Azərbaycan Tibb Universiteti üçün insan fiziologiyası üzrə tərtib olunan proqram ümumi praktik həkimin hazırlanması məqsədilə xəstəliklərin qarşısını almağa, sağlamlığın müdafiəsinə, saxlanmasına, sağlam həyat tərzinə, həmçinin fəal həyat fəaliyyəti və iş qabiliyyətinə doğru yönəldilmişdir.
Fiziologiya sağlam insanın həyat fəaliyyəti və sağlam həyat tərzinin fizioloji əsasları haqda elm olub, tibbin metodoloji fundamenti, xüsusilə onun profilaktik istiqamətidir. Fiziologiya həmçinin sağlamlıq diaqnostikasının elmi əsası və insan orqanizminin funksional fəallığının proqnozlaşdırılmasıdır.
Payız semestrində keçirilən fənlər
|
№ |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
||
|
Mühazirə (saat) |
Praktika (saat) |
Kredit |
||||
|
1 |
İctimai Səhiyyə |
II |
Normal fiziologiya |
30 |
60 |
6 |
Təhsil pilləsi: Bakalavriat
İxtisas: İctimai Səhiyyə
Fənnin məqsədi: Fənnin məqsədi insan fiziologiyası haqqında ümumi və xüsusi məlumatların dəqiq şəkildə öyrənilməsinə dəstək olmaq və sağlam orqanizmin müxtəlif sistemlərinin, orqanlarının, toxumalarının və hüceyrələrinin normal işləmə mexanizmlərini və onların tənzim yollarını öyrənməkdir. Tərtib olunan proqram həm fizioloji, həm də funksional sistemlərin fəaliyyətinin analizinə aid müasir elmi nailiyyətləri özündə cəmləşdirir.
Fənnin təlim nəticəsi:
Fənnin sonunda tələbə aşağıdakı bilik, bacarıq və kompetensiyalara malik olacaq:
1. Sağlam orqanizmin əsas funksiyalarını və onların fizioloji mahiyyətini izah edə biləcək;
2. Müxtəlif fizioloji göstəricilərin sabit qiymətlərini və onların orqanizmdəki rolunu açıqlaya biləcək;
3. Hüceyrə, toxuma, orqan və sistem səviyyəsində fizioloji proseslərin tənzimlənmə mexanizmlərini izah və əlaqələndirə biləcək.
4. Fizioloji tədqiqat üsullarının prinsiplərini tətbiq edə və eksperimental heyvanlar üzərində praktik təcrübələr apara biləcək;
5. Eksperimental işlər zamanı etik prinsiplərə və laborator təhlükəsizlik qaydalarına əməl edəcək.
6. Fizioloji göstəricilərin dəyişməsini təhlil və qiymətləndirmə bacarığı göstərəcək;
7. Orqanizmin funksional sistemlərinin quruluş və fəaliyyət qanunauyğunluqlarını qiymətləndirə və əsaslandıra biləcək.
8. Laborator şəraitdə və tədqiqat prosesində etik davranış və elmi kommunikasiya prinsiplərinə riayət edəcək.
9. Yeni fizioloji bilik və tədqiqat metodlarını müstəqil şəkildə mənimsəmək və tətbiq etmək bacarığı formalaşacaq.
Fənnin məzmunu
Fiziologiya — orqanizmin və onu təşkil edən orqan, toxuma və hüceyrələrin struktur elementlərinin həyat fəaliyyətini, bu fəaliyyətin səbəb və mexanizmlərini öyrənən elmdir. O, orqanizm ilə xarici mühit arasındakı qarşılıqlı əlaqəni müəyyənləşdirir. Fiziologiya elmi digər fundamental elmlərlə (biokimya, fizika, biologiya, anatomiya və s.) sıx inteqrasiyada inkişaf edir, fiziki və kimyəvi qanunlara əsaslanır və onların tədqiqat üsullarından geniş istifadə edir.
Fiziologiya eksperimental elm olmaqla, onun əsas metodu təcrübədir. Fiziologiyanın əsas qanunları eksperimental müşahidələr və elmi dəlillərlə sübut olunur.
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
|
Fiziologiyaya giriş. Oyanan toxumalarda bioelektrik hadisələri. Tam orqanizmin həyat proseslərinin dinamikasında fiziologiya bir elm kimi. Fiziologiyanın inkişaf tarixi. Oyanıcılıq. Qıcıqlanma qanunları. Membran potensialı. Fəaliyyət potensialının formalaşması və tərkib hissələri. Sabit cərəyanın oyanan toxumalara təsiri. Parabioz |
|
2 |
|
|
Əzələ fiziologiyası. Əzələnin morfofizioloji xüsusiyyətləri. Skelet əzələsinin quruluşu və funksiyası, əzələ təqəllüsünün mexanizmi, əzələ təqəllüsünün növləri. |
|
2 |
|
|
Sinapsların ümumi xüsusiyyətləri.. Sinaps və sinaptik ötürülmə. Oyadıcı və tormozlayıcı sinapslar.Sinir liflərində oyanmanın nəqlolunma xüsusiyyətləri. |
|
2 |
|
|
Mərkəzi sinir sistemində oyanmanın nəqlolunma xüsusiyyətləri. Mərkəzi sinir sistemində tədqiqat üsulları. Mərkəzi sinir sistemində ləngimə. Onurğa beyni, orta beyin, beyincik, uzunsov beyin, retikulyar formasiya. |
|
2 |
|
|
Mərkəzi sinir sistemi. Ara beyinin fiziologiyası (talamus, hipotalamus). Vegetativ sinir sisteminin fiziologiyası. Vegetativ sinir sisteminin şöbələri. Simpatik və parasimpatik şöbələrin xüsusiyyətləri. Vegetativ sinir sisteminin orqanlara təsiri. Vegetativ sinir sisteminin mediatorları. |
|
2 |
|
|
Qanın fiziologiyası. Qanın funksiyaları, tərkibi, eritrositlər, leykositlər, trombositlər Qan qrupları. Rezus faktor. Qanın laxtalanma mexanizmi. |
|
2 |
|
|
Ürək fəaliyyətinin fiziologiyası. Ürəyin döyünmə fazaları. Ürək əzələsinin fizioloji xüsusiyyətləri. Ürək fəaliyyətinin neyro-humoral tənzimi. |
|
2 |
|
|
Ürək fəaliyyətinin xarici əlamətləri və qan-damar sisteminin fiziologiyası. Elektrokardioqrafiya, ürək tonları. Arterial və venoz nəbz. Damar mənfəzinin sinir – humoral tənzimi. Qan təzyiqinin ölçülmə üsulları. |
|
2 |
|
|
Tənəffüs sisteminin fiziologiyası. Nəfəsalma və nəfəsvermənin mexanizmi. Tənəffüsün həcmləri. Qazların qanla daşınması.Tənəffüsün sinir-humoral tənzimi. Aşağı və yuxarı atmosfer təzyiqində tənəffüs. Akklimatizasiya. |
|
2 |
|
|
Endokrin sistem. Hormonların funksiyası və təsir mexanizmi. Hipofiz, qalxanabənzər, qalxanabənzər ətraf vəzin, böyrəküstü, mədəaltı vəzin, timus, epifiz, cinsi hormonların hormonal funksiyaları. |
|
2 |
|
|
Həzm sistemi. Qidalanmanın funksional sistemi, açlıq və toxluğun mexanizmi. Ağız boşluğunda, mədədə, 12 barmaq bağırsaqda, nazik və yoğun bağırsaqlarda həzm. Sorulmanın mexanizmi. Maddələr və enerji mübadiləsi. İstiliyin tənzimi. |
|
2 |
|
|
İfrağat sistemi. Sidiyin əmələ gəlmə mexanizmi (filtrasiya, reabsorbsiya, sekresiya). Sidik ixracının mexanizmi Sidiyin tərkibi, miqdarı. Süni böyrək. |
|
2 |
|
|
Analizatorların fiziologiyası. Reseptorlar Görmə resepsiyası, gözün optik sistemi, torlu qişanın quruluşu və funksiyası, yaxından və uzaqdan görmə. Elektroretinoqramma |
|
2 |
|
|
Eşitmə, taktil, müvazinət, qoxu və dad analizatorları. Ağrı resepsiyası |
|
2 |
|
|
Ali sinir fəaliyyəti. Şərti və Şərtsiz reflekslər. Ali sinir fəaliyyətinin tipləri. Beyin qabığında ləngimə. Emosiya, motivasiya, yaddaş, yuxu haqqında anlayış. |
|
2 |
|
№ |
Mövzu (praktik məşğələ) |
(Ədəbiyyat) |
Saat |
|
1 |
Fizioloji eksperimentlərin məqsədi və təşkili. Fizioloji tədqiqat üsulları. Oyanan toxumaların ümumi fiziologiyası. Təcrübə işləri: 1. Sinir-əzələ preparatının hazırlanması 2. Qıcıqlandırma üsulları. 3.Qalvaninin I və II təcrübələri, Matteucci təcrübəsi |
|
4 |
|
2 |
Əzələlərin fiziologiyası. Əzələ təqəllüsünün növləri. Sinirdə impulsun ötürülmə xüsusiyyətləri. Sinirlərin klassifikasiyası. Sinaps anlayışı. Təcrübə işləri: 1.Əzələnin tək təqəllüsü və onun təhlili. 2.Əzələnin tək təqəllüsünə qıcıq qüvvəsinin, sııxlığının və temperaturun təsiri. 3. Sabit cərəyanın oyanan toxumalara təsiri. Oyanmanın qütb qanunu. Fizioloji elektroton qanunu 4. Oyanmanın nəql olunma qanunları (fizioloji və anatomik tamlıq, izolə nəql olunma, ikitərəfli nəql olunma). |
|
4 |
|
3 |
МSS-nin fiziologiyası. MSS-nin tədqiqat üsulları. Vegetativ sinir sistemi. Təcrübə işləri: 1.Qurbağada onurğa beyni reflekslərinin müşahidəsi. 2.Refleks müddətinin təyini və refleks qövsünün təhlili. 3.Mərkəzi ləngimənin müşahidəsi (İ.M.Secenov). 4.Baş beyin fəaliyyətinin elektroensefaloqrafik təhlili. |
|
4 |
|
4 |
Qanın fiziologiyası. Qanın fiziki-kimyəvi xüsusiyyətləri. Eritrositlər, leykositlər, hemoqlobin. Təcrübə işləri: 1. Eritrositlərin osmotik rezistentliyinin təyini. 2. Eritrositlərin sayılması (Qoryayev üsulu ilə) 3. Eritositlərin çökmə sürətinin təyini. 4. Leykositlərin sayılması. |
|
4 |
|
5 |
Qan qrupları, rezus faktor. Trombositlər, qanın laxtalanma mexanizmi. Təcrübə işləri: 1. Hemoqlobinin qanda miqdarının təyini (A.Sali üsulu ilə) 2. Qan qrupları və rezus faktorun təyini. 3.Qanın laxtalanma müddətinin təyini.(Mac Maqro üsulu) |
|
4 |
|
6 |
Ürək qan-damar sisteminin fiziоlоgiyasi. Ürək fəaliyyətinin tənzimi. Təcrübə işləri: 1.Qurbağanın ürək fəaliyyətinin qrafik qеydi. 2.Qurbağa ürəyinin avtоmatizmi. Ştanniusun liqaturaları. 3.Qurbağanın ürək fəaliyyətinin humoral və reflektor tənzimi (Ştraube təcrübəsi), (Holts refleksi). |
|
4 |
|
7 |
Ürək fəaliyyətinin хarici əlamətləri. Təcrübə işləri: 1.İnsanlarda ürək tonlarının auskultasiyası. Fonokardioqrafiya. 2.İnsanlarda elektrokardioqramın yazılması (EKQ) və onun təhlili. 3.İnsanda arterial qan təzyiqinin ölçülməsi (Riva-Roççi və Korotkov üsulları). |
|
4 |
|
8 |
Orqanizmin funksiyalarının hormonal tənzimi. Təcrübə işləri: 1.Adrenalin, asetilxolin və atropinin qurbağanın göz bəbəyinin əzələlərinə təsiri. |
|
4 |
|
9 |
Aralıq imtahan |
|
4 |
|
10 |
Tənəffüsün fiziologiyasi. Tənəffüsün tənzimi. Təcrübə işləri: 1.Ağciyər vеntilyasiyasının mехanikası. Nəfəsalma və nəfəsvеrmənin müşahidəsi (Dоndеrs mоdеli, qabırğaların fəaliyyətinin sхеmi). 2. Spirоmеtriya. Ağciyərlərin həyat tutumunun və dəqiqəlik həcminin təyini. |
|
4 |
|
11 |
Həzm sisteminin fiziologiyasi. İnsanda enerji mübadiləsi. Bədən temperaturunun tənzimi. Təcrübə işləri: 1. Dovşanda xolinesteraza ingibitorlarının ağız suyu ifrazına təsirinin müşahidəsi. 2.Eksperimentdə mədə şirəsinin alınma üsulları. 3.Nazik bağırsaqda sorulmanın müşahidəsi. 4.Gündəlik qida rasionunun tərtib edilməsi. |
|
4 |
|
12 |
İfrağat sisteminin fiziologiyasi. Təcrübə işləri: 1.Adrenalinin və pituitrinin diurezə təsiri. |
|
4 |
|
13 |
Analizatorlarin fiziologiyası. Görmə, eşitmə, dad və qoxu analizatoru. Ağrı hissiyyatı. Təcrübə işləri: 1.Görmə itiliyinin təyini. 2.Kamertonla eşitmənin müayinəsi. Səsin hava və sümük keçiriciliyinin müayinəsi (Rinne təcrübəsi) 3.Dilin dad xəritəsinin müayinəsi. 4.Ağrı hissiyyatının analizi. |
|
4 |
|
14 |
Ali sinir fəaliyyətinin fiziologiyasi. Təcrübə işləri: 1.İnsanda söz qıcığının təsiri ilə şərti ağız suyu ifrazının müşahidəsi. 2.İnsanda qısa müddətli eşitmə yaddaşının yaranması və təyini. |
|
4 |
|
15 |
Yekun dərs. |
|
4 |