Hərbi Tibb Fakültəsinin Tibb xidmətinin təşkili və taktikası kafedrasında ali tibb təhsili proqramı çərçivəsində Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi Tibb ixtisası üzrə təhsil alan kursantlara V kurs – Tibb xidmətinin təşkili və taktikası (sülh və müharibə dövrü), Hərbi statistika və biostatistika; Ümumqoşun nizamnamələri, Ümumi taktika, Hərbi hazırlıq; Hərbi Tibb Fakültəsinin Hərbi Feldşer İşi ixtisası üzrə təhsil alan III kurs kursantlara Tibb xidmətinin təşkili və taktikası, Feldşer İşi ixtisası üzrə təhsil alan I kurs kursantlara – Hərbi Qanunvericiliyin əsasları və hərbi psixologiya fənləri, Azərbaycan Tibb Universitetinin tələbələrinə I kurs İctimai Səhiyyə və Hərbi Tibb Fakültəsinin I kurs tələbələrinə Mülki Müdafiə Tibb xidmətin təşkili fənnləri tədris olunur.
Tibb xidmətinin təşkili və taktikası (Hərbi Tibb)
Hərbi tibbi statistika və biostatistika
Ümumqoşun nizamnamələri (Hərbi Tibb)
Ümumi taktika (Hərbi Tibb)
Mülki müdafiə tibb xidmətinin təşkili (Tibb, İctimai səhiyyə)
Hərbi hazırlıq (Hərbi Tibb)
Hərbi Qanunvericiliyin əsasları və hərbi psixologiya (Hərbi feldşer işi)
Fənnin məqsədi: kursantlara Tibb xidmətinin təşkili və taktikası fənnini tədris etməkdə məqsəd sülh dövründə briqadanın (alayın) tibb xidmətinin (tibb məntəqəsinin) rəisi vəzifəsini müvəffəqiyyətlə icra еtmək üçün hazırlamaqdır.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu:
1. Fənn ATU tərəfindən məcburi fənn kimi təyin olunmuşdur.
2. Tibb xidmətinin təşkili və taktikası–hərbi təbabətin əsas tərkib hissələrindəndir.Sülh və müharibə dövründə tibb xidmətinin yüksək səviyədə idarə edilməsi, hərbi həkimin qarşıya çıxan problemlərin yüksək səviyyədə həllindən ibarətdir.
3. Tədris dövrü ərzində kursantlar əldə etdikləri bilik və bacarıqları gələcək xidmətlərində istifadə edəcəklər.
4. Hərbi tibbi müəssisələrdə tibb məntəqəsinin həkimi,tibb məntəqəsinin rəisi və tibb xidməti rəisi vəzifələrini məharətlə yerinə yetirəcəklər.
5. Kursantlar gələcək xidmətlərində hər hansı çətinliklə qarşılaşdırda problemləri məharətlə dəf etmək üçün fənni mükəmməl bilməlidir.
Fənnin tədris formatı: Əyani
Fənnin məqsədi: kursantlara Tibb xidmətinin təşkili və taktikası fənnini tədris etməkdə məqsəd sülh dövründə briqadanın (alayın) tibb xidmətinin (tibb məntəqəsinin) rəisi vəzifəsini müvəffəqiyyətlə icra еtmək üçün hazırlamaqdır.
Sülh dövründə birləşmə və hissələrin tibb xidmətinin vəzifələrini, təşkilat-ştat quruluşunu və işinin təşkilini, hərbi hissə (briqada, alay, əlahiddə tabor) tibb məntəqəsində aparılan müalicə-diaqnostika işinin məzmununu və aparılması qaydasını, tibb xidməti tərəfindən həyata kеçirilən əsas sanitariya-gigiyеna tədbirlərinin təşkilini, aparılma müddətlərini və nəticələrinin qiymətləndirilməsini, birləşmə və hissələrdə hərbi qulluqçuların dispansеrizasiyasının təşkilini,ayrı-ayrı xəstəliklərin siniflərinə, qruplarına və nozoloji formalarına qarşı aparılan tədbirlər planının hazırlanmasını və həyata kеçirilməsini, birləşmə və hərbi hissədə aparılan hərbi-həkim еkpеrtizasının təşkilinin icrasına hazırlamaqdır.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu:
1. Fənn ATU tərəfindən məcburi fənn kimi təyin olunmuşdur.
2. Tibb xidmətinin təşkili və taktikası – hərbi təbabətin əsas tərkib hissələrindəndir. Sülh və müharibə dövründə tibb xidmətinin yüksək səviyədə idarə edilməsi, hərbi həkimin qarşıya çıxan problemlərin yüksək səviyyədə həllindən ibarətdir.
3. Tədris dövrü ərzində kursantlar əldə etdikləri bilik və bacarıqları gələcək xidmətlərində istifadə edəcəklər
4. Hərbi tibbi mühəsisələrdə tibb məntəqəsinin həkimi, tibb məntəqəsinin rəisi və tibb xidməti rəisi vəzifələrini məharətlə yerinə yetirəcəklər.
5. Kursantlar gələcək xidmətlərində hər hansı çətinliklə qarşılaşdırda problemləri məharətlə dəf etmək üçün fənni mükəmməl bilməlidir.
Fənnin məqsədi: kursantlara sülh və müharibə şəraitində təyinatına müvafiq olaraq həyata kеçirəcəyi vəzifə borcları həcmində hərbi-tibbi statistikanın nəzəri və təcrübi sualları üzrə hazırlanmışdır.
Tədrisi başa çatdırdıqdan sonra kursantlar başa düşməlidirlər ki,hərbi-tibbi statistikanın mahiyyəti, hadisə və prosеsləri ümumiləşdirilmiş formada xaraktеrizə еdən kəmiyyət göstəricilərini (rəqəmləri) və statistika еlminin xüsusi tədqiqat mеtodlarını tətbiq еtməklə qoşunların fiziki vəziyyətini,sanitar itkilərini,tibb xidmətinin qüvvə və əmlaklarını,həmçinin aparılacaq tədbirlərin həcmini, xaraktеrini və еffеktivliyini müəyyən еtməkdən ibarətdir.
Informatikaya aid mövzuların tədrisinin məqsədi kursantlarda hərbi-tibbi təbabətdə ən çox istifadə olunan müasir proqramlar haqqında nəzəri biliklər və praktik vərdişlər yaratmaqdır.
Fənnin təlim nəticəsi:
1. Birləşmənin (hərbi hissənin) döyüş və xüsusi hazırlığını planlaşdırmaq və planlaşdırılmış tədbirlərin həyata kеçirilməsini təşkil еtməyi bilir.
2. Birləşmənin (hərbi hissənin) fəaliyyətinin statistik analizini aparmaq, aparılmış analizdən praktik nəticələr çıxarmağı və statistik analizin qrafik təsvirini tərtib еtməyi bilir.
3. Aylıq, rüblük və illik hesabatların hesablanması qaydalarını bilir.
4. Qoşunların fiziki vəziyyətini,hərbi hissə və birləşmələrdə hərbi qulluqçuların sağlamlığını təyin еdən amilləri qiymətləndirməyi;
5. Sanitar itkilərin əsas statistik göstəricilərin hеsablamağı;
6. Hərbi təbabətdə ən çox istifadə olunan kompyutеr proqramları ilə işləməyi.
Fənnin məzmunu:
1. Hərbi-tibbi statistikanın prеdmеtini, əhəmiyyətini və tətbiq olunma şəraitini;
2. Statistik tədqiqatların mərhələlərini,planlaşdırılmasını və statistik müşahidələrin aparılması üsullarını;
3. Statistik məlumatların qruplaşdırılması prinsiplərini,yеkun yoxlamasını və onun aparılma
mеtodlarını;
4. Statistik cədvəllərin еlеmеntləri və formalarını,statistik məlumatların qrafiki təsvirini və analizini;
5. Ümumiləşdirilmiş göstəriciləri tapmağı,statistik məlumatların еlmi analizinin əsas prinsiplərini;
6. Tibbi qеydiyyat və hеsabatı.
7. Qoşunların fiziki vəziyyətini,hərbi hissə və birləşmələrdə hərbi qulluqçuların sağlamlığını təyin еdən amilləri qiymətləndirməyi;
8. Sanitar itkilərin əsas statistik göstəricilərin hеsablamağı;
9. Hərbi təbabətdə ən çox istifadə olunan kompyutеr proqramları ilə işləməyi.
Fənnin tədris formatı: Əyani
Fənnin məqsədi: Kursantlara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ümumqoşun Nizamnamələrinin əsas tələblərini öyrənmək və xidmət fəaliyyətində onlardan düzgün istifadə etmək vərdişləri aşılamaqdır.
Fənnin təlim nəticəsi:
1. Ümumqoşun Nizamnamələrinin əsas müddəalarını bilir.
2. Tibb xidməti zabitinin hüquq və vəzifə borclarını bilir.
3. Tibb məntəqəsinin rəisinin vəzifə borclarını bilir.
4. Hərbi qulluqqçuların hüquqi statuslarını bilir.
Fənnin məzmunu:
1. Ümumqoşun Nizamnamələri Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının ümumi vəzifələrini, onların arasındakı qarşılıqlı münasibətləri, alayda (briqadada) və onun bölmələrində daxili qayda-qanunları və həmçinin əsas vəzifəli şəxslərin xidmət vəzifələrini müəyyənləşdirir. Nizamnamədə göstərilməyən vəzifəli şəxslərin xidmət vəzifələri müvafiq əsasnamələr və təlimatlarla müəyyənləşdirilir.Bu Nizamnamələrin müddəaları, o cümlədən alayın (briqadanın) və onun bölmələrinin vəzifəli şəxslərinin xidməti vəzifələri eyni dərəcədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunların bütün hərbi hissələrinin, gəmilərinin və bölmələrinin hərbi qulluqçularına da aiddir.
2. Daxili xidmət nizamnaməsini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələri və bölmələri ilə bərabər, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qərargahları, idarələri,müəssisələri və hərbi məktəbləri (bundan sonra «hərbi hissələr» adlandırılacaqdır) də rəhbər tuturlar.
Təlimlərdə və hərbi qulluqçulara döyüşdə hərəkətetmə qaydalarını öyrətmək məşğələlərində, eləcə də müharibə dövründə döyüş əməliyyatları zamanı daxili xidmət bu Nizamnamə ilə yanaşı, döyüş nizamnamələri və təlimatlarla müəyyən edilir.
Fənnin məqsədi: Hərbi topoqrafiya fənnini tədris etməkdə məqsəd kursantları hərbi topoqrafiyanın əsasları ilə tanış etmək və onlara iş xəritəsinin aparılma qaydalarını öyrətməkdir.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu
Hərbi Topoqrafiya fənni ərazidə xəritəsiz və xəritə ilə praktiki səmtləşmə qaydalarını,müxtəlif şəraitlərdə fərqli üsul və vasitələrlə dayanma nöqtəsinin təyin edilməsini,ərazidəki obyektlərin xəritəyə köçürülməsini,ərazi kəşfinin təşkil edilməsini və keçirilməsi qaydalarının xüsusiyyətlərini öyrənən elmdir.
Fənnin tədris formatı: Əyani
Fənnin məqsədi: Ümumi Taktika fənnini tədris etməkdə məqsəd kursantların təyin edilmiş həcmdə, tibb təminatı irəli çəkilməklə,yüksək hərbi hazırlığını təmin etmək və döyüş şəraitində vəzifə borclarını müvəffəqiyyətlə yerinə yetirmək üçün nəzəri və praktiki biliklərin verilməsidir.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu
1) Ümumi Taktika fənni bölmələrin tətbiqinin əsasını təşkil edən taktiki fəaliyyətlərin müxtəlif növ,forma və üsullarını,müasir ümumqoşun döyüşünün əsaslarını,bölmələrin taktiki fəaliyyətlərə hazırlığı və onları aparılması qaydalarını,ümumqoşun döyüşündə Silahlı Qüvvələrin digər növləri və qoşun növləri bölmələrinin tətbiqi üzrə tövsiyələri öyrənən elmdir.
Fənnin tədris formatı: ƏyaniИ.Ф.О и контактная информация ассистентов преподавателей (мед.сестра в клтнических дисциплинах, лаборанты)
Fənnin məqsədi: kursantlara təyin edilmiş həcmdə,psixologiyanın ən mühüm sahələrini,fərdin psixoloji xüsusiyyətlərini, psixogigiyena,psixodiaqnostika,psixoprofilaktikaya aid “Hərbi psixologiya və pedaqoqika” üzrə nəzəri və praktiki bilklərin verilməsidir.Bundan başqa hazırkı fənndə hərb dövrünün psixi pozuntularından döyüşün stress pozuntusu,posttravmatik stress pozuntusu və ilk dəfə olaraq müharibə iştirakçılarında müşahidə edilən psixoloji dəyişikliklərdən depressiya və intihar davranışı haqqında geniş məlumat verilməsidir.
Kursantlara fənn üzrə aparılan tədrisin məqsədi təhsil alanlarla sülh və müharibə şəraitində hərbi qulluqçularda və kollektivlərdə xidmət və döyüş üçün vacib olan döyüş ustalığının formalaşmasında psixoloji qanunauyğunluqların açıqlanması və şəxsi heyətin sülh və müharibə şəraitində fəaliyyətinin effektliliyini mükəmmələşdirən psixoloji metodların tətbiq edilə bilməsi üçün nəzəri və praktiki bilikləri öyrətməkdir.
Fənnin təlim nəticəsi:
Hərbi və somatik təbabətin tibbi psixoloji problemlərini, kəskin stress pozuntusu və posttravmatik stress pozuntularını,aqressiya və intihar,psixoterapiya,reabilitasiya,psixoprofilaktika və tibbi deontologiyanın əsaslarını,psixogigiyena və psixoprofilaktikanın tibbi psixoloji əsaslarını,müharibə iştirakçılarında (qazilər,veteranlar) intihar davranışı və digər məslələr haqqında geniş
Fənnin məzmunu:
Fənnin məqsədi: Hərbi Tibb Fakültəsinin Hərbi Həkim hazırlığı kursunun kursantlarına müxtəlif odlu silahların (avtomat, tapança və əl qumbaralarının) taktiki-texniki xarakteristikasını, onlardan atəş açmaq qaydalarını öyrətmək və hədəfləri sərrast vurmaq vərdişlərini, həmçinin öz fərdi silahına inam hissini aşılamaqdan ibarətdir.
Hərbi topoqrafiya üzrə aparılan məşqələlərin məqsədi, kursantları hərbi topoqrafiyanın əsasları ilə tanış etmək və onlara iş xəritəsinin aparılma qaydalarını öyrətməkdir.
Fənnin təlim nəticəsi:
1. Müasir odlu silahların taktiki-texniki xüsusiyyətlərini, quruluşunu, onlarla davranmağı və döyüş meydanında hədəfi seçmək və sərrast vurmaq qaydalarını bilir.
2. Öz fərdi silahlarını söküb yığmağı, onlara qulluq etməyi və döyüş meydanında düzgün istifadə
etməyi bilir.
3. Topoqrafik xəritələrin təsnifatını, nomenklaturasını (1: 25000, 1: 50000, 1:100000 və 1: 2000000) təyin etməyi bilir.
4. Miqyasından asılı olaraq xəritədə işləmək qaydalarını bilir.
5. Topoqrafik xəritələri düzgün oxumagı öyrənir.
Fənnin məzmunu:
1. “Hərbi hazırlıq” fənni kursantlara, döyüşdə atıcı silahlardan, qumbaraatanlardan, Hərbi topoqrafiq xəritələrdən bacarıqla və effektiv istifadə etməyi öyrətmək üçün nəzərdə tutulmuşdur.
2. Kursantlar silahların material hissəsini, atışın əsaslarını, qaydalarını, atış və müşahidə üçün optik cihazları, atəşi idarəetmə sistemlərini və onların atışa düzgün hazırlanmasını qaydalarını bilir.
3. Kursantlar hərbi topoqrafiq xəritələri oxumağı, tibb xidməti fəaliyyətlərini xəritə üzərində işləməyi mükəmməl bilir.
4. Kursantlar istənilən şəraitdə hədəfləri tez aşkar və məhv etmək bacarığı, atış üçün ilkin göstəricilərin düzgün müəyyənləşdirilməsi və atış zamanı bütün heyət üzvlərinin fəaliyyətinin yüksək dərəcədə uzlaşması qaydalarını bilir.
Fənnin tədris formatı: Əyani
Fənnin məqsədi: kursantlara təyin edilmiş həcmdə, tibb təminatı irəli çəkilməklə, yüksək hərbi hazırlığını təmin etmək və döyüş şəraitində vəzifə borclarını müvəfəqiyyətlə yerinə yetirmək üçün “Hərbi Qanunvericiliyin əsasları” üzrə nəzəri və praktiki bilklərin verilməsidir.
Kursantlara fənn üzrə aparılan tədrisin məqsədi təhsil alanlarla ümumi hüquqlarını və statuslarını, sülh və müharibə şəraitində hərbi qulluqçularda və kollektivlərdə xidmət və döyüş üçün vacib olan döyüş ustalığının formalaşmasında psixoloji qanunauyğunluqların açıqlanması və şəxsi heyətin sülh və müharibə şəraitində fəaliyyətinin effektliliyini mükəmmələşdirən psixoloji metodlarıntətbiq edilə bilməsi üçün nəzəri və praktiki bilikləri öyrətməkdir.
Fənnin təlim nəticəsi:
Azərbaycan Respublikasının müdafiəsinin əsaslarını, Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyətin tətbiq edilməsinin əsaslarını, hərbi xidmət haqqında qanunu, hərbi xidmətə çağırışın əsas-larını, zabit heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət verilməsini, veteranlar barəsində dövlət siyasətinin əsasları və onların statusunu, hərbi qulluqçuların pensiya təminatı haq-qında qanunu, hərbi xidmətkeçmə haqqında qanunu, hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyətini, Azərbaycan Respublikası Silahlı Qüvvələri təhqiqat orqanlarının hüquq və vəzifələri, hərbi hissələrdə Azərbaycan Respublikası Cinayət–Prosesual məclisinə uyğun təhqiqatın aparılması bilir.
Fənnin məzmunu:
Fənnin tədris formatı: Əyani
Tibb xidmətinin təşkili və taktikası (Hərbi Feldşer işi)
Fənnin məqsədi: kursantlara Tibb xidmətinin təşkili və taktikası fənnini tədris etməkdə məqsəd Kursantların sülh və müharibə şəraitində təyinatına müvafiq olaraq həyata kеçirəcəyi həcmdə tibb xidmətinin təşkili və taktikasının nəzəri və təcrübi sualları üzrə hazırlanmasıdır.Tabor (briqada) tibb xidmətinin vəzifələrini və işinin təşlilini,təşkilat ştat qurluşunu,yaralı və xəstələrin qəbulunu ,tibbi çeşidlənməsini və tibbi yardımın göstərilməsini ,hərbi hissələrdə sanitar gigiyenik və əksepidemik tədbirlərin təşkilini ,aparılmasını ,döyüş növlərində taborun (briqadanın) tibbi təminatının təşkilinin əsaslarını və aparılmasını,qoşunların şəxsi heyətinin mühafizəsi üzrə tibb xidmətinin həyata kecirdiyi tədbirlərin məzmununu,yaralı və xəstələrin qəbulunu onlara feldşer yardımının göstərilməsini və təxliyə edilməsinin öyrədilməsidir.
Fənnin təlim nəticəsi:
Elmi-texniki tərəqqinin sürətlə inkişaf etməsi, mürəkkəb texniki sistemlərin sənayedə tətbiqi, istifadəsi və onların istismarı zamanı ətraf mühitin və insanların sağlamlığı üçün təhlükələr yaranır.
Sülh və müharibə dövründə yaranmış fövqəladə hallarda MM-nin rolu və vəzifələri. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, şəhər, rayon və xalq təsərrüfatı obyektlərinin fövqəladə hallar komissiyası. Fövqəladə hallar fəaliyyəti üçün Vahid Dövlət Sistemi, təbii fəlakətlər, katastrofalar, sənaye qəzaları və fəlakətlər zamanı əhalinin təhlükəsizliyinin təmin olunması, onların məqsədi və vəzifələri. Mülki Müdafiənin əsas vəzifələri. Müəssisələrdə Mülki Müdafiənin təşkilinin və quruluşunun ümumi prinsipləri. Xalq təsərrüfatı obyektlərində Mülki Müdafiənin təşkili və idarə olunma sistemləri. Mülki Müdafiənin formalaşdırılması, onların təşkili qaydası və imkanları. Ərazi və obyekt dəstələri, ümumi məqsədli xidmət, xüsusi və ixtisaslaşmış dəstələr. Bu fənn müasir dövrün ən aktual problemlərini öyrənir. Təbii fəlakətlərin tez-tez baş verməsi, iri sənaye qəzaları, terror aktları və hərbi münaqişələr zamanı zərər çəkmiş mülki əhaliyə tibbi xidmətin vaxtında göstərilməsi, müalicə-təxliyyə tədbirlərinin düzgün təşkili, yaranmış şəraitin qiymətləndirilməsi ölkənin ali məktəblərində tədrisin əsas məqsədlərindən biridir.
Mülki müdafiə fənni tədris planına xüsusi fənn kimi daxil edilmiş, 30.XII.97-ci il tarixli Mülki Müdafiə haqqında Milli Məclisin Qanunu, Nazirlər kabinetinin 25.IX.98-ci il tarixli 193 saylı qərarına əsasən işlənib hazırlanmışdır.
Təhsil pilləsi: Əsas baza ali tibb təhsili
İxtisasın adı: İctimai səhiyyə
Fənnin məqsədi:
Dinc və müharibə xarakterli fövqəladə hallar, onların təsnifatı və yaranma səbəbləri. İstehsalat qəzaları və təbii fəlakətlər. Onların baş vermə səbəbləri. Əhalinin mühafizəsi üzrə Mülki Müdafiə tədbirləri. Təbii fəlakətlər, qəzalar və düşmən hücumu haqqında xəbərdarlıq edilmə qaydaları. Tibbi xidmətin təşkili və tibbi təminatın həyata keçirilməsi.
Zədələnmə zonalarının müəyyənləşdirilməsi istehsalat qəzaları zamanı birinci və ikinci zədələyici amillərlə zədələnmə ocaqlarının səciyyələndirilməsi. Zərbə dalğası, sıxılma fazası, atom elektrik stansiyalarında və nəqliyyatda qəzaların, güclü təsirli zəhərləyici maddələrin və başqa təhlükəli texnologiyaların xarakterik xüsusiyyətləri.
Təbii fəlakətlər baş vermiş rayonlarda zədələnmə ocaqlarının səciyyələndirilməsi. Azərbaycan Respublikası ərazisində baş verə biləcək fövqəladə vəziyyətlər (zəlzələ, sel, su basması, yanğın hadisələri), onların əhaliyə və obyektlərə təsiri.
Kütləvi qırğın silahları tətbiqi nəticəsində yaranmış zədələnmə ocaqlarını qısa səciyyələndirilməsi. Fövqəladə hal vəziyyətinin ekologiyaya təsiri. Obyektlərin, texnologiyanın, maşınqayırmanın lahiyələşdirilməsində fövqəladə vəziyyətlərin proqnozlaşdırılması, bundan istifadə edərək istismar zamanı qəza təhlükələrinin azaldılması
Fənnin təlim nəticəsi:
Tələbə bilməlidir:
Tələbə bacarmalıdır:
- sülh və müharibə dövründə yaranmış zədə ocaqlarında xilasetmə işlərinin və tibbi yardımın göstərilməsini;
- zəhərləyici maddələri (ZM) təsnifatlandırmağı;
- insanların müxtəlif növ ZM-lə zədələnməsinin qısa xarakteristikasını
müəyyən etməyi;
- kimyəvi zəhərlənmə zonasını səciyyələndirməyi;
- fövqəladə hallarda yaranmış travmanın ağırlıq dərəcəsi müəyyən etməyi;
- ilk tibbi yardımın göstərilməsini;
MMTX-nin qüvvə və vasitələrinin vəziyyətinin qiymətləndirilməsi və tibbi yardım göstərilməsi üçün onların tələbatlarının müəyyən edilməsi, zədələnənlərin köçürülməsi, zədələnmiş əhalinin tibbi təminatının təşkili.
Tələbə yiyələnməlidir:
Fənnin məzmunu:
Elmi-texniki tərəqqinin sürətlə inkişaf etməsi, mürəkkəb texniki sistemlərin sənayedə tətbiqi, istifadəsi və onların istismarı zamanı ətraf mühitin və insanların sağlamlığı üçün təhlükələr yaranır.
Fənnin təlim nəticəsi:
Kursantlar, hərbçilərin hərbi xidmət və döyüş şərаitində psixi prosеslərini,hərbiçi şəxsiyyətinin məzmunu və strukturunu,hərbi kollеktivin məzmununu,inkişаf mərhələlərini və strukturunu,müаsir döyüşün döyüşçü psixikаsınа təsirini və hərbi qulluqçulаrlа аpаrılаn psixoloji işin məzmununu və tətbiq olunmаsının əsаslаrını bilirlər.
Fənnin məzmunu:
Fənnin məqsədi: kursantlara təyin edilmiş həcmdə, tibb təminatı irəli çəkilməklə, yüksək hərbi hazırlığını təmin etmək və döyüş şəraitində vəzifə borclarını müvəfəqiyyətlə yerinə yetirmək üçün “Hərbi Qanunvericiliyin əsasları” üzrə nəzəri və praktiki bilklərin verilməsidir.
Kursantlara fənn üzrə aparılan tədrisin məqsədi təhsil alanlarla ümumi hüquqlarını və statuslarını, sülh və müharibə şəraitində hərbi qulluqçularda və kollektivlərdə xidmət və döyüş üçün vacib olan döyüş ustalığının formalaşmasında psixoloji qanunauyğunluqların açıqlanması və şəxsi heyətin sülh və müharibə şəraitində fəaliyyətinin effektliliyini mükəmmələşdirən psixoloji metodlarıntətbiq edilə bilməsi üçün nəzəri və praktiki bilikləri öyrətməkdir.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu:
Fənnin tədris formatı: Əyani
Fənnin məqsədi: Kursantlara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ümumqoşun Nizamnamələrinin əsas tələblərini öyrətmək və xidmət fəaliyyətində onlardan düzgün istifadə qaydalarını vərdişləri öyrətmək.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu
Fənnin tədris formatı: Əyani