Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Rezidentura

İxtisas üzrə təhsil proqramını məqsədi və vəzifələri

Məqsəd:

“Mamalıq-ginekologiya” ixtisası üzrə rezidentura təhsilinin məqsədi  mamalıq-ginekologiya sahəsində müasir sübutlara əsaslanan tibbi təcrübəni peşəkar səviyyədə müstəqil həyata keçirməyi bacaran səriştəli həkim-mütəxəssislərin hazırlanmasıdır.

Vəzifələr:

Mamalıq-ginekologiya ixtisası üzrə reziidentura təhsilinin vəzifələri məzunun aşağıdakıları həyata keçirə bilməsini təmin etməkdir:

    • Mamalıq-ginekologiya sahəsində profilaktika, diaqnostika, müalicə, reabilitasiyanın sübutlu təbabətə əsaslanan standartlar əsasında həyata keçirilməsi;
    • Mamalıq, ginekologiya və perinatologiya sahəsində tez-tez rast gələn ağırlaşmaların profilaktikası və bu fəsadlardan sonra reabilitasiya tədbirlərinin həyata keçirilməsi;
    • Təcili və təxirəsalınmaz vəziyyətlərdə tibbi yardım  göstərilməsi;
    • Prosedurların və əməliyyatların icra edilməsi;
    • Sanitar-epidemioloji rejimin təmin edilməsi;
    • Peşə maraqları çərçivəsində müasir texnologiyalardan istifadə edilməsi;
    • Yanaşı ixtisaslara dair (məsələn, endokrinologiya və onkoginekoloya) seçilmiş məsələlər üzrə dərin biliklərə malik olmasının təmin edilməsi;
    • Mama-ginekoloji yardımın təşkili ilə yaxından tanış olmanın təmin edilməsi;
    • Mamalıq-ginekoloji yardım üzrə təşkilati-idarəetmə sahələrində təcrübənin qazanılmasının təmin edilməsi;
    • Tibbi sənədləşmənin, o cümlədən qeydiyyat-hesabat sənədlərinin aparılmasında təcrübənin əldə edilməsi;
    • Məntiqi  və əsaslanmış  təhlil, çıxış etmək, müzakirə  və mübahisə aparmaq    qabiliyyətinin və hazırlığının  formalaşdırılması;
    • Elmi-tədqiqat işinin aparılması sahəsində təməl bacarıqların formalaşdırılması;
    • Tibbi etika qaydalarına uyğun fəaliyyət vərdişinin formalaşdırılması;
    • Pasieyntlərə sağlamlıq xidmətləri göstərən böyük bir komandanın üzvü kimi fəaliyyət göstərmək və əməkdaşlığa hər zaman hazır olmaq yanaşmasının formalaşdırılması;
    • Öz ixtisasını daim artımaq vərdişinin formalaşdırılması.