Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Rezidentura /Doktorantura

Rezidentura

“Uşaq cərrahlığı” kafedrasında “Uşaq cərrahiyyəsi” ixtisası üzrə rezidentura proqramı mövcuddur. Bu proqram  “Uşaq cərrahiyyəsi” ixtisası üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlayır.                                                                            

       Rezidentura səviyyəsinin 7100039  – “Uşaq cərrahiyyəsi” ixtisası üzrə Təhsil Proqramı Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın tələblərinə, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na uyğun hazırlanmışdır.

Məqsəd: “Uşaq cərrahiyyəsi” ixtisası üzrə rezidentura təhsilinin məqsədi uşaq cərrahiyyəsi sahəsində müasir sübutlara əsaslanan tibbi təcrübəni peşəkar səviyyədə müstəqil həyata keçirməyi bacaran səriştəli həkim-mütəxəssislərin hazırlanmasıdır.

Vəzifələri: Uşaq cərrahiyyəsi ixtisası üzrə reziidentura təhsilinin vəzifələri məzunun aşağıdakıları həyata keçirə bilməsini təmin etməkdir:

    • Uşaq cərrahiyyəsi sahəsində profilaktika, diaqnostika, müalicə, reabilitasiyanın sübutlu 

         təbabətə əsaslanan standartlar əsasında həyata keçirilməsi;

    • Uşaq cərrahiyyəsi sahəsində tez-tez rast gələn ağırlaşmaların profilaktikası və bu  

   fəsadlardan sonra reabilitasiya tədbirlərinin həyata keçirilməsi;

    • təcili və təxirəsalınmaz vəziyyətlərdə tibbi yardım  göstərilməsi;
    • prosedurların və əməliyyatların icra edilməsi;
    • sanitar-epidemioloji rejimin təmin edilməsi;
    • peşə maraqları çərçivəsində müasir texnologiyalardan istifadə edilməsi;
    • yanaşı ixtisaslara dair (məsələn, uşaq urologiyası, uşaq onkologiyası, uşaq      travmatologiya    

         və ortopediyası, uşaq endokrinologiyası) seçilmiş məsələlər üzrə dərin biliklərə malik  

          olmasının təmin edilməsi;

    • uşaqlara cərrahi yardımın təşkili ilə yaxından tanış olmanın təmin edilməsi;
    • uşaqlara cərrahi yardım üzrə təşkilati-idarəetmə sahələrində təcrübənin qazanılmasının 

      təmin edilməsi;

    • tibbi sənədləşmənin, o cümlədən qeydiyyat-hesabat sənədlərinin aparılmasında

        təcrübənin əldə edilməsi;

    • məntiqi  və əsaslanmış  təhlil, çıxış etmək, müzakirə  və mübahisə aparmaq   

        qabiliyyətinin  və hazırlığının  formalaşdırılması;

    • elmi-tədqiqat işinin aparılması sahəsində təməl bacarıqların formalaşdırılması;
    • tibbi etika qaydalarına uyğun fəaliyyət vərdişinin formalaşdırılması;
    • pasieyntlərə sağlamlıq xidmətləri göstərən böyük bir komandanın üzvü kimi fəaliyyət

   göstərmək və əməkdaşlığa hər zaman hazır olmaq yanaşmasının formalaşdırılması;

    • öz ixtisasını daim artımaq vərdişinin formalaşdırılması.

                         

      Uşaq cərrahiyyəsi ixtisası üzrə təhsilin normativ müddəti və məzmuna verilən ixtisas dərəcəsi.

İxtisasın kodu

İxtisasın adı

Təhsil müddəti (il)

Ali peşə-ixtisas dərəcəsi

7100039

Uşaq cərrahiyyəsi

5 il

İxtisas üzrə həkim-mütəxəssis

 

Bu ixtisasın məzunları aşağıdakı ixtisaslaşmalar üzrə  rezidentura hazırlığını davam etdirə bilərlər:

İxtisaslaşmanın  adı

Təhsil müddəti

1.

Uşaq urologiyası

2 il

2.

Uşaq onkologiyası

2 il

               

Doktorantura

Uşaq cərrahlığı kafedrasında 3230.01- “Uşaq cərrahlığı” ixtisası üzrə doktorantura təhsili aparılır.