Bizi izləyin:
Heydər Əliyev
Normal fiziologiya  (Əczaçılıq)
Bölmələrimiz
Normal fiziologiya  (Əczaçılıq)

Azərbaycan Tibb Universiteti üçün insan fiziologiyası üzrə tərtib olunan proqram ümumi praktik həkimin hazırlanması məqsədilə xəstəliklərin qarşısını almağa, sağlamlığın müdafiəsinə, saxlanmasına, sağlam həyat tərzinə, həmçinin fəal həyat fəaliyyəti və iş qabiliyyətinə doğru yönəldilmişdir.

Fiziologiya sağlam insanın həyat fəaliyyəti və sağlam həyat tərzinin fizioloji əsasları haqda elm olub, tibbin metodoloji fundamenti, xüsusilə onun profilaktik istiqamətidir. Fiziologiya həmçinin sağlamlıq diaqnostikasının elmi əsası və insan orqanizminin funksional fəallığının proqnozlaşdırılmasıdır.

 

Payız semestrində keçirilən fənlər

 

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

Mühazirə (saat)

Praktika

(saat)

Kredit

1

Əczaçılıq

II

Normal fiziologiya

20

30

4

 

Təhsil pilləsi:  Bakalavriat

İxtisas: Əczaçılıq

 

Fənnin məqsədi: Fənnin məqsədi insan fiziologiyası haqqında ümumi və xüsusi məlumatların dəqiq şəkildə öyrənilməsinə dəstək olmaq və sağlam orqanizmin  müxtəlif sistemlərinin, orqanlarının, toxumalarının və hüceyrələrinin normal işləmə mexanizmlərini və onların tənzim yollarını öyrənməkdir. Tərtib olunan proqram həm fizioloji, həm də funksional sistemlərin fəaliyyətinin analizinə aid müasir elmi nailiyyətləri özündə cəmləşdirir.

 

Fənnin təlim nəticəsi:

Fənnin sonunda tələbə aşağıdakı bilik, bacarıq və kompetensiyalara malik olacaq:

1. Sağlam orqanizmin əsas funksiyalarını və onların fizioloji mahiyyətini izah edə biləcək;

2. Müxtəlif fizioloji göstəricilərin sabit qiymətlərini və onların orqanizmdəki rolunu açıqlaya biləcək;

3. Hüceyrə, toxuma, orqan və sistem səviyyəsində fizioloji proseslərin tənzimlənmə mexanizmlərini  izah və əlaqələndirə biləcək.

4. Fizioloji tədqiqat üsullarının prinsiplərini tətbiq edə və eksperimental heyvanlar üzərində praktik    təcrübələr apara biləcək;
5. Eksperimental işlər zamanı etik prinsiplərə və laborator təhlükəsizlik qaydalarına əməl edəcək.

6. Fizioloji göstəricilərin dəyişməsini təhlil və qiymətləndirmə bacarığı göstərəcək;
7. Orqanizmin funksional sistemlərinin quruluş və fəaliyyət qanunauyğunluqlarını qiymətləndirə və əsaslandıra biləcək.

8. Laborator şəraitdə və tədqiqat prosesində etik davranış və elmi kommunikasiya prinsiplərinə riayət edəcək.

9. Yeni fizioloji bilik və tədqiqat metodlarını müstəqil şəkildə mənimsəmək və tətbiq etmək bacarığı formalaşacaq.

 

Fənnin məzmunu

Fiziologiya — orqanizmin və onu təşkil edən orqan, toxuma və hüceyrələrin struktur elementlərinin həyat fəaliyyətini, bu fəaliyyətin səbəb və mexanizmlərini öyrənən elmdir. O, orqanizm ilə xarici mühit arasındakı qarşılıqlı əlaqəni müəyyənləşdirir. Fiziologiya elmi digər fundamental elmlərlə (biokimya, fizika, biologiya, anatomiya və s.) sıx inteqrasiyada inkişaf edir, fiziki və kimyəvi qanunlara əsaslanır və onların tədqiqat üsullarından geniş istifadə edir.
Fiziologiya eksperimental elm olmaqla, onun əsas metodu təcrübədir. Fiziologiyanın əsas qanunları eksperimental müşahidələr və elmi dəlillərlə sübut olunur.

 

Mövzu (mühazirə)

 Ədəbiyyat

Saat

  1.  

Giriş. Fiziologiyanın inkişaf tarixi. Canlı orqanizimlərin əsas xüsusiyyətləri. Oyanan toxumalarda bioelektrik hadisələri. Sükünət potensialı. Fəaliyyət potensialının ion mexanizmi və tərkib hissələri. Parabioz. Sabit cərəyanın oyanan toxumalara təsiri. Əzələ təqəllüsünün mexanizmi, növləri. Saya əzələlərin fizioloji xüsusiyyətləri. Sinirlərdə oyanmanın nəqlolunma qanunları. Sinaps.

 

  1. “Normal fiziologiya I” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 17-84, səh 131-187
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2020.səh 9-83
  3. “Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.20-27

https://amu.edu.az/page/4972

2

  1.  

Mərkəzi sinir sisteminin ümumi və xüsusi fiziologiyası. MSS –da oyanmanın yayılma xüsusiyyətləri. MSS-də tormozlanma prosesləri. MSS-nın funksiyalarının tədqiqat üsulları. Onurğa beyninin, uzunsov beyinin fiziologiyası.

  1.  “Normal fiziologiya I” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 187-245
  2. “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2020.səh 83-90
  3. “Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.95-117

https://amu.edu.az/page/4972

2

  1.  

Orta beyinin, ara beyinin beyinciyin fiziologiyası. Vegetativ sinir sisteminin morfofünksional xüsusiyyətləri. Vegetativ sinir sisteminin simpatik, parasimpatik və metasimpatik şöbələri, mediatorları, reseptorları.

  1.  “Normal fiziologiya I” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 245-277
  2. “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2020. Səh 90-108
  3. “Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.126-143

https://amu.edu.az/page/4972

2

  1.  

Qanın fiziologiyası. Qanın funksiyaları. Qanın  formalı elementlərinin (eritrositlər, leykositlər, trombositlər) funksiyaları. Qanın laxtalanması. Qan qrupları. Rezus faktor.

  1.  “Normal fiziologiya I” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 336-399
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.108-144
  3. “Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.174-181

https://amu.edu.az/page/4972

2

  1.  

Ürək fəaliyyətinin fiziologiyası. Ürək əzələsinin fizioloji xüsusiyyətləri. Ürək tsikli (kardiotsikl). İşlək miokard hüceyrələrində elektrik prosesləri. Ürək fəaliyyətinin neyro-humoral və reflektor tənzimi. Elektrokardioqrafiya, ürək tonları. Arterial təzyiq. Arterial və venoz nəbz.

  1. “Normal fiziologiya II” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 32-77
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.144-175
  3. “Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.224-235

https://amu.edu.az/page/4972

2

  1.  

Endokrin sisteminin fiziologiyası. Hormonların ümumi funksiyaları. Hipofizin, qalxanabənzər, qalxanabənzər ətraf, böyrəküstü vəzin,  mədəaltı vəzin, timus və  epifizin  hormonal funksiyaları.

  1. “Normal fiziologiya I” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 277-336
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.245-273
  3. “Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.400-426

https://amu.edu.az/page/4972

2

  1.  

Tənəffüs sisteminin fiziologiyası. Nəfəsalma və nəfəsvermənin mexanizmi, tənəffüsün həcmləri. Qazların qanla daşınması. Tənəffüs mərkəzi. Tənəffüsün sinir-humoral tənzimi. Qaz göstəricilərinin xemoreseptorları (mərkəzi və periferik). Müxtəlif atmosfer təzyiqində tənəffüs (aşağı və yuksək).

  1.  “Normal fiziologiya II” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 77-128
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.175-192
  3. “Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.310-322

https://amu.edu.az/page/4972

2

  1.  

Həzm sisteminin fiziologiyası. Maddələr və enerji mübadiləsi. Termotənzim. Qidalanmanın  funksional sistemi. Aclıq və toxluğun mərkəzi mexanizmləri. Ağız boşluğunda, mədədə, onikibarmaq  bağırsaqda, nazik və yoğun bağırsaqlarda həzm. Sorulmanın mexanizmi. Defekasiya aktı.

Maddələr və enerji mübadiləsi. Əsas mübadilə. Vasitəsiz və vasitəli kalorimetriya, tənəffüs əmsalı.

Termotənzim. İstiliyin kimyəvi və fiziki tənzimi. Temperatur tənzimi mərkəzləri.

  1.  “Normal fiziologiya II” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 128-158, səh 159-191
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.192-224
  3. “Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.357-370

https://amu.edu.az/page/4972

2

  1.  

İfrağat sistemi. Sidiyin əmələgəlmə mexanizmi: filtrasiya, kanalcıq reabsorbsiyası, kanalcıq sekresiyası. Sidik yaranmasının tənzimi. Sidik ixracının mexanizmi.

  1. “Normal fiziologiya II” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 192-223
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.229-245
  3. “Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.434-448

https://amu.edu.az/page/4972

2

  1.  

Analizatorların ümumi və xüsusi fiziologiyası. Reseptorlar haqqında anlayış. Görmə, eşitmə, taktil, qoxu və dad analizatorları. Ağrı resepsiyası.

Ali sinir fəaliyyəti. Şərti və şərtsiz reflekslər. Şərti reflektor fəaliyyətin ləngiməsi. Davranış aktlarının sistem arxitektonikası. Ali sinir fəaliyyətinin tipləri.Emosiya, motivasiya, yaddaş və yuxu haqqında anlayış.

  1. “Normal fiziologiya II” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 223-245, səh 272-439
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.277-295
  3. “Normal fiziologiya” dərslik.  Məmmədov A.M., Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.480-492, səh. 523-537

https://amu.edu.az/page/4972

2

 

 

Mövzu (praktik məşğələ)

(Ədəbiyyat)

Saat

1

Fizioloji eksperimentlərin məqsədi və təşkili.  Fiziologiyanın tədqiqat üsulları. Oyanan toxumaların ümumi fiziologiyası.

Təcrübə işləri:

1. Sinir-əzələ preparatının hazırlanması.

2. Qıcıqlandırma üsulları.

3. Qalvaninin I və II təcrübələri, Matteucci təcrübəsi.

  1. “Normal fiziologiya I” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 17-84
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.20-48
  3. “Normal fiziologiya” dərslik.   A.M.Məmmədov, Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh..52-58

2

2

Əzələlərin fiziologiyası. Sinirdə impulsun ötürülmə xüsusiyyətləri. Sinaps anlayışı.

Təcrübə işləri:

1 Əzələnin tək təqəllüsü, tək təqəllüsə qıcıq qüvvəsinin, sııxlığının və temperaturun təsiri.

2.Oyanmanın qütb qanunu. Fizioloji elektroton qanunu

3.Oyanmanın nəql olunma qanunları

  1. “Normal fiziologiya I” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 84-187
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.48-68

3.“Normal fiziologiya” dərslik.   A.M.Məmmədov,Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.79-80

2

3

МSS-nin  fiziologiyası. Onurğa beyininin, uzunsov, orta və ara beyinin fiziologiyası.

 Təcrübə işləri:

1.Qurbağada onurğa beyni reflekslərinin müşahidəsi, refleks müddətinin təyini (Türk üsulu ilə)

2. Mərkəzi ləngimənin müşahidəsi (İ.M.Secenov).

  1. “Normal fiziologiya I” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 187-277
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.68-90

3.“Normal fiziologiya” dərslik.   A.M.Məmmədov, Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.117-122, səh.145-154

2

4

МSS-nin fəaliyyətinin öyrənilmə üsulları. Vegetativ sinir sisteminin fiziologiyası.

Təcrübə işləri:

1. Baş beyin fəaliyyətinin elektroensefaloqrafik qeydi və təhlili.

  1. “Normal fiziologiya I” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 187-277
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.90-108

3.“Normal fiziologiya” dərslik.   A.M.Məmmədov, Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.168-172

2

5

Qanın fiziki-kimyəvi xassələri, miqdarı və tərkibi. Eritrositlər, leykositlər.

Təcrübə işləri:

1. Eritrositlərin osmotik rezistentliyinin təyini.

2.Eritositlərin çökmə sürətinin təyini.

3.Eritrositlərin sayılması (Qoryayev üsulu ilə)

  1. “Normal fiziologiya I” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 336-391
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.108-126

3.“Normal fiziologiya” dərslik.   A.M.Məmmədov, Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.181-186

2

6

 Hemoqlobin, qan qrupları, rezus faktor. Trombositlər, qanın laxtalanma mexanizmi.

Təcrübə işləri:

1.Hemoqlobinin qanda miqdarının təyini (A.Sali üsulu ilə )

2. Qan qrupları və rezus faktorun təyini.

  1. “Normal fiziologiya I” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh391-401
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.126-144

3.“Normal fiziologiya” dərslik.   A.M.Məmmədov, Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.216-217

2

7

Ürək qan-damar sisteminin fiziоlоgiyasi. Ürək fəaliyyətinin tənzimi.

Təcrübə işləri:

1.Qurbağanın ürək fəaliyyətinin qrafik qеydi.

2.Qurbağa ürəyinin avtоmatizmi. Ştanniusun liqaturaları.

3.Qurbağanın ürək fəaliyyətinin tənzimi. (Holts Aşner-Danini refleksi).

  1. “Normal fiziologiya II” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 12-32
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.144-152

3.“Normal fiziologiya” dərslik.   A.M.Məmmədov, Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.235-238

2

8

Ürək fəaliyyətinin хarici əlamətləri. Damar fəaliyyətinin öyrənilməsi.

Təcrübə işləri:

1.Ürək tonlarının auskultasiyası. Fonokardioqrafiya.

2. Elektrokardioqramın yazılması (EKQ) və onun təhlili.

3. Arterial qan təzyiqinin ölçülməsi (Riva-Roççi və Korotkov üsulları).

4. Arterial nəbzin təyini və onun xüsusiyyətlərinin öyrənilməsi.

  1. “Normal fiziologiya II” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 32-77
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.1560175

3.“Normal fiziologiya” dərslik.   A.M.Məmmədov, Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.273-276

2

9

Aralıq imtahan.

 

2

10

Orqanizmin funksiyalarının hormonal tənzimi.

Təcrübə işləri:

1. Adrenalin, asetilxolin və atropinin qurbağanın göz bəbəyinin əzələlərinə təsiri.

  1. “Normal fiziologiya I” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 277-336
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.245-273

3.“Normal fiziologiya” dərslik.   A.M.Məmmədov, Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.430-433

2

11

Tənəffüs sisteminin fiziologiyasi.

Təcrübə işləri:

1. Nəfəsalma və  nəfəsvеrmənin müşahidəsi (Dоndеrs mоdеli, qabırğaların fəaliyyətinin sхеmi).

2. Spirоmеtriya. Ağciyərlərin həyat tutumunun və dəqiqəlik həcminin təyini.

  1. “Normal fiziologiya II” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 77-128
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.175-192

3.“Normal fiziologiya” dərslik.   A.M.Məmmədov, Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.326-333

2

12

Həzm sisteminin fiziologiyasi. Əsas mübadilə. İstiliyin tənzimi.

Təcrübə işləri:

1.Dovşanda xolinesteraza ingibitorlarının ağız suyu ifrazına təsirinin müşahidəsi

2. Eksperimentdə mədə şirəsinin alınması.

3.Gündəlik qida rasionunun tərtib edilməsi.

  1. “Normal fiziologiya II” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 128-191
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.192-224

3.“Normal fiziologiya” dərslik.   A.M.Məmmədov, Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.372-379

2

13

İfrağat sisteminin fiziologiyasi.

Təcrübə işləri:

1.Adrenalinin və pituitrinin diurezə təsiri.

  1. “Normal fiziologiya II” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 192-223
  2.  “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.229-239
  3. “Normal fiziologiya” dərslik.   A.M.Məmmədov, Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.450-452

2

14

Analizatorların ümumi və xüsusi fiziologiyası. Ali sinir fəaliyyətinin fiziologiyasi.

Təcrübə işləri:

1.Görmə itiliyinin təyini.

2. Dilin dad xəritəsinin müayinəsi.

       1. “Normal fiziologiya II” dərslik. A.M.Məmmədov, K.V.Sudakov. 2012. Səh 223-245, səh272-439

       2. “Normal fiziologiya” dərslik. Ə.H.Kazımov 2022, səh.277-295

      3. “Normal fiziologiya” dərslik.   A.M.Məmmədov, Z.T.Baxşıyeva, G.Ə.Həsənova, A.F.Rüstəmova 2023. səh.479-502

2

15

Yekun dərs.

 

2