Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Rezidentura / Doktorantura

Rezidentura 

“Məhkəmə təbabəti” kafedrasında “Məhkəmə-tibb eksperti” ixtisası üzrə rezidentura proqramı mövcuddur.
 

“Məhkəmə-tibb eksperti” ixtisası üzrə rezidentura təhsili çərçivəsində məhkəmə-tibbi ekspertizanın nəzəri və praktik əsasları, ölüm səbəblərinin və mexanizmlərinin müəyyən edilməsi, meyitlərin və canlı şəxslərin məhkəmə-tibbi müayinəsinin aparılması, travmaların, zəhərlənmələrin, mexaniki, termik, kimyəvi və bioloji təsirlərin qiymətləndirilməsi, sağlamlığa zərərvurma dərəcəsinin, əmək qabiliyyətinin və cinsi vəziyyətin təyini, maddi sübutların tədqiqi, laborator və instrumental müayinə üsullarının tətbiqi öyrədilir.

Rezidentlər istintaq və məhkəmə orqanlarının tələbi əsasında aparılan məhkəmə-tibbi ekspertizalarda iştirak edir, ekspert rəylərinin hazırlanması, protokolların və rəsmi sənədlərin tərtibi, normativ-hüquqi aktların tətbiqi üzrə bilik və bacarıqlara yiyələnirlər. Tədris prosesi meyitxana, müvafiq laboratoriyalar və digər praktik bazalarda həyata keçirilir, real ekspertiza materialları üzərində praktiki məşğələlər aparılır.

3 illik rezidentura müddətində rezident-həkimlər ilkin müşahidədən başlayaraq mərhələli şəkildə müstəqil məhkəmə-tibbi ekspertiza aparmaq bacarığı qazanır, rəhbərlərinin nəzarəti altında ekspert müayinələrini icra edir, növbətçiliklərdə iştirak edir və peşəkar qərarvermə vərdişlərini formalaşdırırlar. Rezidentura dövründə rezidentlər elmi-tədqiqat fəaliyyəti ilə məşğul olur, elmi seminar və konfranslarda, o cümlədən ATUREK və digər elmi tədbirlərdə məruzələrlə çıxış edirlər.

 

                                                                        

Doktorantura

Məhkəmə təbabəti  kafedrasında 3203.01 “Məhkəmə təbabəti ” ixtisası üzrə doktorantura təhsili aparılır.