Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Mövzunun adı:  

Azərbaycan populyasiyasında sublinqval və subkutan allergenspesifik immunoterapiyanın müqayisəli effektivliyi.

Mövzunun aktuallığı:                  

Mövcud elmi ədəbiyyat SLİT və SKİT-in effektivlik, təhlükəsizlik və xəstənin müalicəyə riayət səviyyəsi baxımından bir-birindən fərqli nəticələr verdiyini, buna görə də onların üstünlükləri barədə yekdil qənaətin olmadığını göstərir.  Fərqli populyasiyalarda aparılmış sistematik təhlillər və immunoloji mexanizmlərə dair tədqiqatlar bu iki immunoterapiya üsulunun təsirindəki dəyişkənliyi vurğulayır və biomarkerlərə əsaslanan fərdiləşdirilmiş yanaşmanın vacibliyini ön plana çıxarır. Bu qeyri-müəyyənlik fonunda SLİT və SKİT-in klinik effektivliyini, təhlükəsizliyini və həyat keyfiyyətinə təsirini birbaşa müqayisə edən yüksək keyfiyyətli tədqiqatların aparılması həm elmi ehtiyac, həm də klinik praktikada qərarvermə üçün aktual zərurət kimi qiymətləndirilir.

Məqsədi:                                                                                                              

 Azərbaycanlı pasiyentlərdə sublinqval və subkutan spesifik immunoterapiyanın klinik effektivliyini, təhlükəsizlik profilini, immunoloji təsir mexanizmlərini və xəstələrin müalicəyə riayət səviyyəsini müqayisəli şəkildə qiymətləndirmək və onların üstünlüklərini müəyyənləşdirmək.

Elmi yenilik dərəcəsi:        

Tədqiqat, Azərbaycan populyasiyasında allergik rinit və/və ya astma xəstələrində sublinqval və subkutan immunoterapiyanın klinik effektivlik, təhlükəsizlik və immunoloji göstəricilərini ölçülə bilən şəkildə müqayisə edərək fərdiləşdirilmiş immunoterapiya strategiyalarının formalaşdırılmasına elmi əsas təmin edir.

Tətbiq sahəsi:

 Allergoloq–immunoloqlar, Pulmonoloqlar, LOR (Otorinolarinqoloqlar), Pediatrlar, Ailə həkimləri / Terapevtlər, Dermatoloqlar, Kliniki farmakoloqlar və klinik əczaçıları

Səmərəlilik:     

SCIT: Daha güclü klinik təsir, lakin daha çox risk və klinika asılılığı.SLIT: Daha təhlükəsiz və rahat, uyğunluq yüksəkdir.