Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
İnkişaf strategiyası

Kafedranın işinin əsas istiqamətləri

  • Kafedrada tədris edilən fənlər üzrə tədris-metodiki işin yüksək elmi səviyyədə təşkili və aparılması
  • Kafedranın profili və elmi proqramlar üzrə elmi tədqiqatların həyata keçirilməsi
  • Tədris proqramlarının müasir elmi yeniliklərə uyğun olaraq yenilənməsi və standartlara uyğunlaşdırılması
  • Professor-müəllim heyətinin müasir təlim metodları üzrə bilik və bacarıqlarının artırılması

Tədris-metodiki işlər üzrə

  1. Tələbələrə insan orqanlarının və sistemlərinin makroskopik quruluşu üzrə yüksək səviyyədə nəzəri bilik və praktik bacarıqların aşılanması
  2. Tibbi terminologiya fənninin proqramlarının beynəlxalq standartlara və müasir elmi nailiyyətlərə uyğun yenilənməsi
  3. Tələbələrin anatomiya üzrə təcrubi  bacarıqlarını inkişaf etdirmək üçün laboratoriya məşğələlərinin təkmilləşdirilməsi
  4. Terminoloji biliklərin sistemli şəkildə formalaşdırılması və latın, ingilis, Azərbaycan dillərində müqayisəli öyrədilməsi
  5. Tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasına dəstək verilməsi
  6.  Kafedranın professor-müəllim heyətinin müasir tələblərə uyğun dil (xüsusilə ingilis dili) bacarıqlarının artırılması
  7. Professor-müəllim heyətinin müasir təlim metodları üzrə ixtisasartırma proqramlarında iştirakının təşkili;
  8. Tələbələrin makroskopik tədqiqat vərdişlərini inkişaf etdirmək üçün laboratoriya məşğələlərinin təkmilləşdirilməsi
  9. Tələbələrin makroskopik tədqiqat vərdişlərini inkişaf etdirmək üçün laboratoriya məşğələlərinin təkmilləşdirilməsi

Elmi-tədqiqat işi sahəsində

  1. İnsan orqan və sistemlərinin morfoloji və funksional xüsusiyyətlərinin tədqiqi üzrə prioritet istiqamətlərin inkişaf etdirilməsi
  2.  Tibbi terminologiyanın beynəlxalq standartlarla uyğunlaşdırılaraq bazaların yaradılması
  3.  Elmi nəticələrin beynəlxalq indeksləşdirilmiş jurnallarda dərc olunmasının təşviqi
  4. Konfrans və simpoziumlarda elmi çıxışların artırılması
  5. Beynəlxalq elmi mərkəzlərlə birgə tədqiqat layihələrinin həyata keçirilməsi

Maddi-texniki bazanın yaxşılaşdırılması

  • Kafedranın dərs otaqlarının və mühazirə zalının yüksək keyfiyyətli vəziyyətdə saxlanılması
  • Tədris və tədqiqat üçün optimal texniki şəraitin təmin edilməsi
  • Kompüter texnologiyalarının təkmilləşdirilməsi və artırılması

Birləşdirici iş və dəyərlər üzrə

  • Tələbələrdə elmə marağın artırılması və elmi dərnəklərin təşkili
  • Milli-mənəvi dəyərlərə sadiq, məsuliyyətli tibb mütəxəssislərinin formalaşdırılmasına töhfə verilməsi

Müəllim-tələbə əməkdaşlığı mühitində inkişaf üçün şərait yaradılması