Mövzunun adı:
Neyro və psixoaktiv fəallığa malik təbii və sintetik mənşəli potensial aktiv birləşmələrin və analoji aktivliyi ehtimal olunan müxtəlif dərman bitkilərindən alınmış çıxarışların eksperimental farmakoloji tədqiqi və eksperimental terapiya metodlarının işlənib hazır¬lanması
Mövzunun aktuallığı:
Sinir sisteminin xəstəlikləri və metabolik problemlər bütün dünya əhalisi üçün əhəmiyyətli tibbi və ictimai sağlamlıq problemi yaradır. Neyrodejenerativ xəstəliklər ilk növbədə neyron itkisi ilə xarakterizə olunur. Bu xəstəliklərin yayılması və tezliyi yaşla kəskin şəkildə artır; beləliklə, bir çox ölkələrdə gözlənilən ömür uzunluğu artmaqda davam etdiyi üçün yaxın gələcəkdə hadisələrin sayının artacağı gözlənilir. Qlobal demoqrafik dəyişikliklərlə əlaqədar qarşıdakı illərdə əsas tibbi və ictimai sağlamlıq probleminə çevriləcəyi gözlənilir. Ağır ruhi xəstəliklərdən məsul olan neyron degenerasiyası/itkisini əhatə edir. Bu neyron degenerasiyası bir çox neyropsixatrik problemlərə və daimi əlilliyə səbəb olur. Digər tərəfdən, həyat tərzi, keyfiyyətsiz qidalar, stress, piylənmə və s. səbəindən günbəgün artan metabolik xəstəliklər tib elminin prioritet problemidir. Hal-hazırda psixi, neyrodegenerativ və metabolik problemləein müalicəsi üçün bir neçə təsdiq edilmiş dərman mövcud olsa da, onların böyük əksəriyyəti yalnız əlaqəli simptomları yüngülləşdirməyə kömək edir. Antidepressantlar nevroloji xəstəliklərin yaratdığı depressiya üçün təsirli olsa da, arzuolunmaz effektlər göstərə bilər. Anksiyolitiklər koqnitiv pozğunluğu pisləşdirə bilər və bu kontekstdə ehtiyatla istifadə edilməlidir. Antipsixotiklər kəskin həyəcan üçün faydalı ola bilər, lakin onların xroniki qeyri-psixotik həyəcan üçün təsirsiz və təhlükəli olduğu göstərilmişdir. Beta-blokerlər və serotonergik maddələr kimi digər dərmanlar daha təsirli görünür. Bu təsirləri ümumiləşdirilir və bu müalicələrin praktik tətbiqi üçün çətinliklər törədir. Metabolik problemlər və immun sistemdə baş verən kənaraçıxmalar zamanı tətbiq edilən farmakoterapiya simptomatik olub, yetərli qədər əlavə effektlər törədir. Bu səbəbdən yeni farmakoterapevtik strategiyalarının hazırlanması vacibdir.
Məqsədi:
Tədqiqatın əsas məqsədi-təbii və sintetik mənşəli potensial aktiv birləşmələrin və analoji aktivliyi ehtimal olunan müxtəlif dərman bitkilərindən alınmış çıxarışların neyro-psixi və koqnitiv funkasiyalara terapevtik effektinin eksperimental farmakoloji tədqiqi və kliniki tədqiqatlar
Tədqiqatın vəzifələri
1. Müxtəlif dərman bitkilərindən alınmış çıxarışların dozlarının müəyyən edilməsi
2. Psixi problemlərə potensial təsirə malik təbii və sintetik maddələrin davranış parametrlərinə açıq sahə, qaldırılmış xaçabənzər labirint, işıqlı-qaranlıq kamera, quyruqdan asılma testi, üzmə testi və vizual müşahidə üsulu ilə eksperimental tədqiqi
3. Neyrodegenerativ xəstəliklərə potensial təsiri olana təbii və sintetik maddələrin eksperimental tədqiqi
4. Neyrokimyəvi tədqiqatlara götürülərək, müvafiq beyin struk¬turlarında monoaminlərin (norepinefrin, dofamin və sero¬tonin) və lipid heroksid məhsul¬larının miqdarının təyin olun¬ması
5. İFA axın sitometriyası metodu ilə hormonların və immun markerlərin tədqiqi
Tədqiqat işinin obyekti:
Tədqiqatın obyekti-laboratoriya şəraitində yetişdirilmiş ağ siçovullar dövşanlardır kliniki tədqiqatlarda xəstələr
Tədqiqat üsulları:
1. Açıq sahə, qaldırılmış xaçabənzər labirint, işıqlı-qaranlıq kamera, quyruqdan asılma testi, üzmə testi və vizual müşahidə
2. Neyrokimyəvi tədqiqatlar (beyin struk¬turlarında monoaminlərin (norepinefrin, dofamin və sero¬tonin səviyyəsinin müəyyən edilməsi)
3. Alloksanla diabet modelinin yaradılması
Biokimyəvi tədqiqatlar lipid peroksid məhsul¬larının, (IL-1β, TNF-α, IL-(MDA, SOD, katalaz); hormonların və immunmarkerlərin miqdarının təyin olun¬ması)
4. Orqan toxumalarının histo-morfoloji analizi
5. Mikrobioloji metodlar: PCR və 16S rRNA ardıcıllığı
Açar sözlər:
Psixi, neyrodegenerativ, metabolik problem, immun sistem farmakoterapiya
Elmi yeniliyi:
Neyro-psixi problemlərin müalicəsi üçün daha perespektiv və əlavə təsirləri daha az olan yeni farmakoterapevtik strategiyalarının hazırlanması, metabolik dəyişikliklərdə seçim tək və ya kombin olunmuş farmakoterapevtik üsulların əldə olunması
Gözlənilən nəticələr:
1. Neyro-psixi problemlərin müalicəsi üçün daha perespektiv və əlavə təsirləri daha az olan yeni vasitələr alınacaq
2. Bitki çıxarışlarının antioksidant, regenerativ xüsusiyyətləri ehtimal olunur
3. Reproduktiv funksiya və dölə daha az əlavə təsirli maddələr müəyyən olunacaq
4. Koqnitiv funksiyaları yaxşılaşdıran yeni farmaoterapevtik vasitə əldə ediləcək
Elmi-praktik əhəmiyyəti:
Müasir dünyada neyro-psixi və metabolik problemlərin geniş yayılması ilə əlaqədar yeni və effektiv farmakoterapevtik strategiyanın hazırlanması tibbin müvafiq sahələrinə böyük tovhə verəcəkdir
Tədqiqatın yerinə yetririləcəsyi yer:
Azərbaycan Tibb Universiteti Farmakologiya kafedrası, AZərbaycan Tibb Universiteti Elmi-tədqiqat mərkəzi