1. Kafedranın missiyası – müasir daxili xəstəliklər konsepsiyasına uyğun, xüsusilə ürək-damar və böyrək xəstəliklərinin diaqnostika, müalicə və ikincili profilaktikası sahəsində dərin bilik və praktik bacarıqlara malik, klinik düşüncəli, etik prinsiplərə sadiq, sübuta əsaslanan tibbin tələblərinə cavab verən həkim kadrların hazırlanmasını təmin etməkdir.
Strateji baxış (5 illik perspektiv):
Kafedranın regional və milli səviyyədə kardiologiya və nefrologiya üzrə aparıcı akademik-klinik mərkəzə çevrilməsi, müasir tədris proqramlarının tətbiqi, davamlı rezidentura təhsili, aktiv elmi-tədqiqat fəaliyyəti və beynəlxalq elmi inteqrasiyanın təmin olunması.
2. Strateji inkişafın əsas prinsipləri
- Tədrisin kompetensiya əsaslı təşkili və nəticəyönümlü yanaşma
- Klinik qərarların sübuta əsaslanan tibb prinsiplərinə uyğunluğu
- Tədris, elmi və klinik fəaliyyətin inteqrativ şəkildə təşkili
- Tədrisin keyfiyyətinin davamlı monitorinqi və qiymətləndirilməsi
- Kadr potensialının inkişafı və akademik varisliyin təmin olunması
A. Tədris-metodik fəaliyyətin inkişafı
A1. Tədris proqramlarının müasirləşdirilməsi
Kardiologiya və nefrologiya fənləri üzrə tədris proqramlarının müasir tələblərə uyğun şəkildə yenilənməsi əsas prioritet kimi müəyyən edilir.
Bu məqsədlə:
- Məzun həkimin bilik, bacarıq və klinik səriştələrini əks etdirən kompetensiya modeli hazırlanacaq;
- Tədris proqramları klinik düşünmə, diferensial diaqnostika, instrumental və laborator nəticələrin interpretasiyası, riskin qiymətləndirilməsi və uzunmüddətli izləmə prinsipləri əsasında yenidən strukturlaşdırılacaq;
- Kardiologiya və nefrologiya üzrə mövzular komorbid vəziyyətlər və multidissiplinar yanaşma nəzərə alınmaqla inteqrasiya olunacaq.
A2. Praktiki yönümlü tədrisin gücləndirilməsi
- Klinik hadisələrə əsaslanan tədris (case-based learning) sistemli şəkildə tətbiq olunacaq;
- Praktik bacarıqların formalaşdırılması üçün strukturlaşdırılmış klinik tapşırıqlar, yoxlama siyahıları və qiymətləndirmə meyarları hazırlanacaq;
- Tələbə və rezidentlərin klinik qərarvermə prosesində aktiv iştirakı təmin ediləcək;
- Bilik və bacarıqların obyektiv qiymətləndirilməsi üçün müasir qiymətləndirmə üsullarından istifadə olunacaq.
A3. Tədris vəsaitləri və metodiki təminat
- Müasir tələblərə cavab verən dərslik və dərs vəsaitlərinin hazırlanması və nəşri;
- Kafedra üzrə elektron tədris bazasının yaradılması (mühazirələr, klinik alqoritmlər, testlər, klinik situasiyalar);
- Müəllimlər üçün vahid metodiki yanaşmanı təmin edən tövsiyə sənədlərinin hazırlanması.
A4. Kadr potensialının inkişafı və beynəlxalqlaşma
- Kafedra əməkdaşları üçün mütəmadi ixtisasartırma və elmi-metodik seminarların təşkili;
- İngilis dilli qruplarda dərs deyə bilən müəllim kadrların hazırlanması və sayının artırılması;
- Xarici universitetlərdə təhsil almış gənc mütəxəssislərin kafedraya cəlb edilməsi;
- Akademik dil bacarıqlarının və pedaqoji metodikaların inkişafı.
B. Elmi-tədqiqat fəaliyyətinin inkişafı
B1. Elmi kadrların hazırlanması
- Tələbə–rezident–gənc müəllim ardıcıllığını təmin edən elmi inkişaf modeli formalaşdırılacaq;
- Elmi rəhbərlik və mentorluq sistemi gücləndiriləcək;
- Elmi seminarlar və metodoloji müzakirələr müntəzəm təşkil ediləcək.
B2. Prioritet elmi istiqamətlər
Kafedranın elmi fəaliyyəti aşağıdakı əsas istiqamətlər üzrə cəmləşdiriləcək:
- Ürək-damar və böyrək xəstəliklərinin qarşılıqlı əlaqəsi;
- Arterial hipertenziya, ürək çatışmazlığı və xroniki böyrək xəstəliyi;
- İkincili profilaktika və müalicəyə sadiqlik problemləri;
- Klinik epidemiologiya, risk faktorları və nəticələrin təhlili;
- Keyfiyyətli tibbi xidmətin qiymətləndirilməsi.
B3. Elmi aktivliyin artırılması
- Hər bir kafedra əməkdaşı üçün illik elmi fəaliyyət planının müəyyən edilməsi;
- Rezidentlərin elmi-tədqiqat işlərində aktiv iştirakının təmin olunması;
- Tələbələrin elmi cəmiyyətlər və elmi layihələrə cəlb edilməsi.
B4. Elmi əməkdaşlıq və nəşrlər
- Respublika daxilində və xaricdə aparıcı elmi mərkəzlərlə əməkdaşlığın genişləndirilməsi;
- Elmi-praktik konfransların təşkili və beynəlxalq konfranslarda fəal iştirak;
- Nüfuzlu elmi jurnallarda nəşrlərin sayının və keyfiyyətinin artırılması;
- Monoqrafiyaların və kollektiv elmi əsərlərin nəşri.
B5. Qrantlar və iri miqyaslı layihələr
- Yerli və beynəlxalq qrant proqramlarında iştirakın təşviqi;
- Multimərkəzli elmi-tədqiqat layihələrində təmsil olunmaq;
- Elmi layihələrin idarə olunması üzrə institusional təcrübənin formalaşdırılması.
C. Müalicə-profilaktik fəaliyyətin inkişafı
C1. Klinik bazanın təkmilləşdirilməsi
- Kafedranın klinik bazasında müalicə-profilaktik işin müasir tələblərə uyğun təşkili;
- Diaqnostika və müalicə proseslərinin klinik protokollara əsaslanması;
- Ambulator və stasionar tibbi xidmətin keyfiyyətinin artırılması.
C2. Tədris prosesində klinik inteqrasiya
- Mövzu planına uyğun xəstələrin tələbələrə nümayiş etdirilməsi;
- Xəstələrin müayinəsində tələbə və rezidentlərin fəal iştirakı;
- Professor-müəllim heyətinin rəhbərliyi altında klinik təhlillərin aparılması.
C3. Klinik keyfiyyət və təhlükəsizlik
- Klinik hallar üzrə müntəzəm təhlillərin təşkili;
- Ölüm hallarının elmi və tədris məqsədli araşdırılması;
- Klinik səhvlərin profilaktikası və tibbi təhlükəsizlik mədəniyyətinin formalaşdırılması.
4. İdarəetmə və keyfiyyətin qiymətləndirilməsi
- Kafedra daxilində tədris, elmi və klinik istiqamətlər üzrə məsul struktur vahidlərinin müəyyən edilməsi;
- İllik fəaliyyət hesabatlarının hazırlanması;
- Tədrisin və klinik fəaliyyətin nəticələrinin analizi və davamlı təkmilləşdirilməsi.
5. Gözlənilən nəticələr
5 illik strategiyanın icrası nəticəsində:
- Tədrisin keyfiyyəti və praktik yönümlülüyü əhəmiyyətli dərəcədə artacaq;
- Elmi nəşrlərin və beynəlxalq elmi əməkdaşlığın həcmi genişlənəcək;
- Rezidentura təhsili sistemli və davamlı inkişaf edəcək;
- Kafedra daxili xəstəliklər sahəsində akademik və klinik mərkəz kimi mövqeyini gücləndirəcək.