Bakalavriat (Əsas (baza) ali tibb təhsili) Uşaq stomatologiyası ümumi stomatologiyanın əsas bölmələrindən biridi və mühüm əhəmiyyət kəsb edir.Uşaq stomatologiyası ixtisası mürəkkəb və çoxşaxəlidir: Burastomatoloji xəstəliklərinin profilaktikası,terapevtik stomatologiya,üz-çənə cərrahlığı, ortodontiya və uşaqlarda protezləmə aiddir.Bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında uşaqlar arasında stomatoloji xəstəliklərin geniş yayılması uşaq stomatoloqlarının hazırlanmasına tələbatın və bu mütəxəssislərə ehtiyacın aktuallığını şərtləndirir.Həkim-stomatoloqların hazırlanması üzrə tədris proqramına uyğun olaraq uşaq stomatologiyası fənni Azərbaycan Tibb Universitetinin uşaq stomatologiyası kafedrasında stomatologiya fakultəsinin II-V kurs tələbələrinə tədris edilir.Proqramın məqsədi – tələbələrin ümumi bioloji, tibbi kliniki və stomatoloji kafedralarda aldığı biliklərə əsaslanaraq tələbələrə uşaq orqanizmin anatomo-fizioloji xüsusiyyətlərini nəzərə almaqla tibb elminin və təcrübəsinin son naliyyətlərindən istifadə edərək stomatoloji xəstəliklərin profilaktikası, klinika, diaqnostika və müalicəsinin xüsusiyyətlərini öyrətməkdir.Bakalavr təhsilini başa vuran məzunlar səhiyyə müəssisələrində, dövlət və beynəlxalq təşkilatlarda, eləcə də tədqiqat və təhsil mərkəzlərində mütəxəssis kimi fəaliyyət göstərə bilirlər.
Stomatoloji xəstəliklərin profilaktikası ( Stomatologiya )
Uşaq stomatologiyasının əsasları ( Stomatologiya )
Uşaq terapevtik stomatologiyası ( Stomatologiya )
Uşaq cərrahi stomatologiyası ( Stomatologiya )
Uşaqlarda periodont və selikli qişa xəstəlikləri ( Stomatologiya )