Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Mövzunun adı- Ortopedik stomatologiyada hissəvi və tam dişsizliyin müasir müalicə üsullarının tətbiqi

 

Mövzunun aktuallığı- Pasiyentlərin ümumi sağlamlıq vəziyyətləri və yaş amillərinin  ortopedik müalicənin  effektivliyində və müvəffəqiyyətində rolu məlumdur. Diş sırası qüsurlarının geniş yayılması ortopedik müalicədə çıxmayan və çıxan   protez konstruksiyalarına, implantüstü protezlərə tələbatı artırır.

 

Tədqiqatın məqsədi- Kompleks şəkildə hissəvi və tam dişsizliyin müasir müalicə-profilaktika tədbirlərinin işlənib hazırlanması. İmplantüstü protezləməyə təsir edə biləcək risk faktorların təyini və müalicə-profilaktik tədbirlərinin səmərəliyini artırılması.

 

Elmi yenilik- Rəqəmsal  tədqiqatların nəticələrinə əsaslanaraq effektiv müalicə-profilaktik   üsullarının tətbiqi

 

Elmi-praktik əhəmiyyəti- Müxtəlif ortopedik konstruksiyalar  vasitəsilə aparılan ortopedik müalicə tədbirləri xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradacaq

 

Tədqiqatın yerinə yetririləcəsyi yer- Azərbaycan Tibb Universiteti, Ortopedik stomatologiya kafedrası