KAFEDRANIN IŞININ ƏSAS ISTIQAMƏTLƏRİ:
- Kafedrada tədris edilən fənlər üzrə tədris-metodiki işin yüksək elmi səviyyədə təşkili və aparılması
- Kafedranın profili və elmi proqramlar üzrə üzrə elmi tədqiqatların həyata keçirilməsi
- Elmi-pedaqoji və elmi kadrların hazırlanması
- Farmakologiya və kliniki farmakologiya ixtisası üzrə magistr pilləsində təhsil proqramı hazırlığı
- Rezidentura pilləsində təhsil alan həkimrezidentlərin hazırlığı
- Doktorantura və dissertantura pilləsində təhsil alan doktarant və dissertantların hazırlığı
TƏDRIS-METODIKI IŞLƏR ÜZRƏ
- Müasir səviyyədə bilik, bacarıq və səriştələrə malik məzunların hazırlanmasını təmin etmək , götürərək tədrisin müasir standartlara uyğun təşkil edilməsi, tələbələrin nəzəri bilik və praktik vərdişlərinin daha da artırılması;
- Dünyanın qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsinə əsaslanaraq standartlara uyğun təhsil proqramlarının və səriştələrə nəzarət sistemlərinin hazırlanması;
- Yeni elektron tədris materiallarının hazırlanması və hazır materialların elmi yeniliklərə uyğun olaraq yenilənməsi;
- Dünyanın qabaqcıl ali təhsil müəssisələrinin istifadə etdikləri tədris və metodiki ədəbiyyata uyğun olaraq həm bakalavr, həm rezidentura pilləsində tədris olunan fənlərə uyğun azərbaycan, ingilis və rus dilində ədəbiyyatların (dərslik, dərs vəsaiti, metodik vəsait) hazırlanması və nəşri;
- Digər universitetlərin və elmi-tədqiqat institutlarının müvafiq kafedraları və elmi tədqaiqat laboratoriyaları ilə əlaqələrinin inkişafı;
- Kafedranın professor-müəllim heyətinin təlim bacarıqlarının müasir təlim texnologiyalarına müvafiq olaraq təkmilləşdirilməsi;
- afedranın professor-müəllim heyətinin müasir tələblərə uyğun dil (xüsusilə ingilis dili) bacarıqlarının artırılması;
- Kafedraya müasir tələblərə cavab verən və dil bacarığına malik gənc müəllim kadrlarının cəlb olunması;
- Tələbələrin praktik vərdişləri daha yaxşı mənimsəməsi üçün qabaqcıl ali təhsil müəssisələrinin istifadə etdiyi müasir təlim üsullarının araşdırılması və istifadəsi;
- Tədris prosesində kompüter texnologiyalarından istifadənin təkmilləşdirilməsi
- .Kafedrada tədrisə uyğun ədəbiyyatla təhciz olunmuş kitabxananın yaradılması
- Tələbələrin biliklərinin qiymətləndirilməsi üçün istifadə edilən sorğu materiallarının təkmilləşdirilməsi;
- .Kafedrada tədris prosesində problem əsaslı öyrədilmə üsullarının istifadə edilməsi;
- Tələbələrin ixtisas üzrə bacarıqların artırılması üçün Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə Qadın, və Uşaq problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyətlı qurumlarla əməkdaşlığın qurulması
Kafedranın elmi-tədqiqat işi sahəsində
- Yeni prioritet istiqamətlər üzrə elmi tədqiqatların planlaşdırılması və həyata keçirilməsi;
- Beynəlxalq qrant layihələrinə (Horizon, COST və s.) qoşulmaq üçün Avropa və Asiyanın qabaqcıl tibb və digər müvafiq ali təhsil müəssisələri və elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması;
- Kafedra əməkdaşlarının elmi işlərinin Beynəlxalq indeksləşdirilmiş elmi mətbuatda nəşri; Beynəlxalq və Milli elmi tədbirlərdə sözlü və poster iştirakının artırılması; müxtəlif ixtisasartırma kurslarında iştirakının təmin edilməsi;
- Respublika üzrə qrant layihələrinə qoşulmaq üçün kafedranın elmi potensialının səfərbər edilməsi;
- Müasir tibbin aktual problemləri üzrə elmi tədqiqatların planlaşdırılması və həyata keçirilməsi
Maddi-texniki bazanın yaxşılaşdırılması
- Kafedranın səlahiyyətində olan dərs otaqlarının və mühazirə zalının yüksək keyfiyyətli işlək vəziyyətdə saxlanılması;
- Tədris prosesində və elmi tədqiqatlarda istifadə olunan mənəvi və fiziki cəhətdən köhnəlmiş cihaz və qurğuların dəyişdirilməsi üçün yeni alət və qurğuların alınması;
- Tədris prosesinin dəstəklənməsi və elmi tədqiqatların aparılması üçün lisenziyalı yeni proqram məhsullarının yenilənməsi;
- Kafedrada kompüter texnologiyalarının təkmilləşdirilməsi və artırılması;
- Tədris prosesində sağlamlığıqoruyan texnologiyalardan daha geniş istifadə edilməsi;profilaktik sağlamlıq tədbirlərinin həyata keçirilməsi.
- Tələbələrin tədrisi üçün optimal gigiyenik şəraitin yaraKafedrada tədrisə uyğun ədəbiyyatla təhciz olunmuş kitabxananın yaradılması dılması;