Mövzunun adı:
Onurğa osteoporozlarının epidemiologiyası, müalicə strategiyaları, və profilaktika üsulları
Mövzunun aktuallığı:
Onurğa osteoporozu, fəqərələrin kompression sınıqlarına səbəb olan, geniş yayilmasış xəstəlikdir.
Osteoporoz zamanı, kəllə sümükləri istisna olmaqla, bütün skelet sümüklərində sınıqlar rast gəlinir. Ən sıx döş və bel fəqərələrinin cismlərində, bud və bilək sümüklərində qeyd edilir.
Osteoporoz xəstəliyi, Ürək-damar xəstəlikləri, ŞD və onkoloji xəstəliklərdən sonra əlilliyə ən çox səbəb olan 4-cü xəstılikdir.
Yaşlı adamlarda xroniki ağrı sindromunun ən əsas səbəblərindən biri osteoporotik fəqərə sınıqlarıdır.
Əhalinin yaşlilanmaq tendensiyasını nəzərə alaraq osteoporozlu xəstə sayının artması gözlənilir. Bu səbəblə belə xəstələrin müalicə və reabilitasiyasına olan xərclərin artmasına səbəb olacaq.
1990-cı il üçün dünyada 1.7 mln osteoporotik kompression fəqərə sınığı qeydə alınıbsa, proqnozlara görə 2050-ci ildə onların sayı 6.3 mln çatacağı gözlənilir.
Osteoporotik sınıqların rastgəlmə tezliyi yaş artdıqca artır və qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir (7:1 nisbətində). Hər 4-cü 50 yaş və üzəri qadında osteoporotik sümük sınıqları təyin edilir.
Yalnız 85% hallarda osteoporotik sınıqlar simptomatik olduğundan, həqiqi sınıq sayını təyin etmək çətinlik törədir.
Hər il ABŞ-da, 80% qadınlar olmaqla, 1 300 000 osteoporotik fəqərə sınığı diaqnozu təyin edilir. 65 yaş və üzəri 150 000 pasientin xəstəxanada stasionar müalicə almasına səbəb olur.
Kompression fəqərə sınıqları kəskin lokal ağrı ilə müşayət olunur. Konservativ müalicə çox vaxt effektsiz olur. 70% insan ağrılar səbəbi ilə həyat tərzlərini dəyişməli olur, elementar məişət işlərindən uzaq qalırlar. Kəskin ağrı sindromu ən az 4-6 həftədə davam edir və bəzən tam reqress etmir.
Bir çox hallarda bu sınıqlar xroniki xəstəliklərin inkişafı kimi xoşagəlməz nəticələrə gətirib çıxara bilir.
Fəqərə sınıqları hündürlüyün proqressiv azalması, kifoz, qamətin pozulması, daimi lokal ağrıya səbəb ola bilir.
Problemin yüksək tibbi, sosial və ekonomik əhəmiyyətini nəzərə alaraq,osteoporotik fəqərə sınıqları zamanı xəstəliyin gedişatının müalicə xüsusiyyətlərinin və proqnozunun öyrənilməsi aktuallıq kəsb edir.
Məqsədi:
Osteoporotik fəqərə sınığı olan xəstələrin müəllifin müşahidə etdiyi və retrospektiv analizi, təqdim olunmuş informasiya əsasında bu xəstəliyin diaqnostikasınl asanlaşdırmaq və cərrahi müdaxiləyə göstərişləri təyin etmək, cərrahi müalicənin effektivliyini artırmaqdır.
Elmi yenilik dərəcəsi:
İlk dəfə olaraq densitometrik nəticələrə əsasən cərrahi müalicə üsulunun təyin ediləcək. Osteoporotik sınıqlar zamanı ən effektiv cərrahi müalicə alqoritminin hazırlanması nəzərdə tutulur.
Tətbiq sahəsi:
ATU-Tədris Cərrrahiyyə Klinika və Bakı Sağlanlıq Mərkəzi, Respublika Neyrocərrahiyyə xəstəxanası və respublikada fəaliyyət göstərən şöbələr.
Səmərəlilik: Osteoporotik sınıqların erkən diaqnostikasının yaxşılaşdırılması və cərrahi müalicə üsullarının təkmilləşdirilməsi.