Ümumi müddəalar
Magistratura səviyyəsinin I Mamalıq və Ginekologiya üzrə Tibb bacısı/qardaşı magistrin hazırlanmasıixtisası üzrə təhsil proqramı (bundan sonra – təhsil proqramı) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslarınTəsnifatı”na, qabaqcıl beynəlxalq təcrübə və əmək bazarının tələblərinə uyğun olaraq hazırlanmışdır.
Təhsil proqramının məqsədləri aşağıdakılardır:
Təhsil proqramı, tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə magistrhazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
Təhsilalanın 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 akademik saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Bu zaman auditoriya saatlarının həcmi 12-16 akademik saat təşkil edir.Peşəkar məqsədlər üçün dərindən öyrənilən ixtisaslaşmalar üzrə həftəlik dərs yükünün həcmi dəyişdirilə bilər.
Mamalıq və Ginekologiya ixtisası üzrə Tibb bacısı/qardaşı magistrin hazırlanması
Mamalıq və Ginekologiya üzrə tibb müəssisələrində normativ sənədləşmənin öyrənilməsi, həmin müəssisələrdə sanitar-gigyenik,sanitar-epidemioloji qaydaların öyrənilməsi. Xəstəxanadaxili infeksiyanın profilaktikasında müasir texnologiyaların tədbiqi
Reproduktiv sistemin anatomiyası, aybaşı tsiklinin tənzimi, qadın orqanizminin inkişaf mərhələləri. Süd vəzisi- reproduktiv sistem orqanı kimi. Reproduktiv sağlamlığın qorunmasının əsasları. Müasir kontrasepsiya üsulları.
Ginekoloji xəstəliklərin profilkatikasında (reproduktiv orqanların xərçənginin skrininqi) tibb bacısının/qardaşının rolu. Ginekologiyada təxirəsalınmaz xəstəliklər. təxirəsalınmaz vəziyyətlərdə Tibb bacısı/qardaşı yardımının mərhələləri.
Əməliyyatönü hazırlıqda tibb bacısı/qardaşının fəaliyyətnin xüsusiyyətləri. Əməliyyatdan sonra xəstəyə qulluğun göstərilməsində tibb bacısı/qardaşının rolu.
Hamiləliyin inkişaf mərhələləri,kritik dövrləri, trimestrlərə görə fizioloji hamiləliyin aparılması, hamiləlik zamanı orqan və sistemlərdə dəyişikliklər, hamilələrin gigiyenası və düzgün qidalanması, İri dölün inkişaf etməsinin qarşısının alınmasının profilaktikası, doğuşa psixoprofilaktik hazırlıqda tibb bacısı/qardaşının rolu.
Doğuş prossesinin yaranma səbəbləri,dövrlərə görə doğuşun kliniki gedişatı, fizioloji doğuşun aparılması,partoqrammın tərtibində tibb bacısının/qardaşının rolu.
Zahılıq dövrünün fiziologiya və patologiyası. Zahılıq dövründə qidalanma,zahı qadının gigiyenası, laktasiya prossesinin fiziologiya və patologiyası, döşlə əmizdirmədə tibb bacısının/qardaşının rolu. Mamalıqda təxirəsalınmaz vəziyyətlər,təxirəsalınmaz yardımın göstərilməsində tibb bacısının/qardaşının rolu.