Mövzunun adı:Emosional stresin mərkəzi və periferik mexanizmlərinin tədqiqi
Mövzunun aktuallığı: Müasir dövrümüzdə emosional stres elmi texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar olaraq epidemoloji xarakter daşıyır. Stresin 70%-i sinir sistemi və orqanizmdə baş verən müxtəlif xəstəliklərin yaranmasına səbəb olur
Tədqiqatın məqsədi: Canlılarda emosional stresin mərkəzi və periferik mexanizmini öyrənmək, stres yükünü azaldaraq optimallaşdırmaq
Elmi yeniliyi:
- Pilotların stres yükünün optimallaşdırılması
- gərgin döyüş şəraiti keçmiş, emosional stresə məruz qalmış qazilərin müxtəlif psixofizioloji və vegetativ reaksiyalarının öyrənilməsi
- ətraf mühitin emosinal stresi nəticəsində hipotalamo-hipofizar sistemin endokrin vəzlərinin tənzimlənməsi və funksiyasının öyrənilməsi
- tələbələrdə ara imtahanın yaratdığı emosional stresin təhlili
qocalma dövründə stres nəticəsində yaranan neyroendokrin fizioloji proseslərin və müxtəlif biomarkerlərin öyrənilməsi
Gözlənilən nəticələr:
- Stres nəticəsində insanlarda baş verən mənfi fəsadların azaldılması
- insanın uzunömürlüyünə təsir göstərən mənfi emosional stresin fəsadlarının vaxtında aşkar edilərək aradan qaldırılması
- təyyarə qəzalarının qarşısının alınması üçün pilotlarda stres yükünün optimallaşdırılması
- xəstəliklərin öncədən aşkar edilməsi
- diqqət tələb edən peşə fəaliyyətlərində koqnitiv göstəricilərin yüksəlməsi gərgin döyüş şəraiti keçmiş, emosional stresə məruz qalmış qazilərdə müxtəlif psixofizioloji və vegetativ reaksiyalarının öyrənilməsi