“Neyrocərrahiyyə”fənni müalicə-profilaktika və hərbi-tibb fakultələrinin IV kurslarında tədris olunur. Müalicə-profilaktika və hərbi tibb fakultələrində neyrocərrahiyyə fənninin tədrisində məqsəd neyrocərrahi xəstəliklərin yaş xüsusiyyətlərini, xəstəliklərin kliniki gedişatı, diaqnostika və müasir müalicə prinsiplərini öyrənmək, mərkəzi və periferik sinir sisteminin müxtəlif xəstəlikləri zamanı xəstələrə təxirəsaınmaz yardımın göstərilməsi bacarığını öyrətməkdən ibarətdir. Tələbələrə neyrocərrahiyyə kafedrasında mərkəzi və periferik sinir sisteminin topoqrafik anatomiyası haqqında biliklərini möhkəmləndirmək nəzərdə tutulur.
Proqram neyrocərrahiyyənin müasir inkişaf vəziyyətini göstərməklə ümumui ixtisaslı həkimlərə tədrisin həcminə uyğun tərtib edilmişdir. Tədtis nozoloji ardıcıllıq prinsipinə əsasən qurulmuşdur.
Mühazirələr 2 saatlıq olmaqla vidiotexnika, kinofilmlər, və başqa texniki vasitələrin nümayişi ilə oxunmalıdır. Təcrübə dərslərinin neyrocərrahi klinikada, 25%-ni aparmaq məqsədə uyğundur. Təcrübə dərslərində tələbələr neyrocərrahi müayinə üsulları (kranioqrafiya, spondiloqrafiya, bel punksiyası, mieloqrafiya, exoensefaloqrafiya, angioqrafiya, kompyuter tomoqrafiyası, və s.) tanış olur. Tələbələr beyin və onurğa beyin şişlərinin, kəllə-beyin və fəqərə sütunu onurğa
beyni travmalarının, beyinin iltihabi, parazitar, damar xəstəliklərinin, anadangəlmə cərrahi qüsurların, osteoxondrozların klinika, diaqnostika və müalicə üsullarını öyrənir. Tələbələr müəllimlərinin rəhbərliyi ilə tematik xəstələrin yoxlanılmasında, professor və dosentlərin müayinələrində, xəstəxanada keçirilən konfranslarda, təcili daxil olmuş neyrotravma və damar mənşəli xəstələrin qəbulunda iştirak etməlidirlər. Təcrübə dərslərinin biri və ya ikisitələbələrin operasiyada iştirakına həsr edilir.
Tələbələr kurasiya müddətində xəstılik tarixi yazırlar. Axırıncı dərs günündə tələbənin tərtib etdiyi xəstəlik tarixinin müzakirəsi aparılmaqla keçirilmiş mövzuların mənimsənilmə dərəcəsi müəyyənləşdirilir. Dərs müddətində neyrocərrahiyyənin bütün bölmələri üzrə proqramı yerinə yetirən tələbənin biliyi kredit sisteminə müvafiq qiymətləndirir və lazımı bal toplayan tələbə fənn üzrə test imtahanlarına buraxılır. Dərs buraxan tələbələrin ödəmələri klinikada növbəyə qalmaq və referat yazmaqla yerinə yetirilir. Bu tələbələr proqramı mənimsədiyi halda fənn üzrə test imtahanına buraxılırlar.
Müalicə-profilaktika fakultəsinin IV kurs tələbələrinə 45 saat neyrocərrahiyyə fənni tədris olunur. Onlardan 10 saat mühazirə, 35 saat praktiki məşğələyə ayrılmışdır. Ümumi dərs saatlarının mövzular arasında bölünməsi problemin aktuallığından və təcrübü olaraqdaha tez-tez rastgəlməsindən asılı olaraq aparılır.
Dərs zamanı verilən mövzunu mənimsəməyən və ya dərsdə iştirak etməyən tələbə həmin mövzunu dərsdən sonra referat yazmaqla və cavab verməklə ödəyir.
Neyrocərrahiyyə ( I - II - Müalicə-profilaktika fakültəsi,Hərbi-Tibb fakültəsi )