Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Mövzunun adı:

 Küt travmaların məhkəmə-tibbi aspektlərinin kompleks öyrənilməsi: diaqnostik meyarlar, differensial xüsusiyyətlər və ekspertiza əhəmiyyəti.

Mövzunun aktuallığı:

 Müasir dövrdə müxtəlif travmatik amillərin təsiri nəticəsində baş verən çoxsaylı və kombinə olunmuş küt travmaların sayı artmışdır. Bu travmaların mexanizminin, zədələnmə dərəcəsinin və morfoloji xüsusiyyətlərinin düzgün qiymətləndirilməsi məhkəmə-tibbi ekspertizanın ən mürəkkəb məsələlərindəndir. Mövzu küt travmaların diaqnostik və differensial meyarlarının elmi əsaslarla müəyyənləşdirilməsini hədəflədiyinə görə, həm elmi, həm də praktik baxımdan yüksək aktuallığa malikdir.

Tədqiqatın məqsədi:

 1. Müxtəlif travmatik amillərin təsiri ilə yaranan kompleks və çoxsaylı küt travmaların morfoloji əlamətlərini təhlil etmək;

2. Ölümə səbəb olan və olmayan hallarda küt travmaların fərqləndirici xüsusiyyətlərini müəyyənləşdirmək;

3. Travmatik şok, daxili üzvlərin zədələnmələri və poliorqan travmaları zamanı müşahidə olunan dəyişiklikləri öyrənmək;

4. Küt travmaların diaqnostik və differensial meyarlarını sistemləşdirmək;

5. Məhkəmə-tibbi ekspertizanın obyektivliyini artırmaq məqsədilə praktik tövsiyələr hazırlamaq.

Elmi yeniliyi: 

İlk dəfə olaraq müxtəlif travmatik amillərin təsiri ilə yaranan kompleks və çoxsaylı küt travmaların məhkəmə-tibbi diaqnostikası sistemləşdiriləcək, morfoloji və differensial meyarların yeni elmi əsasları işlənəcək.

 

Gözlənilən nəticələr: 

Tədqiqat nəticəsində küt travmaların ekspertiza meyarları dəqiqləşdiriləcək, diaqnostik və differensial xüsusiyyətlər elmi cəhətdən əsaslandırılacaq və praktik ekspertiza fəaliyyətində

Tətbiq sahəsi  :

Məhkəmə- tibbi ekspertiza və patoloji anatomiya Birliyi

Elmi-praktik əhəmiyyəti:

 Tədqiqatın nəticələri məhkəmə-tibbi ekspertiza praktikasında obyektivliyin artırılmasına, zədələnmə mexanizmlərinin daha dəqiq müəyyən edilməsinə və tədris prosesində elmi-metodik materialların təkmilləşdirilməsinə xidmət edəcəkdir.