Bizi izləyin:
Heydər Əliyev
Normal fiziologiya (Fizioterapiya və tibbi reabilitasiya ixtisası)
Bölmələrimiz
Normal fiziologiya (Fizioterapiya və tibbi reabilitasiya ixtisası)

Azərbaycan Tibb Universiteti üçün insan fiziologiyası üzrə tərtib olunan proqram ümumi praktik həkimin hazırlanması məqsədilə xəstəliklərin qarşısını almağa, sağlamlığın müdafiəsinə, saxlanmasına, sağlam həyat tərzinə, həmçinin fəal həyat fəaliyyəti və iş qabiliyyətinə doğru yönəldilmişdir.

Fiziologiya sağlam insanın həyat fəaliyyəti və sağlam həyat tərzinin fizioloji əsasları haqda elm olub, tibbin metodoloji fundamenti, xüsusilə onun profilaktik istiqamətidir. Fiziologiya həmçinin sağlamlıq diaqnostikasının elmi əsası və insan orqanizminin funksional fəallığının proqnozlaşdırılmasıdır.

 

Yaz semestrində keçirilən fənlər

 

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

Mühazirə (saat)

Praktika

(saat)

Kredit

1

Fizioterapiya və tibbi reabilitasiya ixtisası

I

Normal fiziologiya- 1

30

30

4

 

Payız semestrində keçirilən fənlər

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

Mühazirə (saat)

Praktika

(saat)

Kredit

   1

Fizioterapiya və tibbi reabilitasiya ixtisası

II

 Normal    

 fiziologiya- 2

30

30

 

4

 

 

Təhsil pilləsi:  Bakalavriat

İxtisas: Fizioterapiya və tibbi reabilitasiya

 

Fənnin məqsədi: Fənnin məqsədi insan fiziologiyası haqqında ümumi və xüsusi məlumatların dəqiq şəkildə öyrənilməsinə dəstək olmaq və sağlam orqanizmin  müxtəlif sistemlərinin, orqanlarının, toxumalarının və hüceyrələrinin normal işləmə mexanizmlərini və onların tənzim yollarını öyrənməkdir. Tərtib olunan proqram həm fizioloji, həm də funksional sistemlərin fəaliyyətinin analizinə aid müasir elmi nailiyyətləri özündə cəmləşdirir.

 

 

Fənnin təlim nəticəsi:

Fənnin sonunda tələbə aşağıdakı bilik, bacarıq və kompetensiyalara malik olacaq:

  1. Sağlam orqanizmin əsas funksiyalarını və onların fizioloji mahiyyətini izah edə biləcək;
  2. Müxtəlif fizioloji göstəricilərin sabit qiymətlərini və onların orqanizmdəki rolunu açıqlaya biləcək;
  3. Hüceyrə, toxuma, orqan və sistem səviyyəsində fizioloji proseslərin tənzimlənmə mexanizmlərini

izah və əlaqələndirə biləcək.

  1. Fizioloji tədqiqat üsullarının prinsiplərini tətbiq edə və eksperimental heyvanlar üzərində praktik    təcrübələr apara biləcək;
  2. Eksperimental işlər zamanı etik prinsiplərə və laborator təhlükəsizlik qaydalarına əməl edəcək.

6. Fizioloji göstəricilərin dəyişməsini təhlil və qiymətləndirmə bacarığı göstərəcək;
7. Orqanizmin funksional sistemlərinin quruluş və fəaliyyət qanunauyğunluqlarını qiymətləndirə və əsaslandıra biləcək.

8. Laborator şəraitdə və tədqiqat prosesində etik davranış və elmi kommunikasiya prinsiplərinə riayət edəcək.

9. Yeni fizioloji bilik və tədqiqat metodlarını müstəqil şəkildə mənimsəmək və tətbiq etmək bacarığı formalaşacaq.

 

Fənnin məzmunu

Fiziologiya — orqanizmin və onu təşkil edən orqan, toxuma və hüceyrələrin struktur elementlərinin həyat fəaliyyətini, bu fəaliyyətin səbəb və mexanizmlərini öyrənən elmdir. O, orqanizm ilə xarici mühit arasındakı qarşılıqlı əlaqəni müəyyənləşdirir. Fiziologiya elmi digər fundamental elmlərlə (biokimya, fizika, biologiya, anatomiya və s.) sıx inteqrasiyada inkişaf edir, fiziki və kimyəvi qanunlara əsaslanır və onların tədqiqat üsullarından geniş istifadə edir.
Fiziologiya eksperimental elm olmaqla, onun əsas metodu təcrübədir. Fiziologiyanın əsas qanunları eksperimental müşahidələr və elmi dəlillərlə sübut olunur.

 

Yaz semestri üzrə mövzu-təqvim planı

 

Mövzu (mühazirə)

 Ədəbiyyat

Saat

  1.  

Giriş. Fiziologiyanın inkişaf tarixi. Canlı orqanizimlərin əsas xüsusiyyətləri. Orqanizmin ümumi quruluş prinsipləri. Funksional sistemlər. Homeostaz haqqında anlayış. Homeostaz göstəricilərinin tənzim mexanizmləri və tənzim prinsipləri

  1.  “Normal fiziologiya I cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s.336-392
  2.  “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s.125-155

3. “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.187-200

2

  1.  

Oyanan toxumalarda bioelektrik hadisələri. Sükünət potensialı, mənşəyi. Fəaliyyət potensialı. Fəalliyyət potensialı yaranmasının  ion mexanizmi. Oyanma zamanı oyanıcılığın dəyişməsi. Membranın ion keçiriciyi və ion kanalları. Sabit cərəyanın oyanan toxumalara təsiri.

  1.  “Normal fiziologiya I cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 393-403
  2.  “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 155-162

 3.“Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.200-222

2

  1.  

 Oyanıcılıq. Oyanıcılığın meyarları: reobaza, xronaksiya, funksional labillik, akkomodasiya. Oyanan toxumaların qıcıqlanma qanunları. Optimum və pessimum qıcıqlar, onun  mexanizmi. Pessimal ləngimə. Parabioz, parabiozun fazaları.

  1.  “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 12-39
  2.  “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 163-177

3.  “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.225-230

2

  1.  

Əzələ fiziologiyası. Eninə-zolağlı əzələlərin funksiya və xüsusiyyətləri. Əzələ təqəllüsünün mexanizmi. Əzələ təqəllüsünün növləri. Əzələ liflərinin oyanıcılığı. Əzələnin tək təqəllüsü, təqəllüsün summasiyası və tetanus. Hərəki vahidlər.

1. “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 39-45

2. “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 163-177

3. “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.230-245

2

  1.  

Əzələnin işi, gücü. Əzələnin yorulması. Əzələlərin iş hipertrofiyası və işsizlik atrofiyası. Saya əzələlərin spesifik fizioloji xüsusiyyətləri. Saya əzələlərdə oyanma və təqəllüs arasındakı asılılıq.

1. “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 46-76

2. “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 177-195

2

  1.  

Oyanan toxumada impulsun nəql olunma prinsipi. Sinirlərdə oyanmanın nəqlolunma qanunları. Mielinli və mielinsiz sinir liflərində oyanmanın nəql olunması. Sinir dəstəsində fəaliyyət potensialının tərkib hissələrinə ayrılması və sinir liflərinin təsnifatı.

1. “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 77-94

2. “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 196-205

3. “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.246-263

2

  1.  

Sinaps və sinaptik ötürülmə. Sinapsların ümumi xüsusiyyətləri. Sinir əzələ sinapsı. Sinir əzələ ötürücülüyündə xolinesterazanın rolu. Sinir əzələ ötürücülüyünə mioreleksantların təsiri. Saya əzələlərdə oyanmanın sinirdən əzələyə ötürülməsinin xüsusiyyətləri.

1. “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 95-111

2. “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 206-215

3. “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.264-270

2

  1.  

Mərkəzi sinir sisteminin ümumi və xüsusi fiziologiyası. Sinir mərkəzlərində oyanmanın yayılma xüsusiyyətləri. MSS-də tormozlanma prosesləri və onun növləri. MSS-nın funksiyalarının tədqiqat üsulları. Onurğa beyninin, uzunsov beyinin fiziologiyası. 

1. “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 112-128

2. “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 215-222

3. “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.299-305

2

  1.  

 Mərkəzi sinir sisteminin xüsusi fiziologiyası. Orta beyinin, ara beyinin, beyinciyin, beyin sütunu retikulyar formasiyasının fiziologiyası. Baş beyin limbik törəmələri və böyük yarımkürələr qabığının funksiyaları.

1. “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 128-157

2. “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 223-238

3. “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.306-324

2

  1.  

Vegetativ sinir sistemi. Vegetativ sinir sisteminin ümumi morfofunksional xüsusiyyətləri. Simpatik, parasimpatik və metasimpatik şöbələr. Vegetativ sinir sisteminin mediatorları, reseptorları. Deprivasiya. Vegetativ sinir sisteminin simpatik və parasimpatik şöbələrinin funksional antaqonizmi və sinvigizmi. Trofiki funksiyası.

1. “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 158-191

2. “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 239-254

2

  1.  

Hormonlar və bioloji aktiv maddələr. Hormonların ümumi funksiyaları və təsnifatı. Hormonların hədəf hüceyrələrlə qarşılıqlı təsiri. Hormonların hüceyrə daxili qarşılıqlı təsiri. Toxuma mənşəli bioloji fəal maddələr. Orqanizmin  funksional  sistemlərində  daxili  sekresiya vəzlərinin rolu.

1. “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 192-196

2. “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 255-265

3. “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.271-288

2

  1.  

 Endokrin sisteminin xüsusi fiziologiyası. Hipofizin, qalxanabənzər, qalxanabənzər ətraf vəzlərin hormonal funksiyaları. Böyrəküstü vəzin, mədəaltı vəzin, cinsiyyət vəzlərinin, timusun və  epifizin  hormonal funksiyaları.

1. “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 196-222

2. “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 266-270

3. “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.289298

2

  1.  

Analizatorların ümumi fiziologiyası. Resepsiya. Reseptorların təsnifatı. Birincili və ikincili reseptorlar. Reseptiv sahələr. Analizatorların ümumi xüsusiyyətləri. Analizatorların periferik, nəqledici və mərkəzi hissəsi. Davranışın sistem təşkilində analizatorların rolu.

1. “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 272-319

2. “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 331-340

2

  1.  

 Analizatorların xüsusi fiziologiyası. Görmə analizatoru. Torlu qişanın fotoreseptorları. Rəngli görmə. Rəng korluğu. Rəngli görməni izah edən nəzəriyyələr. Elektroretinoqram (ERQ). Görmə yolları. Gözün hərəkəti və binokulyar görmə. Görmə qüsurları

1. “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 320-375

2. “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 340-374

2

  1.  

Analizatorların xüsusi fiziologiyası. Eşitmə, taktil, qoxu, dad, vestibulyar analizatorlar.  Eşitmə analizatoru. Eşitmə yolları. Binaural eşitmə. Eşitməni izah edən nəzəriyyələr. Taktil, vestibulyar, qoxu və dad analizatorları.

Ağrı resepsiyası. Ağrının təsnifatı, yaranma səbəbləri. Ağrının neyro-kimyəvi mexanizmləri. Endogen antinosiseptiv sistem.

1. “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 323-375

2. “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 340-374

2

 

 

Mövzu (praktik məşğələ)

(Ədəbiyyat)

Saat

1

Fizioloji eksperimentlərin məqsədi və təşkili. Fizioloji tədqiqat üsulları. Fizioloji eksperimentlərdə istifadə olunan cihazlar və məhlullar.

1. Fizioloji tədqiqat üsulları.

2.Fizioloji tədqiqatlarda istifadə olunan cihazlar.

3.Fizioloji tədqiqatlarda istifadə olunan alətlər və məhlullar.

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

2

  Oyanan toxumaların ümumi fiziologiyası.

Təcrübə işləri:

1. Sinir-əzələ preparatının hazırlanması,

2. Qıcıqlandırma üsulları.

3. Qıcıq qapısının təyini.

4. Qalvaninin I və II təcrübələri, Matteucci təcrübəsi.

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

3

Əzələlərin fiziologiyası. Əzələ təqəllüsünün mexanizmi. Əzələ təqəllüsünün tipləri və növləri. Saya əzələlərin fizioloji xüsusiyyətləri.

Təcrübə işləri:

  1. Əzələnin tək təqəllüsü və onun təhlili.

Əzələnin tək təqəllüsünə qıcıq qüvvəsinin, sıxlığının və temperaturun təsiri. Dişli və hamar tetanusun qeydi.

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

4

Əzələnin işi, gücü və yorulması.

Təcrübə işləri:

  1. Əzələnin işi gücü yorulması

Əzələ təqəllüsünə kurarenin təsirinin öyrənilməsi

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

5

Sinir liflərində impulsun ötürülmə xüsusiyyətləri. Oyanmanın nəql olunma qanunları. Sinapsların fiziologiyası. Sabit cərayanın oyanan toxumalara təsiri

Təcrübə işləri:

  1. Oyanmanın ötürülməsində anatomik və fizioloji   tamlığın rolu.
  2. Oyanmanın ikitərəfli və izolə nəql olunmasının müşahidəsi.

Oyanmanın qütb və fizioloji elektroton qanunları

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

6

МSS-nin fiziologiyası. Onurğa beyni , uzunsov beyin, orta beyin və ara beyinin fiziologiyası.

Təcrübə işləri:

  1. Qurbağada onurğa beyni reflekslərinin müşahidəsi.
  2. Refleks müddətinin təyini (Türk üsulu ilə).
  3. Insanda spinal reflekslərin müşahidəsi.

Mərkəzi və periferik ləngimənin müşahidəsi (İ.M.Seçenov və F.Holts təcrübələri).

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

7

Beyinciyin və beyin yarımkürələr qabığının fiziologiyası.  МSS-nin tədqiqat üsulları. Vegetativ sinir sisteminin fiziologiyası.

Təcrübə işləri:

  1. Elektroensefaloqrafiya təhlili.

Beyin qabığındakı neyronların kimyəvi maddələrin təsirinə həssaslığının mikroionoforez üsulu ilə öyrənilməsi.

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

8

Vegetativ sinir sisteminin fiziologiyası.

Təcrübə işləri:

  1. Kerdo indeksinin təyini.

Ortostatik və klinikostatik probalar, dermoqrafizm.

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

9

      Araliq Imtahan

“Normal fiziologiya üzrə testlər” A.M.Məmmədov, Z.T.Baxşıyeva, Ə.Ş.Rüstəmzadə, G.Ə.Həsənova, A.F.Rüstəmova, A.A.Rüstəmzadə. 2023

2

10

Endokrin sistemin fiziologiyası. Hipofiz, qalxanabənzər, qalxanabənzər ətraf, mədəaltı vəzin fiziologiyası.

Təcrübə işləri:

1.Adrenalinin və pituitrinin qurbağanın piqment        hüceyrələrinə təsirinin müşahidəsi

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

11

Böyrəküstü, epifiz və timus vəzlərinin fiziologiyası.

Təcrübə işi:

1.Adrenalin, asetilxolin və atropinin qurbağanın göz bəbəyinin əzələlərinə təsiri.

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

 

2

12

 Analizatorların ümumi xüsusiyyətləri. Görmə analizatorunun  fiziologiyası.

Təcrübə işləri:

1.Görmə itiliyinin təyini.

2.Rəngli görmənin təyini

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

13

Eşitmə, müvazinət analizatorlarinin fiziologiyası.

Təcrübə işləri:

1.Səsin hava və sümük keciriciliyinin müqayisəsi (Rinne təcrübəsi).

2.Pıçıltı ilə danışıq zamanı eşitmə itiliyinin təyini.

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

14

Dad, qoxu, taktil analizatorlarinin fiziologiyası. Ağrı hissiyyatı.

Təcrübə işləri:

1. Dilin dad xəritəsinin müayinəsi.

2. Qoxu reseptorlarının həssaslığının təyini

3.Ağrı hissiyyatının analizi.

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

15

Yekun dərs

“Normal fiziologiya üzrə testlər” A.M.Məmmədov, Z.T.Baxşıyeva, Ə.Ş.Rüstəmzadə, G.Ə.Həsənova, A.F.Rüstəmova, A.A.Rüstəmzadə. 2023

2

 

Payız semestri üzrə mövzu-təqvim planı

 

Mövzu (mühazirə)

 Ədəbiyyat

Saat

  1.  

Qanın fiziologiyası. Qanın funksiyaları, fiziki kimyəvi xüsusiyyətləri. Qanın formalı elementləri. Eritrositlər, elitropoyez. Leykositlər, leykositar formula. Qanın fəal reaksiyasını, qanda şəkərin miqdarını və osmotik təzyiqi sabit saxlayan funksional sistem.

 

  1.  “Normal fiziologiya I cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s.336-392
  2.  “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s.125-155
  3.  “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.187-200

https://amu.edu.az/page/4972

2

  1.  

Qanın laxtalanma mexanizmi. Damar trombositar və koaqulyasion hemostaz. Qanın laxtalanma prosesini sürətləndirən və ləngidən amillər. Antikoaqulyasiya mexanizmi. Birincili və ikincili antikoaqulyatlar. Qan qrupları. Rezus faktor.

  1.  “Normal fiziologiya I cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 393-403
  2.  “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 155-162
  3.  “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.200-222

https://amu.edu.az/page/4972

2

  1.  

Ürək fəaliyyətinin fiziologiyası. Ürək əzələsinin fizioloji xüsusiyyətləri. Ürək tsikli (kardiotsikl). Ürəyin avtomatiyası. İşlək miokard hüceyrələrində elektrik prosesləri. Ürək fəaliyyətinin tənzimi (sinir, reflektor, humoral).

  1.  “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 12-39
  2.  “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 163-177
  3.  “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.225-230

https://amu.edu.az/page/4972

2

  1.  

Ürək fəaliyyətinin xarici əlamətləri. Ürəkdə elektrik hadisələri. Elektrokardioqramın analizi. Ürək fəaliyyətinin tədqiqat üsulları. Ürəyin mexaniki və səs təzahürləri. Fonokardioqrafiya.

1.   “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 39-45

2.   “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 163-177

3.   “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.230-245

https://amu.edu.az/page/4972

2

  1.  

Damar sisteminin fiziologiyası. Hemodinamikanın əsas qanunları. Arterial və venoz nəbz. Damar tonusunun sinir, humoral və reflektor tənzimi. Kicik qan dövranı, koronar qan dövranı və beyin qan dövranının səciyyəvi xüsusiyyətləri..

1.   “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 46-76

2.   “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 177-195

https://amu.edu.az/page/4972

 

2

  1.  

Tənəffüs sisteminin fiziologiyası. Xarici tənəffüs. Tənəffüs əzələləri. Ağciyərlərin ventilyasiyası. Plevra boşluğunda mənfi təzyiq. Qaz mübadiləsinin mexanizmi. Qazların qanla daşınması.

1.   “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 77-94

2.   “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 196-205

3.   “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.246-263

https://amu.edu.az/page/4972

2

  1.  

Tənəffüs mərkəzi. Tənəffüsün tənzimində xemo və mexano reseptorların rolu. Tənəffüsün funksional sistemi. Aşağı və yuksək atmosfer təzyiqi şəraitində tənəffüs.

1.   “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 95-111

2.   “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 206-215

3.   “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.264-270

https://amu.edu.az/page/4972

2

  1.  

Həzm sistemi fiziologiyası. Qidalanmanın  funksional sistemi. Aclıq və toxluğun mərkəzi mexanizmləri. Endogen, eksogen qidalanma, sensor və metabolik toxluq. Hüceyrədaxili və hüceyrəxarici həzm.

1.   “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 112-128

2.   “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 215-222

3.   “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.299-305

https://amu.edu.az/page/4972

2

  1.  

Ağız boşluğunda həzm. Udma aktının mexanizmi. Mədədə, on iki barmaq bağırsaqda, nazik və yoğun bağırsaqlarda həzm. Sorulmanın mexanizmi. Defekasiya aktını təmin edən funksional sistem.

1.   “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 128-157

2.   “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 223-238

3.   “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.306-324

https://amu.edu.az/page/4972

2

  1.  

Maddələr və enerji mübadiləsi. Termotənzim. Əsas mübadilə. Vasitəsiz və vasitəli kalorimetriya, tənəffüs əmsalı. Qida maddələrinin kalori baxımından dəyərliliyi. Bədənin temperatur sxemi. İstiliyin kimyəvi və fiziki tənzimi. Temperatur tənzimi mərkəzləri.

1.   “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 158-191

2.   “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 239-254

 https://amu.edu.az/page/4972

2

  1.  

İfrağat sisteminin fiziologiyası Sidik yaranmanın funksional sistemi. Sidiyin əmələgəlmə mexanizmi: filtrasiya, kanalcıq reabsorbsiyası, kanalcıq sekresiyası.

1.   “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 192-196

2.   “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 255-265

3.   “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.271-288

https://amu.edu.az/page/4972

2

  1.  

Sidik yaranmasının tənzimi. Filtrasiya və reabsorbsiyanı təmin edən böyrək və böyrəkxarici faktorlar. Sidik ixracının mexanizmi. Sidiyin tərkibi, miqdarı. Süni  böyrək.

1.   “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 196-222

2.   “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 266-270

3.   “Tibbi fiziologiyadan atlas” R.M.Mahmudov, A.M.Cəfərova, A.M. Məmmədov, T.M.İsmayılov. 2023. s.289-298

https://amu.edu.az/page/4972

2

  1.  

Ali sinir fəaliyyətinin fiziologiyası. Şərti və şərtsiz reflekslər. Şərti reflekslərin yaradılması qaydaları. Şərti reflekslərin təsnifatı. Şərti reflektor fəaliyyətin ləngiməsi. Davranış aktlarının sistem arxitektonikası.

1.   “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 272-319

2.   “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 331-340

https://amu.edu.az/page/4972

2

  1.  

Ali sinir fəaliyyətinin tipləri. Eksperimental nevrozlar. Birinci və ikinci siqnal sistemi. Emosiyalar. Emosional stress.

 

1.   “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 320-375

2.   “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 340-374

https://amu.edu.az/page/4972

2

  1.  

Motivasiya,Yaddaş, Yuxu. Yaddaşın növləri. Qısa və uzun müddətli yaddaş haqqında nəzəriyyələr. Yuxunun elektroensefaloqrafik göstəriciləri. 

1.   “Normal fiziologiya II cild” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. s. 323-375

2.   “Normal fiziologiya” dərslik. A.M. Məmmədov, Ə.H.Kazımov, A.X.Əliyev. 2019. s. 340-374

https://amu.edu.az/page/4972

2

         

 

 

Mövzu (praktik məşğələ)

(Ədəbiyyat)

Saat

1

Qanın fiziologiyası. Fiziki-kimyəvi xüsusiyyətləri.

Təcrübə işləri:

1.Qanın plazma və formalı elementlərə ayrılması.

2. Eritrositlərin osmotik rezistentliyinin təyini.

3.Eritositlərin çökmə sürətinin təyini.

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

 

2

2

Eritrositlər. Hemoqlobin. Qan qrupları.

Təcrübə işləri:

1.Eritrositlərin sayılması.

2. Hemoqlobinin qanda miqdarının təyini (A.Sali üsulu ilə )

3. Qan qrupları və rezus faktorun təyini.

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

3

Leykositlər. Trombositlər. Laxtalanma mexanizmi.

Təcrübə işləri:

1. Leykositlərin sayılması.

2. Qanın laxtalanma müddətinin təyini

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

4

Ürək  əzələsinin fiziоlоji xüsusiyyətləri.

Təcrübə işləri:

1.Qurbağanın ürək fəaliyyətinin qrafik qеydi.

2.Qurbağa ürəyinin avtоmatizmi. Stanniusun liqaturaları.

3.Qurbağanın ürək fəaliyyətinin humoral və reflektor tənzimi.

 

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

5

Ürək fəaliyyətinin хarici əlamətləri. EKQ,  ürək tonları.

Təcrübə işləri:

  1. Elektrokardioqramın yazılması (EKQ) və onun təhlili.
  2. Ürək tonlarının auskultasiyası. Fonokardioqrafiya.

 “Kardiovizor-0.6c” cihazı vasitəsi ilə miokardin dispersiya indikatorunun qeydə alınması.

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

6

Damar sisteminin fiziologiyası. Hemodinamikanın əsas qanunları.

Təcrübə işləri:

1.İnsanda arterial qan təzyiqinin ölçülməsi (Riva-Roççi və Korotkov üsulları).

2.Qurbağanın üzgəc pərdəsində və dilində qan dövranının müşahidəsi. Damar mənfəzinin sinir tənzimi (Valter təcrübəsi).

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

7

Tənəffüsün fiziologiyasi.

Təcrübə işləri:

1. Nəfəsalma və  nəfəsvеrmənin müşahidəsi (Dоndеrs mоdеli, qabırğaların fəaliyyətinin sхеmi).

2.Spirоmеtriya. Ağciyərlərin həyat tutumunun və dəqiqəlik həcminin təyini.

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

8

Həzm sisteminin fiziologiyasi.

Təcrübə işləri:

1.İnsanda ağız suyu ifrazının müşahidəsi.

2.Dovşanda xolinesteraza ingibitorlarının ağız suyu ifrazına təsirinin müşahidəsi.

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

9

Aralıq imtahan

“Normal fiziologiya üzrə testlər” A.M.Məmmədov, Z.T.Baxşıyeva, Ə.Ş.Rüstəmzadə, G.Ə.Həsənova, A.F.Rüstəmova, A.A.Rüstəmzadə. 2023

2

10

İnsanda enerji mübadiləsi. Bədən temperaturunun tənzimi.

Təcrübə işləri:

1.Əsas mübadilənin təyini

2.Gündəlik qida rasionunun tərtib edilməsi.

 

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

11

İfrağat sisteminin fiziologiyasi.

Təcrübə işləri:

1.Sidiyin ümumi analizi.

2.Adrenalinin və pituitrinin diurezə təsiri.

 

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

12

 Ali sinir fəaliyyətinin fiziologiyasi.

Təcrübə işləri:

1. İnsanda söz qıcığının təsiri ilə şərti ağız suyu ifrazının müşahidəsi.

 

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

13

Davraniş aktinin sistem arxitektonikasi.

Təcrübə işləri:

1. İnsanda temperament tiplərinin təyini.

 

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

14

Emosiya, motivasiya, yaddaş.

Təcrübə işləri:

1.İnsanda söz qıcığının təsiri ilə yaradılmış emosional gərginliyin vegetativ və EEQ dəyişiklikləri

2.İnsanda qısa müddətli eşitmə yaddaşının yaranması və təyini

“Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. s.174-186

2

15

Yekun dərs.

“Normal fiziologiya üzrə testlər” A.M.Məmmədov, Z.T.Baxşıyeva, Ə.Ş.Rüstəmzadə, G.Ə.Həsənova, A.F.Rüstəmova, A.A.Rüstəmzadə. 2023

2