Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

1.Mövzunun adı: ” Müxtəlif etiologiyalı xronik durğunluq ürək çatmamazlığı və xroniki böyrək xəstəliyi ilə pasientlərdə şəkərli diabet tip 2-nin mövcud olub-olmamasından asılı olaraq SGLT-2 inhibitorlarının təsirinin differenisasiyalı öyrənilməsi”

2. Mövzunun aktuallığı: Ürək qan-damar sistemi xəstəlikləri yeni diaqnostika və müalicə imkanlarının artmasına baxmayaraq keçən əsrin ortalarından başlayaraq səhiyyənin bir nömrəli problemi kimi qalmaqdadır. Bu xəstəliklərdən xəstələnmə, əlilik və ölüm hallarının sayı çox yüksək olaraq qalır. Qəfləti ölüm və ürək çatışmazlığı isə bu xəstəliklərin tez-tez rast gələn son nəticələridir. Bu səbəbdən durğunluq ürək çatışmazlığının patogenezinin, klinikası və müalicəsinin hərtərəfli öyrənilməsi aktual olaraq qalır. Son vaxtlar t’tbiq olunma]a başlanan SGLT2  inhibitorları ürək-damar və böyrək xəstəlikləri riskinin azaldılmasında əlavə göstəricilərlə müasir diabet müalicəsinin əsas dərmanlarıdır. Amerika Diabet Assosiasiyasının (ADA) 2022-ci il qaydalarına əsasən, ASCVD, ürək çatışmazlığı və CKD daxil olmaqla əlavə risk faktorlarına əsaslanaraq, SGLT2 inhibitorlarının istifadəsi məqsədəuyğun ola bilər. 2022 AHA/ACC/HFSA təlimatlarına əsasən, HFrEF üçün təlimata əsaslanan tibbi terapiya SGLT2 inhibitorlarının istifadəsini əhatə edir. Xroniki simptomatik HFrEF olan xəstələrdə, T2DM-nin mövcudluğundan asılı olmayaraq, ürək çatışmazlığı ilə əlaqədar xəstəxanaya yerləşdirmə və ürək-damar ölümlərini azaltmaq üçün SGLT2 inhibitorları tövsiyə olunur. 2023-cü il ACC Ekspert Konsensusuna əsasən, SGLT2 inhibitorları HFpEF olan bütün xəstələr üçün göstərilir. Eyni zamanda xronik durğunluq ürək çatışmazlığında əmələ gələn cardiorenal sindromun öyrənilməsi də əhəmiyyət kəsb edir. KDIGO və ADA-nın 2022-ci il birgə konsensusuna əsasən, müəyyən edilmiş böyrək faydaları olan SGLT2 inhibitorları T2DM, CKD və eGFR 20 mL/dəq/1.73 m²-dən çox olan xəstələr üçün tövsiyə olunur. Başlandıqdan sonra bu agentlər hətta aşağı eGFR səviyyələrində də davam etdirilə bilər. Müalicənin başlanğıcında eGFR-də geri dönən azalma baş verə bilər, lakin bu müvəqqəti dəyişiklik ümumiyyətlə müalicənin dayandırılmasını tələb etmir.Buna görə də xronik böyrək xəstəliyi zamanı SGLT2 inhibitorlarının tətbiqinin differensiasiyalı öyrənilməsi də aktual hesab olunur.

3.İşin məqsədi: Xronik durğunluq ürək çatmamazlığı və xroniki böyrək xəstəliyi ilə pasientlərdə şəkərli diabet tip 2-nin mövcud olub-olmamasından asılı olaraq SGLT-2 inhibitorlarının təsirinin differensasiyalı öyrənilməsidir.

4.Elmi yenilik dərəcəsi: Durğunluq ürək çatışmazlığında və böyrəklərin xronik xəstəliyində SGLT2 inhibitorlarının klinik və labörator göstəricilərinə təsirinin müqaisəli öyrənilməsi.

5.Tətbiq sahəsi: Kardiologiya

6.Səmərəlilik: Durğunluq ürək çatışmazlığı və böyrəklərin xronik xəstəliyi olan pasientlərdə müalicənin təkmilləşdirilməsi üçün tövsiyələr hazırlanması imkanları meydana gələcək.