Azərbaycan Tibb universitetinin «II Uşaq xəstəlikləri» kafedrasının inkişaf strategiyası sübutlara əsaslanan tədris modelinin gücləndirilməsi və beynəlxalq kurikulumlara inteqrasiyanın təmin olunmasına yönəlmişdir. Elmi fəaliyyət istiqamətində prioritet olaraq, Pediatrik patologiyanın inkişaf mexanizmləri,süni intelekt , genetik və epigenetik faktorların inteqrativ təhlili, innovativ diaqnostika və müalicə strategiyaların optimallaşdırılması istiqamətində elmi tədqiqatların aparılması, yüksək kvartilli jurnallarda nəşrlərə üstünlük verilməsinə hədəflənmişdir.
Kafedranın fəaliyyətinin əsas istiqamətlərinə aiddir:
- Kafedrada tədris-metodiki işin yüksək elmi səviyyədə təşkili və aparılması
- Kafedranın profili və elmi proqramlar üzrə elmi tədqiqatların həyata keçirilməsi
- Elmi-pedaqoji və həkim kadrlarının hazırlanması
- Bakalavr pilləsində təhsil alan tələbələrin hazırlığı
- Rezidentura pilləsində təhsil alan həkim-rezidentlərin hazırlığı
- Magistratura pilləsində təhsil alan magistrların hazırlığı
- Doktorantura pilləsində təhsil alan doktorantların hazırlığı
Tədris-metodiki fəaliyyət
- Tədris prosesinin müasir təhsil standartlarına uyğun təşkili
- Nəzəri biliklərin praktik klinik vərdişlərlə möhkəmləndirilməsi
- Simulyasiya, OSCE və klinik ssenarilərlə praktiki bacarıqların artırılması
- Xəstəliklərin diaqnostika və müalicəsi üzrə müasir yanaşmaların tədrisi
- Kafedranın fəaliyyətində innovativ yanaşmaların tətbiqinin artırılması
- Kafedranın professor-müəllim heyətinin müasir tələblərə uyğun dil bacarıqlarının artırılması;
- Rezidentlərin müasir klinik bilik, bacarıq və səriştələrə yiyələnməsinin təmin edilməsi
- Rəqəmsal təhsil platformalarının tətbiqi və davamlı peşəkar inkişaf proqramları kafedranın uzun müddətli inkişafını təmin etməyə yönəlmişdir.
Elmi-tədqiqat fəaliyyəti
- Pediatriya üzrə prioritet elmi istiqamətlərin müəyyən edilməsi
- Xəstəliklərin inkişaf riskini qiymətləndirən inteqrativ diaqnostik modeli hazırlamaq.
- Erkən müdaxilə və müalicə strategiyalarının effektivliyinin qiymətləndirilməsi
- Proqnozlaşdırma üçün klinik-bioloji göstəricilərə əsaslanan model təklifi
- Kafedrada elmi- pedaqoji kadr potensialının inkişaf etdirilməsi
- Kafedra əməkdaşlarının beynəlxalq indeksləşdirilmiş jurnallarda elmi məqalələrinin dərc edilməsi
- Beynəlxalq və respublika elmi konfranslarında aktiv iştirakın təmin edilməsi
- Beynəlxalq və milli qrant layihələrinə qoşulmaq üçün əməkdaşlıqların təşkili
Klinik və Praktik Fəaliyyət
- Uşaqlarda multisistem xəstəliklərinin formalaşmasına təsir göstərən əsas klinik, laborator, genetik və epigenetik risk faktorlarının təhlili
- Xəstəliklərin patogenezində iştirak edən əsas patofizioloji mexanizmləri müəyyənləşdirilməsi
- Erkən biomarkerlərin məlumatlılıq səviyyəsinin və diaqnostik dəyərinin qiymətləndirilməsi
- Elmi nəticələrin klinik praktikaya tətbiqinin təmin edilməsi
- Klinik bazaların modernizasiyasının , tələbələrin və rezidentlərin praktik bacarıqlarının gücləndirilməsi
Beynəlxalq Əməkdaşlıq
- Beynəlxalq akkreditasiya standartlarına uyğunlaşma
- Beynəlxalq əməkdaşlıq çərçivəsində xarici universitetlərlə mübadilə proqramları və ortaq elmi layihələrin genişləndirilməsi istiqamətində işlərin tədbiqi
Nəticə
Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasının 2025–2030-cu illəri əhatə edən inkişaf konsepsiyası, tədrisin gücləndirilməsi və beynəlxalq kurikulum sistemlərinə inteqrasiyanın genişləndirilməsini əsas istiqamət kimi müəyyən edir. Kafedranın elmi fəaliyyət strategiyasında pediatrik patologiyaların inkişaf mexanizmləri,süni intelekt , genetik və epigenetik faktorların inteqrativ təhlili, innovativ diaqnostika və müalicə strategiyaların optimallaşdırılmasına yönəlmiş tədqiqatların həyata keçirilməsi əsas prioritetlərdən hesab olunur. Bu strateji yanaşma kafedranın tədris, elmi-tədqiqat və klinik fəaliyyətinin modernləşdirilməsinə və yüksək texnologiyalara əsaslanan pediatriyanın inkişafına mühüm töhfə verməyi hədəfləyir.