Bizi izləyin:
Heydər Əliyev
Normal fiziologiya (Ali tibb bacısı ixtisası)
Bölmələrimiz
Normal fiziologiya (Ali tibb bacısı ixtisası)

“Fiziologiya” mənşəcə yunan sözüdür. Bu sözdən termin kimi XVI yüzillikdən başlayaraq istifadə edilmişdir. Elmi məlumatların sayı çoxaldıqca və həcmi genişləndikcə müstəqil elmlər – botanika, zoologiya, anatomiya və s. kimi elmlər müstəqil olaraq inkişafa başladı. Həmin vaxtdan fiziologiya anatomiyanın bir hissəsi kimi öyrənilmişdir. Bu, anatomları orqanizmin quruluşunu, müxtəlif orqan və toxumaları öyrənməsindən başqa, insanın həyat fəaliyyətinə də maraq göstərmələri ilə əlaqədar olmuşdur. İnsan orqanizminin həyat fəaliyyətinin əsaslı şəkildə tədqiqi XIX yüzilliklə bağlıdır. 

Çağdaş dövrümüzdə bu elm normal fiziologiya adlanır. Normal fiziologiya təbabətin əsasını təşkil edir. Bu fənni bilmədən xəstəni müalicə etmək olmaz. Ona görə də normal  fiziologiya və tibb elmləri bir-biri ilə sıx əlaqəlidir. Xəstəliyin əlamətlərini anlamaq, xəstəliyi müəyyən etmək, onun müalicə olunması və qarşısının alınması  üçün  normal fiziologiyanı  öyrənmək önəmlidir.

 

Payız semestrində keçirilən fənlər

 

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

Mühazirə (saat)

Praktika

(saat)

Kredit

1

Ali tibb bacısı ixtisası

I

Normal fiziologiya

30

60

6

 

Təhsil pilləsi:  Bakalavriat

İxtisas: Ali tibb bacısı

 

Fənnin məqsədi: Fənnin məqsədi insan fiziologiyası haqqında ümumi və xüsusi məlumatların dəqiq şəkildə öyrənilməsinə dəstək olmaq və sağlam orqanizmin  müxtəlif sistemlərinin, orqanlarının, toxumalarının və hüceyrələrinin normal işləmə mexanizmlərini və onların tənzim yollarını öyrənməkdir. Tərtib olunan proqram həm fizioloji, həm də funksional sistemlərin fəaliyyətinin analizinə aid müasir elmi nailiyyətləri özündə cəmləşdirir.

Fənnin təlim nəticəsi:

Fənnin sonunda tələbə aşağıdakı bilik, bacarıq və kompetensiyalara malik olacaq:

1. Sağlam orqanizmin əsas funksiyalarını və onların fizioloji mahiyyətini izah edə biləcək;

2. Müxtəlif fizioloji göstəricilərin sabit qiymətlərini və onların orqanizmdəki rolunu açıqlaya biləcək;

3. Hüceyrə, toxuma, orqan və sistem səviyyəsində fizioloji proseslərin tənzimlənmə mexanizmlərini

izah və əlaqələndirə biləcək.

4. Fizioloji tədqiqat üsullarının prinsiplərini tətbiq edə və eksperimental heyvanlar üzərində praktik    təcrübələr apara biləcək;
5. Eksperimental işlər zamanı etik prinsiplərə və laborator təhlükəsizlik qaydalarına əməl edəcək.

6. Fizioloji göstəricilərin dəyişməsini təhlil və qiymətləndirmə bacarığı göstərəcək;
7. Orqanizmin funksional sistemlərinin quruluş və fəaliyyət qanunauyğunluqlarını qiymətləndirə və əsaslandıra biləcək.

8. Laborator şəraitdə və tədqiqat prosesində etik davranış və elmi kommunikasiya prinsiplərinə riayət edəcək.

9. Yeni fizioloji bilik və tədqiqat metodlarını müstəqil şəkildə mənimsəmək və tətbiq etmək bacarığı formalaşacaq.

 

Fənnin məzmunu

Fiziologiya — orqanizmin və onu təşkil edən orqan, toxuma və hüceyrələrin struktur elementlərinin həyat fəaliyyətini, bu fəaliyyətin səbəb və mexanizmlərini öyrənən elmdir. O, orqanizm ilə xarici mühit arasındakı qarşılıqlı əlaqəni müəyyənləşdirir. Fiziologiya elmi digər fundamental elmlərlə (biokimya, fizika, biologiya, anatomiya və s.) sıx inteqrasiyada inkişaf edir, fiziki və kimyəvi qanunlara əsaslanır və onların tədqiqat üsullarından geniş istifadə edir.
Fiziologiya eksperimental elm olmaqla, onun əsas metodu təcrübədir. Fiziologiyanın əsas qanunları eksperimental müşahidələr və elmi dəlillərlə sübut olunur.

 

Mövzu (mühazirə)

 Ədəbiyyat

Saat

  1.  

Fiziologiyaya giriş. Oyanan toxumalarda bioelektrik hadisələri. Tam orqanizmin həyat proseslərinin dinamikasında fiziologiya bir elm kimi. Fiziologiyanın inkişaf tarixi. Oyanıcılıq. Qıcıqlanma qanunları. Membran potensialı. Fəaliyyət potensialının formalaşması və tərkib hissələri. 

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

18-33

https://amu.edu.az/page/4972

 

2

  1.  

Əzələ fiziologiyası. Əzələnin morfofizioloji xüsusiyyətləri. Skelet əzələsinin  quruluşu və funksiyası, əzələ təqəllüsünün mexanizmi, əzələ təqəllüsünün növləri.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

61-74

https://amu.edu.az/page/4972

2

  1.  

Sinapsların ümumi xüsusiyyətləri.. Sinaps  və sinaptik ötürülmə. Oyadıcı və tormozlayıcı sinapslar.Sinir liflərində oyanmanın nəqlolunma xüsusiyyətləri. Parabioz

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

82-89

https://amu.edu.az/page/4972

2

  1.  

Mərkəzi sinir sisteminin xüsusiyyətləri. Onurğa beyni, orta beyin, beyincik, talamus, hipotalamus, uzunsov beyin. Elektroensefaloqrafiya.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

95-113

https://amu.edu.az/page/4972

2

  1.  

Vegetativ sinir sisteminin fiziologiyası. Vegetativ sinir sisteminin şöbələri. Simpatik və parasimpatik şöbələrin xüsusiyyətləri. Vegetativ sinir sisteminin orqanlara təsiri. Vegetativ sisteminin mediatorları.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

157-166

https://amu.edu.az/page/4972

2

  1.  

Qanın fiziologiyası. Qanın funksiyaları, tərkibi, eritrositlər, leykositlər, trombositlər Qan qrupları. Rezus faktor. Qanın laxtalanma mexanizmi.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

170-181

188-203

218-221

https://amu.edu.az/page/4972

2

  1.  

Ürək fəaliyyətinin fiziologiyası. Ürəyin döyünmə fazaları. Ürək əzələsinin fizioloji xüsusiyyətləri. Ürək fəaliyyətinin neyro-humoral tənzimi.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

224-232

https://amu.edu.az/page/4972

2

  1.  

Ürək fəaliyyətinin xarici əlamətləri və qan-damar sisteminin fiziologiyası. Elektrokardioqrafiya, ürək tonları.  Arterial və venoz nəbz. Arterial qan təzyiqinin ölçülmə üsulları. Damar mənfəzinin sinir – humoral tənzimi.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

255-259

https://amu.edu.az/page/4972

2

  1.  

Tənəffüs sisteminin fiziologiyası. Nəfəsalma və nəfəsvermənin mexanizmi. Tənəffüsün həcmləri. Qazların qanla daşınması.Tənəffüsün sinir-humoral tənzimi

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

334-350

https://amu.edu.az/page/4972

2

  1.  

Endokrin sistem. Hormonların funksiyası və təsir mexanizmi. Hipofiz,  qalxanabənzər, qalxanabənzər ətraf vəzin, böyrəküstü, mədəaltı vəzin, timus, epifiz,cinsi hormonların hormonal funksiyaları.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

400-426

https://amu.edu.az/page/4972

2

  1.  

Həzm sistemi. Ağız boşluğunda, mədədə, 12 barmaq bağırsaqda, nazik və yoğun bağırsaqlarda həzm. Sorulmanın mexanizmi.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

357-370

https://amu.edu.az/page/4972

2

  1.  

İfrağat sistemi. Sidiyin əmələ gəlmə mexanizmi (filtrasiya, reabsorbsiya, sekresiya).  Sidik ixracının mexanizmi Sidiyin tərkibi, miqdarı. Süni böyrək.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

434-448

https://amu.edu.az/page/4972

2

  1.  

Analizatorların fiziologiyası. Reseptorlar. Görmə resepsiyası, gözün optik sistemi, torlu qişanın quruluşu və funksiyası, yaxından və uzaqdan görmə.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

480-493

https://amu.edu.az/page/4972

2

  1.  

Eşitmə, taktil, müvazinət, qoxu və dad analizatorları. Ağrı resepsiyası

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

503-509

https://amu.edu.az/page/4972

2

  1.  

Ali sinir fəaliyyəti. Ali sinir fəaliyyətinin tipləri. Şərti və şərtsiz reflekslər. Emosiya, motivasiya, yaddaş, yuxu haqqında anlayış. 

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

523-537

https://amu.edu.az/page/4972

2

 

 

Mövzu (praktik məşğələ)

(Ədəbiyyat)

Saat

  1.  

Fizioloji tədqiqat üsulları. Fizioloji eksperimentlərdə istifadə olunan cihazlar və məhlullar. Oyanan toxumaların ümumi fiziologiyası. Oyanan toxumalrda bioelektrik hadisələri.

Təcrübə işləri:

1. Fizioloji tədqiqat üsulları.

2.Fizioloji tədqiqatlarda istifadə olunan cihazlar və məhlullar.

3. Sinir-əzələ preparatının hazırlanması

4.Qalvaninin birimci və ikinci təcrübəsi.Matteuçi təcrübəsi

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

52-58

 

4

  1.  

Əzələnin fiziologiyası. 

Təcrübə işləri:

1.Əzələnin tək təqəllüsü və onun təhlili.

2.Əzələnin tək təqəllüsünə qıcıq qüvvəsinin, sııxlığının və temperaturun təsiri.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

79-80

 

4

  1.  

Sinirdə impulsun ötürülmə xüsusiyyətləri. Sinaps anlayışı.

Təcrübə işləri:

1.Oyanmanın nəql olunma qanunları (fizioloji və anatomik tamlıq, izolə nəql olunma, ikitərəfli nəql olunma).

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

90-95

 

4

  1.  

МSS-nin  fiziologiyası.

 Təcrübə işləri:

1.Qurbağada onurğa beyni reflekslərinin müşahidəsi.

2.  Mərkəzi ləngimənin müşahidəsi (İ.M.Secenov).

3.Baş beyin fəaliyyətinin elektroensefaloqrafik təhlili.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

117-122

145-154

 

 

4

  1.  

Qanın fiziki-kimyəvi xassələri, miqdarı və tərkibi.

Təcrübə işləri:

1. Eritositlərin çökmə sürətinin təyini.

2.  Eritrositlərin sayılması.

3.  Hemoqlobinin qanda miqdarının təyini (A.Sali üsulu ilə)

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

181-223

 

4

  1.  

Qan qrupları, rezus faktor.  Trombositlər, qanın laxtalanma mexanizmi.

Təcrübə işləri:

1. Qan qrupları və rezus faktorun təyini.

2.Qanın laxtalanma müddətinin təyini

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

181-186

216-217

222-223

 

 

4

  1.  

Ürək qan-damar sisteminin fiziоlоgiyasi. Təcrübə işləri:

1.Qurbağanın ürək fəaliyyətinin qrafik qеydi.

2.Qurbağa ürəyinin avtоmatizmi. Ştanniusun liqaturaları.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

273-274

250-254

4

  1.  

Ürək fəaliyyətinin хarici əlamətləri. Təcrübə işləri:

1.Elektrokardioqramın yazılması (EKQ) və onun təhlili.

2.Ürək tonlarının auskultasiyası. Fonokardioqrafiya.

  1. 3.İnsanda arterial qan təzyiqinin ölçülməsi (Riva-Roççi və Korotkov üsulları).

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

235-238

 

4

  1.  

Aralıq imtahanı.

 

4

 

  1.  

Tənəffüsün fiziologiyasi.

Təcrübə işləri:

1.Nəfəsalma və  nəfəsvеrmənin müşahidəsi (Dоndеrs mоdеli, qabırğaların fəaliyyətinin sхеmi).

2. Spirоmеtriya. Ağciyərlərin həyat tutumunun və dəqiqəlik həcminin təyini.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

326-333

 

4

  1.  

Endokrin sisteminin fiziologiyası.

Təcrübə işləri:

1.Adrenalin, asetilxolin və atropinin qurbağanın göz bəbəyinin əzələlərinə təsiri.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

430-433

 

4

  1.  

 Həzm sisteminin fiziologiyasi.

Təcrübə işləri:

1. İnsanda ağız suyu ifrazının müşahidəsi.

2.  Nazik bağırsaqda sorulmanın müşahidəsi.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

450-452

 

4

  1.  

 İfrağat sisteminin fiziologiyasi.

Təcrübə işləri:

1. Sidiyin ümumi analizi

2. Adrenalinin və pitiutrinin diurezə təsiri

 AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

372-379

 

4

  1.  

Analizatorların fiziologiyası. Görmə eşitmə analizatoru.

Təcrübə işləri:

1.Görmə itiliyinin təyini.

2.Pıçıltı ilə danışıq zamanı eşitmə itiliyinin təyini

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

497-510

 

4

  1.  

Yekun dərs.

AM.Məmmədov. Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova.

Normal Fiziologiya(dərslik 2023)

4