Nevrologiya kafedrasında bakalavr proqramı gələcək həkimlərə sinir sistemi xəstəliklərinin erkən diaqnostikası, profilaktikası və müalicəsi sahəsində əsas nəzəri biliklər və praktik bacarıqlar qazandırır.Bu fənndə sinir sisteminin əsas hissələrinin quruluşu, bir-brilə münasibəti, əlaqələri, fizioloji xüsusiyyətlərinin öyrənilməsi; zədələnməsində inkişaf edən patoloji simptomlar, sindromlar, onların düzgün təhlili və müayinə üsullarını öyrənməklə topik diaqnoz qoyulmasına vəzifə qoyulur. Sinir sisteminin əsas xəstəliklərinin əlamətləri, kliniki gedişi, patoloji prosesin topik diaqnostikasına uyğun kliniki sindromların təhlili, nevrologiyada istifadə olunan əsas müayinə üsullarının xüsusiyyətləri, müalicə və reabilitasiyanın prinsipləri, əsas neyrotrop dərmanların təyinat prinsipləri öyrənilir. Nevrologiya tədrisinin əsas məqsədi tələbələrə onun nəzəri əsasını, nevroloji əsasların müayinə üsullarını, diaqnozun qoyulması metodologiyası və müalicə taktikasının seçilməsini öyrətməkdir. Nevroloji xəstələrin müayinə üsullarını, diaqnozun qoyulması metodologiyası və müalicə taktikasının seçilməsini öyrətməkdir. Bu fənn tədris olunub qurtardıqdan sonra tələbələr sinir sisteminin müayinə üsullarını, topik diaqnostikasının əsaslarını, patoloji simptomları və sindromları araşdırmaq bu sahədə praktik vərdişlər əldə etməlidir. Tələbələr sinir sisteminin müayinə üsullarını, topik diaqnostikasının əsaslarını, patoloji simptomları və sindromları araşdırmaq, müalicə və reabilitasiya prinsiplərini öyrənərək bu sahədə praktik vərdişləri əldə eməlidirlər.
Nevrologiya ( Uşaq Genetik Xəstəlikləri )