Hərbi terapiya kafedrasının elmi-tədqiqat işlərinin istiqamətləri:
-sülh və müharibə şəraitində hərbi qulluqçularda inkişaf edən daxili xəstəliklərinin etioloji, patogenetik, kliniki, diaqnostik, müalicə-profilaktik xüsisiyyətlərinin tədqiqi;
-hərbi qulluqçularda daxili xəstəliklərin rastgəlmə tezliyinin, xidmət yerinin coqrafi və iqlim xüsusiyyətlərindən, xidməti fiziki gərginlik, adaptasion, psixoloji və digər amillərdən asıllığının öyrənilməsi;
-hərbi qulluqçularda xidmət şəraitinin zərərli amillərinin və müxtəlif növ döyüş silahların tətbiqi nəticəsində inkişaf edən daxili xəstəliklərin xüsusiyyətlərinin araşdırılması.
Hal-hazırda Hərbi terapiya kafedrasının müəllim-zabit heyəti “Müxtəlif lokalizasiyalı və ağırlıq dərəcəli döyüş yaralanmaları zamanı inkişaf edən daxili orqan xəstəliklərinin kliniki gediş, erkən diaqnostik və müalicə xüsusuyyətləri” mövzusunda eımi-tədqiqat işi ilə məşğul olur.
Kafedra əməkdaşları tərəfindən ilk dəfə olaraq II Qarabağ müharibəsi zamanı döyüş travması almış Azərbaycanın Silahlı Qüvvələrinin şəxsi heyəti arasında bir neçə istiqamətdə araşdırmanın aparılması elmi tədqiqat işinin aktuallığını sübut etmişdir..
İlk dəfə olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyəti arasında II Qarabağ müharibəsi zamanı müxtəlif lokalizasiya və ağırlıq dərəcəsində döyüş travması almış yaralı hərbi qulluqçularda visseral patologiyaların silsiləvi qaydada bir neçə istiqamətdə araşdırılması elmi – tədqiqat işinin elmi yeniliyini sübut edir. .
Aparılmış elmi-tədqiqat işindən əldə edilmiş nəticələr müharibə şəraitində yaralılarda inkişafı gözlənilən daxili orqan xəstəliklərinin erkən diaqnostika və mərhələli tibbi yardım göstərilməsinin nəzəri əsaslarının və praktiki bacarıqlarının gələcək tibb xidməti zabitləri tərəfindən mənimsənilməsinə, müasir Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması və ölkəmizin təhlükəsizliyinin yüksəldilməsi məqsədilə hərbi tibbi kadrların hazırlanmasında mühüm rol oynayacaqdır.
Kafedranın yerinə yetirdiyi elmi-tədqiqat işinin nəticələri Azərbaycanda Hərbi Təbabətin inkişafına öz töhfəsini verir.
Kafedra əməkdaşları tərəfindən müxtəlif dərslik və dərs vəsaitləri hazırlanaraq tələbə və kursantların istifadəsinə verilmişdir:
1. Hərbi terapiyanın əsasları. Dərs vəsaiti. Bakı, Hərbi nəşriyyat 2004, 432 səh
2. Feldşer işi. Dərslik. Bakı, Hərbi nəşriyyat 2009, 176 səh
3. Hərbi səhra terapiyası fənni üzrə təcrübi məşğələlərə rəhbərlik. Dərs vəsaiti. Bakı, Hərbi nəşriyyat 2007, 164 səh
4. Radiasiya zədələnmələri. Dərs vəsaiti. Baki, Hərbi nəşriyyat. 2021, 91 s.
5. Hərbi epidemiologiya. Dərslik. Bakı Elm nəşriyyati 2021, 412 s.
Həmmüəllif: digər kafedra əməkdaşları ilə birlikdə hazırlanıb :Məmmədova Alidə Nəcəf qızı, kafedranın tədris hissə rəisi
6. Hərbi səhra terapiyası Dərslik. Baki Hərbi nəşriyyat. 2023, 372 səh.
7. Posttravmatik visseral patologiyalar. Dərs vəsaiti. Bakı “OPTİMİS” MMS . 2023-135 səh. Müəllif: Məmmədova Alidə Nəcəf qızı - kafedranın tədris hissə rəisi.Elmi redaktor: Şirvanova Rəna Əmirağa qızı, t.ü.f.d., dosent
8. Ümumi terapiya. Dərslik. Baki hərbi nəşriyyat. 2025, 414 s