Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
İnkişaf strategiyası

Uşaq stomatologiyası kafedrasının fəaliyyətinin inkişaf strateqiyasına   aşağıdakılar daxildir:

  • Uşaq stomatologiyası üzrə tədris-metodiki işlərin yüksək elmi və pedaqoji səviyyədə təşkili və həyata keçirilməsi;
  • Kafedranın profili üzrə (uşaq stomatologiyası,stomatoloji xəstəliklərin profilaktikası) elmi-tədqiqat işlərinin aparılması;
  • Uşaq stomatologiyası sahəsində elmi-pedaqoji və elmi kadrların hazırlanması;
  • Bakalavr pilləsində təhsil alan stomatologiya fakültəsinin tələbələrinin uşaq stomatologiyası üzrə nəzəri və praktik hazırlığının təmin edilməsi;
  • Rezidentura pilləsində təhsil alan həkim-rezidentlərin uşaq stomatologiyası üzrə ixtisaslı hazırlanması;
  • Doktorantura pilləsində təhsil alan doktorantların uşaq stomatologiyasının aktual elmi problemləri üzrə hazırlanması.

Tədris-metodiki işlər üzrə əsas istiqamətlər

 

Tədrisin məzmunu və təşkili sahəsində

  • Müasir bilik, bacarıq və peşə səriştələrinə malik uşaq stomatoloqlarının hazırlanmasını təmin etmək məqsədilə tədrisin müasir təhsil standartlarına uyğun təşkili;
  • Uşaqlarda stomatoloji xəstəliklərin profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair nəzəri bilik və praktik vərdişlərin artırılması;
  • Dünyanın qabaqcıl stomatoloji ali təhsil müəssisələrinin təcrübəsinə əsaslanaraq uşaq stomatologiyası üzrə təhsil proqramlarının və səriştələrin qiymətləndirilməsi sistemlərinin hazırlanması;
  • Uşaq stomatologiyası üzrə elektron tədris materiallarının, klinik protokolların və multimedia resurslarının hazırlanması və mütəmadi yenilənməsi;
  • Bakalavr və rezidentura pillələri üçün uşaq stomatologiyası üzrə azərbaycan və ingilis dillərində dərsliklərin, dərs vəsaitlərinin və metodik tövsiyələrin hazırlanması və nəşri.

 

Professor-müəllim heyətinin inkişafı sahəsində

  • Uşaq stomatologiyası kafedrasının professor-müəllim heyətinin müasir pedaqoji və klinik təlim texnologiyalarına uyğun olaraq peşəkar bacarıqlarının təkmilləşdirilməsi;
  • Professor-müəllim heyətinin xarici dil, xüsusilə ingilis dili üzrə elmi və peşəkar kommunikasiya bacarıqlarının artırılması;
  • Uşaq stomatologiyasında istifadə olunan müasir simulyasiya, klinik ssenari və praktik yönümlü təlim üsullarının öyrənilməsi və tətbiqi;
  • Tədris prosesində rəqəmsal stomatologiya, kompüter texnologiyaları və virtual təlim vasitələrindən istifadənin genişləndirilməsi;
  • Uşaq stomatologiyası üzrə ixtisaslaşmış ədəbiyyatla təmin olunmuş kafedra kitabxanasının yaradılması və zənginləşdirilməsi.

 

Tədris prosesinin keyfiyyətinin artırılması sahəsində

  • Tələbə və rezidentlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi üçün test, OSCE və digər qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi;
  • Tədris prosesində problem əsaslı öyrənmə (PBL) və klinik vəziyyətlərə əsaslanan təlim metodlarının tətbiqi;
  • Rezidentlərin elmi-tədqiqat mövzularının uşaq stomatologiyasının aktual problemlərinə və ixtisas profilinə uyğun seçilməsi;
  • Tələbələrin uşaqlarla etik davranış, psixoloji yanaşma, milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi.

Uşaq stomatologiyası kafedrasında elmi-tədqiqat işi üzrə istiqamətlər

  1. Uşaq stomatologiyasının aktual və prioritet istiqamətləri üzrə elmi-tədqiqat işlərinin planlaşdırılması və icrası;
  2. Uşaq stomatologiyası sahəsində beynəlxalq qrant layihələrində iştirak məqsədilə Avropa və Asiyanın qabaqcıl tibb universitetləri və elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin qurulması;
  3. Kafedra əməkdaşlarının elmi işlərinin beynəlxalq indeksləşdirilmiş jurnallarda dərcinin təşviqi;
  4. Beynəlxalq və milli elmi konfrans, simpozium və seminarlarında sözlü və poster təqdimatlarının artırılması;
  5. Professor-müəllim heyətinin və gənc tədqiqatçıların ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirakının təmin edilməsi.

Maddi-texniki bazanın inkişafı üzrə istiqamətlər

  • Kafedranın balansında olan dərs otaqları, klinik təlim otaqları və mühazirə zallarının müasir tələblərə uyğun, yüksək keyfiyyətli işlək vəziyyətdə saxlanılması;
  • Uşaq stomatologiyasında istifadə olunan mənəvi və fiziki cəhətdən köhnəlmiş stomatoloji avadanlıqların müasir cihazlarla əvəz edilməsi;
  • Tədris və elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi məqsədilə lisenziyalı stomatoloji proqram təminatlarının tətbiqi və yenilənməsi;
  • Kafedrada kompüter və rəqəmsal texnologiyaların sayının və keyfiyyətinin artırılması;
  • Tələbələrin və rezidentlərin tədrisi üçün optimal gigiyenik şəraitin yaradılması və ixtisaslaşmış ədəbiyyatla təmin olunmuş kitabxananın formalaşdırılması.