
1-2 aprel 2026-cı ildə Azərbaycan Tibb Universitetinin II Müalicə profilaktika Fakültəsinin ″Ailə Təbabəti‟ kafedrasında Tələbə Elmi Cəmiyyətində iştirak edən tələbələrin kafedradaxili seçim mərhələsi keçirilib. Seminarda professor-müəllim heyəti və kafedrada tədris alan azərbaycan, rus və ingilis bölmələrindən olan III, IV, V və VI kurs tələbələri iştirak etmişdir. Kafedradaxılı seçim mərhələsində akademik personal tərəfindən verilmiş, müvafiq kurslardan olan 32 tələbənin tədris proqramında tematik plana uyğun mövzularla çıxış etmişlər. Kafedradaxili seçim mərhələsində qeyd olunan tələbələr kadedranın müəllim qrupu tərəfindən münsif seçilmiş əməkdaşları tərəfindən tələbənin çıxışının bir sıra kriteriyalarına görə (mövzunun aktuallığı, terinə yetirilmə, İllüstrasiya, diksiya və praktiki əhəmiyyətinə görə) qiymətləndirilmişdir.
Yekun olaraq, 12 tələbə kafedradaxili seçim mərhələsindən uğurla keçərək, Fakültə Tələbə Elmi Cəmiyyətində iştirak etmək hüququ qazanmışdır.
Sonda heyət tərəfindən seçilmiş ən yaxşı çıxışlar kafedra müdiri əməkdar elm xadimi, tibb elmlər doktoru, professor İbrahim İsayev tərəfindən hədiyyələrlə -aidiyyaları dərsliklərlə təltif olundu
