklərin artması, həyat tərzinin dəyişməsi və sosial davranış modellərinin transformasiyası sosial fəlsəfənin aktual problemləri sırasında mühüm yer tutur.
Məqsədi:
Müasir sosial fəlsəfənin əsas problemlərinin – sosial münasibətlərin transformasiyası, sosial dəyərlərin problemləri və sosial məsuliyyət məsələlərinin fəlsəfi-nəzəri əsaslarının təhlili və araşdırılması.
Elmi yenilik dərəcəsi:
Tətbiq sahəsi:
İctimai fənlər kafedraları, ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, sosial siyasət və humanitar sahələr üzrə tədris və elmi fəaliyyət.
Səmərəlilik:
Sosial-fəlsəfi biliklərin dərinləşdirilməsi, müasir sosial proseslərin fəlsəfi dərk olunması və tələbələrdə məntiqi və tənqidi düşünmə baxışlarının formalaşdırılması.