Mamalıq və ginekologiya üzrə kliniki hazırlığı nəticəsində mütəxəssislərdə həkim davranışı, kliniki təfəkkürün əsasları formalaşmalıdır. Bununla yanaşı, aparılan təlimlərin sonunda tələbələr professional məsələlərinin həllini təmin edən bacarıqları, təxirəsalınmaz və həyatı üçün təhlükə təşkil edən vəziyyətlərdə tibbi yardımına, xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsinə yönəlmiş həkim fəaliyyətinin tətbiq edilməsini mənimsəməlidirlər.
Qadın orqanizminin normal və patoloji anatomiyasının, fizioloji, patoloji, reproduktiv sisteminin, qadın cinsiyyət orqanlarının patoloji vəziyyətlərinin əsaslarının öyrənilməsi, hamilələrin, zahıların yenidoğulmuşların əsas müayinə metodları ilə tanışlıq tələbələrə, stasionara gədər ki dövrdə həyatı təhlükə olarsa, təcili tibbi yardımın vaxtında göstərilməsinə imkan yaradır. Bu da “müalicə işi” ixtisasının professional fəaliyyətinin əsas elementini təşkil edir.
Tələbələri tədris ədəbiyyatı və elmi mətnlər üzərində müstəqil yaradıcılıq fəaliyyətinə öyrətmək lazımdır. Tələbələrə mamalıq və ginekoloji patologiyası olan pasiyentlərə düzgün yanaşma aspektində praktiki bacarıqların mənimsəməsi üçün aktiv imkan yaratmaq lazımdır. Bununla yanaşı, tələbələri tibbi sənədlərin düzgün tərtibinə, pasiyentlər ilə söhbət aparılmasına, kliniki müayinə planın tərtib olunmasına, diaqnostika üsullarını tədbiq edilməsinə, əməlyyata göstərişlərə, proqnozun, o cümlədən müvəqqəti və daimi əmək fəaliyyətsizliyinin müəyyən edilməsi metodikalarına öyrətmək lazımdır.
Mamalıq və ginekologiya dissiplinasının təliminin sonunda məzunların hazırlıq səviyyəsinə uyğun olaraq hər bir tələbə aşağıdakıları bilməyə borcludur.
Tələbə toplanmış ümumi və xüsusi anamnezin, müayinəsinin əsasında reproduktiv fünksiyası ilə əlaqədar olan fizioloji və patoloji proseslərini müəyyən etməsini, mütəxəssisə vaxtında yönəlməsini və lazım olarkan tipik kliniki şəraitdə təxirəsalınmaz mamalıq və ginekoloji tədbirlərini icra etməsini bacarmalıdır.